İDMAN
Türkiyəli mütəxəssis Şirvanda yeniyetmə voleybolçularımızın yarışını izləyib
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasının (AVF) dəvəti ilə ölkəmizdə səfərdə olan türkiyəli voleybol mütəxəssisi Şahin Çatma Şirvan şəhərində olub.
AZƏRTAC xəbər verir ki, təcrübəli mütəxəssis burada təşkil olunmuş Şirvan və Hacıqabuldan olan 15 yaşadək qızlar arasında yarışı və turnirdən sonra keçirilən məşqləri izləyib.
O, Şirvan Olimpiya Kompleksində baş tutan yarışa və məşqlərə baxışdan sonra müəyyən etdiyi kriteriyalara uyğun gələn istedadlı voleybolçuların qeydiyyatını aparıb.
Şahin Çatma dünən Bakıda və Sumqayıtda məşq edən qızlara da baxış keçirib.
Türkiyəli mütəxəssis bütün məşqləri və oyunları analiz etdikdən sonra müvafiq seçimlər edəcək.
Qeyd edək ki, bu yarış AVF-nin perspektivli yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2024 [21:22]
Avropa çempionatı: Azərbaycan millisi seçmə mərhələdə Türkiyəyə qalib gəlib
- 04.06.2024 [20:29]
Avropa çempionatı: Azərbaycan millisi Fransanı məğlub edib VİDEO
- 04.06.2024 [19:02]
Fərid Qayıbov: Müxtəlif qitələrdən olan gəncləri burada görmək çox xoşdur
- 04.06.2024 [17:42]
“Qarabağ” qapıçısı Andrey Lunyovla vidalaşıb
- 04.06.2024 [17:23]
Kriştiano Ronaldo kuboksuz mövsümü karyerasının ən yaxşısı adlandırıb
- 04.06.2024 [16:43]
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar
- 04.06.2024 [16:09]