DÜNYA
Türkiyədə HDP-dən övladlarını tələb edən ailələrin sayı artır
Ankara, 12 sentyabr, AZƏRTAC
Övladları PKK terror təşkilatı mənsubları tərəfindən dağlara qaçırılan valideynlərin Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir təşkilatı qarşısında fasiləsiz piketi davam edir. Piketə qatılan ailələrin sayı iyirmiyə çatıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə ictimaiyyəti düçar olduqları cinayətə etiraz edən ailələrə geniş dəstək verir. Hökumət və tanınmış simalar məsələ ilə bağlı açıq və konkret mövqe nümayiş etdirilər. Tələb olunur ki, terror təşkilatlarına siyasi dəstək verilməsin.
Övladlarını tələb edən valideynlər PKK-nın siyasi qanadı sayılan HDP rəhbərliyini terror təşkilatı ilə əməkdaşlıqda günahlandırır. Valideynlər açıqlamalarında bildirirlər ki, övladları HDP-nin qanundan kənar təbliğatı ilə dağlara aparılıb. Kor-koranə şəkildə terror sıralarına qatılanlar sonradan işgəncə və təcavüzə məruz qalırlar. PKK sıralarından qaçaraq təslim olanların ifadələri tükürpədicidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]