İDMAN
Türkiyə tennisçisi Ayla Aksu qızıl medala sahib olub
Bakı, 22 may, Elvin Camalov, AZƏRTAC
Mayın 22-də İslamiadanın tennis yarışlarında qadınlar arasında fərdi mübarizə başa çatıb.
AZƏRTAC xəbər verir ki, türkiyəli tennisçilərin üz-üzə gəldiyi final görüşündə qızıl medala Ayla Aksu sahib olub. A.Aksu rəqibi Berfu Cengizə 6:3 və 6:2 hesabı ilə qalib gələrək çempion adına layiq görülüb.
Üçüncü yer uğrunda görüşdə isə Özbəkistan tennisçisi Sabina Şaripova Oman təmsilçisi Fatma Al Nabhani üzərində inamlı qələbə qazanaraq (6:2, 6:2) bürünc medalı aktivinə yazdırıb.
Qalib idmançılara medalları Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin katibi Könül Nurullayeva təqdim edib.
Sonda Türkiyənin dövlət himni səsləndirilib.