SİYASƏT
Türkiyənin “Kanal A” TV-si Azərbaycanın müasir inkişaf istiqamətləri və əhalinin yüksək həyat tərzindən bəhs edən sənədli film nümayiş etdirmişdir
İstanbul, 20 aprel (AZƏRTAC). Aprelin 19-da Türkiyənin “Kanal A” televiziya kanalında Azərbaycan Respublikasının müasir inkişaf istiqamətləri və əhalinin yüksək həyat tərzindən bəhs edən sənədli film nümayiş etdirmişdir.
“Bu həftə Kaf dağının arxasındayıq, əfsanələr və sirli hekayələr şəhərində” adlı filimdə son illər Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlərdən, dövlətimizi qüdrətləndirən amillərdən, əhalinin rifahını yüksəldən əhəmiyyətli tədbirlərdən, insanların yüksək əhval-ruhiyyəsindən bəhs olunmuşdur.
Azərbaycanın ilk milli süni peyki - “Azersat-1” orbitə göndərilməsindən bəhs edən süjetdə qeyd olunmuşdur ki, bütün uğurlar ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilməsinin nəticəsidir.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul