SİYASƏT
TÜRKPA Qırğızıstanda seçkiləri və referendumu müşahidə edəcək
Bakı, 7 yanvar, AZƏRTAC
Üzv ölkələrin parlamentariləri və TÜRKPA Katibliyinin diplomatik heyətindən ibarət TÜRKPA Beynəlxalq müşahidə missiyası yanvarın 10-da Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkiləri və referendumun müşahidəsini həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, müşahidə proqramı çərçivəsində missiyanın bir neçə dövlət rəsmiləri və namizədlərlə, eləcə də MDB PA, ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Beynəlxalq Müşahidəçi Missiyaları ilə görüşlərinin keçirilməsi gözlənilir.
Seçki günü TÜRKPA missiyası səsvermə prosesini yerində izləmək üçün Bişkekdəki seçki məntəqələrini ziyarət edəcək.
Yanvarın 11-də missiya müşahidənin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2024 [19:42]
Azərbaycan səfiri Niderlandda ölkəmizin üzləşdiyi mina problemindən danışıb
- 23.05.2024 [19:29]
Siyasi tükənmişlik
- 23.05.2024 [18:42]
İtaliyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub VİDEO
- 23.05.2024 [18:18]