MƏDƏNİYYƏT
“Ulduz müharibələri” filminin doqquzuncu bölümü Rusiya ekranlarında
Bakı, 19 dekabr, AZƏRTAC
“Star Wars: The Rise Of Skywalker” adı almış “Ulduz müharibələri” filminin doqquzuncu bölümü Rusiya ekranlarına çıxır.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, filmin rejissoru Cey Cey Abramsdır.
“Mənə elə gəlir ki, təkrarçılığa görə yeddinci və ondan əvvəlki epizodlar tənqid olunduğu kimi doqquzuncuda buna yol verilməyib. Onsuz da fanatlar hər zaman nədənsə narazı qalırlar. Bu, fanatların xoşbəxt olacağını ifadə etmir, amma son seriyada çaşqınlığa səbəb olan bütün əsas suallara cavablar verilib və franşiza mifologiyasına yenidən nəzər salınıb”, - deyə kinotənqidçi Anton Dolin bildirib.
Rusiya Federasiyası Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının direktoru Kiril Razloqov bildirib ki, “Ulduz müharibələri” əfsanəvi əhvalatı Corc Lukasdan başlanıb. O dörd il kinostudiyaların qapısı önündə qalaraq öz ideyasını satmaq istəyirdi. Heç bir studiya onu qəbul etmək istəmirdi. Nəhayət “20th Century Fox” kinostudiyası onun bu təklifini qəbul etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]