Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkiyənin Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşəçilik və Turizm İşçiləri Həmkarlar İttifaqının sədri Cemail Bakındıdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Növbədənkənar prezident seçkilərində yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizə təbriklərimizi çatdırıram. Zati-alinizin liderliyi ilə Azərbaycanın tərəqqidə qət etdiyi uğurlu yol təqdirəlayiqdir və bizim üçün sevindiricidir. Qarabağın azad edilməsi hamımızı çox şad etdi və fərəhləndirdi. Azərbaycanın kədəri bizim kədərimiz, sevinci sevincimizdir.

Fürsətdən istifadə edərək müasir Azərbaycan dövlətinin qurucusu, unudulmaz Ümummilli Liderimiz Heydər Əliyevi ehtiramla yad edirəm.

Zati-aliləri, Sizə, ailə üzvlərinizə və Sizin şəxsinizdə azərbaycanlı qardaşlarıma cansağlığı və daha xoşbəxt gələcək arzulayıram.

“Bir millər, iki dövlət şüarı” ilə yaşasın Türkiyə və Azərbaycan!

Hörmətlə,

 

Cemail Bakındı

Türkiyənin Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşəçilik və

Turizm İşçiləri Həmkarlar İttifaqının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin