DÜNYA
Ukraynada neft emalı zavodu dronla vurulub
Kiyev, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-nə keçən gecə Poltava vilayətinin Kremençuk şəhərində yerləşən neft emalı zavodu kamikadze dronları vasitəsilə vurulub.
AZƏRTAC xəbər verir ki, Poltava vilayət administrasiyasının qubernatoru Filip Proninin sözlərinə görə, bölgədə hava hücumu xəbərdarlığı dörd saatdan çox çəkib. Rusiya əraziyə PUA-larla hücum edib.
“Hücum nəticəsində Kremençukdakı neft emalı zavodunda yanğın baş verib. İlkin məlumata görə, tələfat olmayıb. Dağıntı ilə bağlı məlumat dəqiqləşdirilir. Bütün müvafiq xidmətlər hadisə yerindədir”, - deyə qubernator bildirib. O əlavə edib ki, pilotsuz təyyarələrdən bəziləri hava hücumundan müdafiə qüvvələri tərəfindən yerə endirilib.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata əsasən, noyabrın 1-ə keçən gecə ölkə ərazisinə hücum edən 20 kamikadze dronundan 18-i zərərsizləşdirilib. Həmçinin bir X-59 aviaraketi məhv edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [13:47]
Qazaxıstan “Taliban”nı terrorçu təşkilatlar siyahısından çıxarıb
- 03.06.2024 [13:25]
Estoniya Rusiya ilə sərhəddə monitorinq məntəqələri tikməyə başlayıb
- 03.06.2024 [13:14]
ÜST pandemiya sazişi üzrə danışıqları daha bir il uzadıb
- 03.06.2024 [12:36]
Şri-Lankada daşqınlar 12 nəfərin həyatına son qoyub
- 03.06.2024 [12:35]
Türkiyənin XİN rəhbəri Çində səfərdədir
- 03.06.2024 [12:25]
Kəşf olunmamış Anadolu: Frigiya – qaya sakinlərinin sivilizasiyası
- 03.06.2024 [12:04]