İQTİSADİYYAT
Türkiyənin vergiödəyiciləri xarici investisiyalı hüquqi şəxslərin 35,7 faizini təşkil edir
Bakı, 23 oktyabr, AZƏRTAC
2021-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı hüquqi şəxslərin 35,7 faizi Türkiyə, 14,3 faizi İran, 11,6 faizi Gürcüstan, 5,4 faizi Pakistan, 4,5 faizi Çin, 3,6 faizi Şri-Lanka və 2,7 faizi Rusiya investisiyalı vergiödəyiciləridir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ilin yanvar-sentyabr aylarında 1366 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,8 faiz çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 15,8 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7 faiz təşkil edib.
Həmçinin 2021-ci il oktyabrın 1-nə 302 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.