İQTİSADİYYAT
Türkiyənin ticarət donanmasının statistikası açıqlanıb
![Türkiyənin ticarət donanmasının statistikası açıqlanıb](/files/2024/2/1200x630/17163823231528227363_1200x630.jpg)
Ankara, 22 may, AZƏRTAC
Türkiyənin ticarət donanması hazırda 410 müxtəlif növ gəmidən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun parlamentin deputatlarından birinin Türkiyə dəniz donanmasının vəziyyəti ilə bağlı sorğusuna cavabında deyilir.
Nazir qeyd edib ki, dəniz yükdaşımalarında, xüsusən 80 quru yük gəmisi, 67 neft və kimya məhsulu daşıyan tanker və 47 konteyner gəmisi iştirak edir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri bildirib ki, Türkiyə ticarət donanması gəmilərinin orta yaşı 22 ildir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [20:43]
Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub
- 15.06.2024 [17:33]
SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib
- 14.06.2024 [22:19]
Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
- 14.06.2024 [19:11]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14.06.2024 [18:53]