DÜNYA
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
Bakı, 10 may, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələrinin sıralarına 20 minədək məhbus və məhkumluğu olan şəxs cəlb edilə bilər.
AZƏRTAC xəbər verir ki, Ukraynanın ədliyyə naziri Denis Malyuska bunu BBC teleradio kompaniyasının yerli xidmətinə müsahibəsində deyib.
“Strana” nəşrinin yazdığına görə, hazırda ölkədəki cəzaçəkmə müəssisələrində 28 minə yaxın şəxs saxlanılır və ordu sıralarına cəlb olunacaq məhbusların sayı 10-15 mini keçməyəcək.
Qeyd edək ki, bir müddət öncə Ali Rada məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini qəbul edib. Sənədə əsasən, “milli təhlükəsizliyin əsaslarına qarşı cinayət törədən şəxslər, qatillər, zorlama maddəsi ilə həbs olunanlar, pedofillər, həmçinin spirtli içki və ya narkotik vasitələrin təsiri altında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri törədənlər istisna olmaqla, bütün məhkumlar səfərbərliyə cəlb olunacaq.
Ədliyyə nazirinin sözlərinə görə, minlərlə məhbus Ukrayna ordusu sıralarına qoşulmağa hazırdır. O, həmçinin cinayət keçmişi olan azı 50 min nəfərin hərbi xidmətə çağırıla biləcəyini elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [22:15]
İran Prezidentinin vəfatı ilə əlaqədar Türkiyədə matəm elan edilib
- 20.05.2024 [22:04]
ABŞ İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib
- 20.05.2024 [17:37]
Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir
- 20.05.2024 [16:57]
Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb
- 20.05.2024 [16:49]