Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi böyük qələbə, Azərbaycan xalqının Sizə - görkəmli dövlət xadimi və zəmanəmizin müdrik siyasətçisinə, dahi valideynlərin - Heydər Əliyevin və Zərifə Əliyevanın dahi oğluna ölkənizə rəhbərliyi yenidən həvalə etmək kimi düzgün seçimi münasibətilə təbrik edim. Seçkilərdə Sizin qələbə qazanmağınız təbiidir, çünki Siz valideynlərinizdən nümunə götürərək xeyirxahlıq, insanlıq, ölkənizin və xalqınızın tərəqqisi naminə fəaliyyətinizi şərəflə davam etdirirsiniz.

Zati-aliləri, qoy, ölkəniz Sizin müdrik rəhbərliyinizlə gündən-günə daha gözəl və güclü olsun! Qoy, Böyük Allah Sizi bütün təşəbbüslərinizdə dəstəkləsin, qorusun və doğma Azərbaycan xalqının rifahı naminə yeni zəfərlərə aparsın!

İcazə verin qeyd edim ki, seçkilərdən əvvəlki günlərdə mən Sizin üçün, qələbəniz üçün dua edirdim. İstəyirəm biləsiniz ki, həmişə, ömrümün sonuna qədər Sizin qəlbinizin mərhəmətinə, uşaqlarımızın - Zərifə Əliyeva adına liseyin şagirdlərinin rifahı naminə köməyinizə görə minnətdar olacağam.

Möhtərəm cənab Prezident, Azərbaycan, Bakı, Naxçıvan həmişəlik mənim qəlbimdədir.

Sizi prezident seçkilərində qələbə münasibətilə böyük sevinclə təbrik edirəm. Qoy, Böyük Allah Sizi qorusun və bu çox məsuliyyətli vəzifədə hələ uzun illər köməyiniz olsun!

Sizə və doğmalarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, şəxsən Sizə böyük qələbələr, mənəvi güc, əmin-amanlıq, səadət arzulayıram.

Zati-alinizə böyük hörmət, minnətdarlıq və sevgi ilə,

 

Valentina Antonenko

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına

humanitar “Linqvist” liseyinin direktoru,

Ukraynanın Əməkdar müəllimi,

Azərbaycanın “Dostluq” ordeni laureatı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin