RƏSMİ XRONİKA
UKRAYNA PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VİKTOR YUŞŞENKOYA
Hörmətli Viktor Andreyeviç,
Donetsk şəhərində A.F.Zasyadko adına şaxtada partlayış nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni qəlbən sarsıtmışdır.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə və həlak olmuş şaxtaçıların qohumlarına və yaxınlarına, bütün Ukrayna xalqına səmimi başsağlığı verirəm. Zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
19 noyabr 2007-ci il.