CƏMİYYƏT
TÜRKİYƏDƏ ZƏLZƏLƏ EHTİMALI QALIR
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, oktyabrın 17-də Türkiyədə mərkəzi Egey dənizində olmaqla bir neçə zəlzələ baş vermişdir. Yerli vaxtla saat 8.45-də 5,7 bal, saat 12.46-da 5,9 bal, 12.55-də 5,6 bal gücündə yeraltı təkanlar qeydə alınmışdır.
Yeraltı təkanlar İzmirdə və ətraf bölgələrdə də hiss edilmişdir. Bəzi binalarda çatlar əmələ gəlmişdir. Balkonlardan və pəncərələrdən özlərini atan 30 nəfər xəstəxanalara müraciət etmişdir.
Boğaziçi Universiteti Kandilli Rəsədxanasının və Zəlzələ Araşdırmaları İnstitutunun direktoru professor Gülay Barbarosoğlu daha güclü zəlzələnin baş verməyəcəyini söyləməyin mümkün olmadığını bildirmişdir.