İDMAN
UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin daha iki görüşü azarkeşsiz keçəcək
Bakı, 10 mart, AZƏRTAC
UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərarlar qəbul edib.
AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq “Olimpiakos” (Yunanıstan) - “Volverhemton” (İngiltərə) və “Sevilya” (İspaniya) - “Roma” (İtaliya) görüşləri azarkeşsiz keçiriləcək. Bu komandalar arasında oyun martın 12-də təşkil olunacaq.
Xatırladaq ki, daha əvvəl qitə futbol qurumu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Valensiya” (İspaniya) - “Atalanta” (İtaliya), həmçinin UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin “Kopenhagen” (Danimarka) - “Başakşehir” (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Paris Sen-Jermen” (Fransa) - “Borussiya Dortmund” (Almaniya) oyunu da azarkeşsiz baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [15:04]
Azərbaycan avarçəkənləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar
- 03.06.2024 [14:49]
Azərbaycanın kapoeyra millisi Avropa çempionatında birinci yeri tutub
- 03.06.2024 [13:17]