Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Türkiyənin turizm paytaxtı - Antalya

Bakı, 12 may, AZƏRTAC

Ötən günlərdə “Buta Airways” aviaşirkətinin və “Summer Tour” turoperatorunun dəstəyi ilə bir qrup azərbaycanlı jurnalistin Antalyaya maraqlı və yaddaqalan səfəri təşkil olundu. Səfər çərçivəsində jurnalistlərə Antalya ilə yaxından tanış olmaq, bu səfalı və qədim şəhərin tarixi yerlərini ziyarət etmək, dincəlmək üçün hər cür şərait yaradıldı. Gördüklərimizdən ən yaddaqalan nə oldu? Bunu reportajlarımızdan öyrənəcəksiniz.

Antalya - Türkiyənin cənubunda, Aralıq dənizinin qərb sahillərində, körfəz ilə Toros dağlarının əhatəsində yerləşən məşhur kurort şəhəridir. Antalya Türkiyənin əhalisinin ən sıx olduğu beşinci, sahəsinə görə isə altıncı böyük şəhəridir. Türkiyənin turizm paytaxtı hesab edilən bu şəhər mavi dənizi və gözəl çimərlikləri ilə seçilir.

Yeni və tarixi hissədən ibarət olan şəhərdə Aralıq dənizi iqlimi hakimdir. Ümumiyyətlə, Türkiyənin Aralıq dəniz sahilləri ekoloji baxımdan ən təmiz ərazilər hesab olunur. Antalya şəhəri 1980-ci ildən sonra əlverişli iqliminə görə sürətlə inkişaf etmiş turizm bölgəsinə çevrilib. 1985-ci ildə bu şəhərin maksimum sayda - ildə 2 milyon turist qəbul edib. Hazırda isə hər il Antalyaya Rusiya, Almaniya, İngiltərə, Hollandiya, Azərbaycan və digər ölkələrdən milyonlarla turist gəlir. Antalya ilin 300 günü günəşli olan, yayı isti və quru, qışı mülayim və yağmurlu şəhərdir. Türkiyənin turizm gəlirinin təxminən 35 faizi Antalyanın hesabına ödənilir. Ümumilikdə Türkiyənin ildə ən çox turist çarpayısı satılan şəhəri də 65 faiz göstərici ilə məhz Antalyadır.

Ərazisi 1,4 min kvadratkilometr, əhalisi 2 milyondan çox olan Antalya il ərzində orta hesabla 10-12 milyon turist qəbul edir. Şəhər özünəməxsus arxitekturası, tarixi abidələri ilə də məşhurdur. Türkiyənin ən zəngin muzeylərindən biri məhz Antalyadadır. Burada Osmanlı imperiyasınaqədərki dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar nümayiş edilir. Antalya Türkiyədə ən çox antik kənd olan vilayətidir. Özünəməxsus arxitekturası və tarixi abidələri ilə məşhur olan şəhər dağlarla əhatələnib.

“Rixos Sungate” oteli: Antalyada çoxlu saraylar, muzeylər, antik kəndlər və təxminən 400-dək beş ulduzlu otel var. “Rixos Sungate” Beldibində yerləşən, ovsunlayıcı dənizi və çimərliyi ilə hər yay mövsümdə turistlərin axın etdiyi məkandır. Otel xəyallarındakı tətili yaşamaq istəyənlərin Kemerdəki otellər arasından ən unudulmaz əyləncələr təqdim edir. Antalyadakı otelləri arasında keyfiyyətli xidməti və rahatlığı ilə seçilən “Rixos Sungate” oteli 250 min kvadratmetrlik sahəni əhatə edir.

Antalyanın mərkəzindən 25 kilometr, Antalya hava limanından isə 50 kilometr uzaqlıqda yerləşən otel Aralıq dənizinin mavisi və Toros dağlarının əsrarəngiz təbiəti ilə əhatə olunub. “Rixos Sungate”də suit və villa olmaqla ümumilikdə 1094 otaq var. Otel VIP xidmətlər, türk, İtaliya, Meksika, Livan mətbəxinin təamlarını təqdim edir.

Kəmər bölgəsində ən unikal əyləncələri təqdim edən “Rixos Sungate”də müxtəlif musiqi festivalları təşkil edilir və dünya şöhrətli DJ-lər öz performanslarını sərgiləyirlər. Aprel ayının 28-dən mayın 5-dək oteldə keçirilən “MyFest - 2018” musiqi festivalında əsəsən Rusiya sou-biznesinin tanınmış simaları çıxış etdilər.

Qala içi adlanan qədim şəhər: Turist axınının daha çox qeydə alındığı məkan Qala içi adlanan qədim şəhərdir. Antalyanın görməli yerlərinin əksəriyyəti də demək olar ki, bu ərazidə yerləşir. Buradakı evlərin çoxu mehmanxana və restorana çevrilib. Yivli minarəsi Antalyanın simvolu hesab olunur. Hündürlüyü 39 metrə çatan abidə 1230-cu ildə Sultan Ələddin Keyqubad tərəfindən inşa edilib. Əsası XIX əsrdə qoyulan Saat qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları, Atatürk və Mərmərli parkları da şəhər sakinləri və qonaqların sevimli istirahət məkanlarıdır.

Antalya Aquarium: Nəhəng akvarium ilk ziyarətçilərini 2012-ci ilin avqustunda qəbul edib. Konyaaltı çimərliyindən 70 metr uzaqlıqda yerləşən Antalya Aquarium 15 min metr qapalı sahədə qurulub. Antalya Aquarium əyləncə və iaşə obyektləri ilə yanaşı, hər gün təbii qar yağdırılan Qar Dünyası və Buz Muzeyindən, zəhərli sürünənlər, nəhəng böcəklər və rəngarəng canlılarla dolu tropik bir macəra təqdim edən “WildPark”, çox ölçülü kino texnologiyası ilə dünya dənizlərinə virtual səyahəti təmin edən “Oceanride XD Cinema”dan ibarətdir. Antalya Aquarium Topkapı Sarayı və Ayasofya kimi Türkiyənin ən mühüm turistik məkanlarının yer aldığı və ölkənin ən çox turist qəbul edən yerləri sırasında ilk beşlikdə qərarlaşıb.

Düden şəlaləsi: Şəlalə Kepez Su Elektrik Stansiyasından başlayır və mənbəyi Düdenbaşı adlanan yerdir. Aşağı Düden və Yuxarı Düden adlanan iki qoldan ibarət olan şəlalə Antalyanın mərkəzindən təxminən 10 kilometr uzaqlıqda yerləşir. Aralıq dənizinə tökülən və müxtəlif mağaralardan ibarət olan şəlaləni dünyanın hər yerindən gələn turistlər ziyarət edir. Burada müxtəlif suvenirləri satılan dükanlar fəaliyyət göstərir.

Olimpos kanatı Kemerin ən məşhur yerlərindən biridir. Tahtalı Dağı ilə Kemer sahili boyunca uzanan və 2365 metr hündürlükdə yerləşən kanat dünyanın ən uzun ikinci, Avropanın isə ən uzun kanatıdır. Kanatla səyahət təxminən 10 dəqiqə çəkir. Burada günəş çıxmasını müşahidə etmək və təmiz havadan zövq almaq olar. Həmçinin burada 200 nəfərlik qapalı və açıq restoran, yığıncaq salonları, dağ paraşütü, durbinlə təchiz edilmiş müşahidə terrasları və möhtəşəm zirvə panoraması var.

Antalyanın Kemer bölgəsində təbiətin bütün gözəllikləri özündə cəmləyən Botanik Restoran Ulupınarda ziyarətçilər yeyəcəkləri balığı özlərinin ovlamaq imkanı var. Restoranın qonaqları şəlalələri, möhtəşəm çinar ağaclarını seyr edə bilərlər. Restoran Antalyadan 70 kilometr uzaqlıqda yerləşir və bənzərsiz təbii gözəllikləri, təcrübəli və seçmə işçi heyəti ilə fərqlənir.

Alanya Aralıq dənizi sahilində gözəl şərq şəhəri, eyni zamanda, Türkiyənin yazdan payıza kimi istirahət edə biləcəyiniz sərfəli kurortudur. Müxtəlif çalarlı isti dəniz, mavi bayraqlarla işarələnən möhtəşəm çimərliklər, gözəl mənzərələr, maraqlı çoxəsrlik tarix, su əyləncələri, parlaq gecə həyatı turistlərə buradakı istirahətini uzun müddət xatırladacaq. Alanya ən böyük mehmanxanalara malik turizm məkandır. Burada 40-dək ölkədən 15 minə yaxın insan mülk alıb və təxminən 10 mindən çox əcnəbi yaşayır.

Alanya qalası bu şəhərin simvollarından biridir. Dəniz səviyyəsindən 250 metrə qədər yüksələn yarımada üzərində yerləşir. Qala divarlarının uzunluğu 6,5 kilometrə qədərdir. Kandeleri adı ilə də tanınan Alanya yarımadasındakı yaşayış, Helenistik dövrə qədər birlikdə günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqlu əsəridir. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən tikdirilib. Qalanın 83 qülləsi və 140 bürcü var. Orta əsrlərdə qala divarların içində yerləşmiş şəhərin su ehtiyacı təmin etmək üçün 1200-ə yaxın su anbarı tikilib. Həmin su anbarlarının bir hissəsi hazırda istifadə edilir.

Damlataş Mağarası Alanyanın mərkəzindən 1 kilometr uzaqlıqda yerləşir. Qədim dövrlərdə formalaşdığı təxmin edilən karst mağarası 1948-ci ildə kəşf edilib. Təxminən 200 kvadratmetr ərazini əhatə edən mağaranın tavanının hündürlüyü 15 metrdir.

“Buta Airways”: Bakıdan Antalyaya səyahət etmək üçün ən sərfəli aviaşirkət

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “Buta Airways” ötən ilin sentyabrından Antalya istiqamətində uçuşlara başlayıb. Uçuşlar 106 sərnişin tutan yeni, ən müasir və komfortabelli “Embraer 190” təyyarəsi ilə həyata keçirilir. Aviabiletlərin qiyməti isə 29 avrodan başlanır.

Lou-kost aviaşirkət olaraq “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir. Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuzdu, isti yemək isə aviabiletin alınması prosesi zamanı sifariş etmək mümkündür. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək olar.

“Buta Airways”in reyslərində əlavə opsiyalar kimi təyyarə salonunda komfortlu yerlər təqdim olunur. Şirkətin aviareyslərində eyniadlı bort jurnalı pulsuz paylanılır. Jurnal həm Azərbaycan vətəndaşlarının, həm də Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə səyahət edən qonaqların və tranzit sərnişinlərin marağını cəlb edir. Jurnalda ölkəmizdə və xaricdə maraqlı və tanınmayan yerlər, milli mətbəx və aviaşirkətin uçuşlar yerinə yetirdiyi bu və ya digər şəhərdə vaxtın necə səmərəli keçirilməsi haqqında məlumatlar yer alır.

Loukoster aviaşirkəti Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun “Terminal 2”nin Şimal girişi vasitəsilə yerinə yetirir. “Buta Airways” barədə bütün yenilikləri və xəbərləri “Buta Airways”in “facebook.com/ButaAirways”, “instagram.com/ButaAirways”, “twitter.com/ButaAirways” sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür.

“Summer Tour” turizm şirkəti isə Bakıdan Türkiyənin, eləcə də Avropanın müxtəlif turizm bölgələrinə müxtəlif turizm bölgələrinə səfərlər təşkil edir. Antalyaya səyahət edən həmyerlilərimizin əksəriyyəti bu turizm şirkətinin xidmətlərindən istifadə edir.

Nihad Budaqov

AZƏRTAC-ın müxbiri

Bakı-Antalya-Alanya-Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq VİDEO

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb