Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ulu öndər Heydər Əliyev və regional inkişaf siyasəti

Ulu öndər Heydər Əliyev və regional inkişaf siyasəti

Bakı, 19 oktyabr, AZƏRTAC

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifi sayılır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.

AZƏRTAC Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılovun “Ulu öndər Heydər Əliyev və regional inkişaf siyasəti” adlı məqaləsini təqdim edir.

Ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında müdrik siyasətçi, qətiyyətli iradəsi və əzmkarlığı ilə böyük şəxsiyyət olaraq, dünyada görkəmli dövlət xadimi kimi tanınmışdır. Respublikanın rəhbəri olduğu dövrdə Ulu Öndər təcrübəli dövlət xadimi və təşkilatçı kimi ölkəmizin ictimai həyatının bütün sahələrində öz bilik və bacarıqlarını xalqının yaşayış rifahının qaldırılmasına yönəltmişdir.

Keçmiş əsrdən miras qalmış iqtisadiyyatın ölkəmizdə qeyri-bərabər yayılması neft hasilatı və emalının Abşeronda təmərküzləşməsi ilə bağlı idi. Keçən əsrin 50-60-cı illərində respublikada mövcud olan ərazilərin qeyri-bərabər inkişafının aradan qaldırılması istiqamətində respublika rəhbərliyi əməli işlər aparmaq cəsarətinə malik deyildilər.

Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublikamıza rəhbərlik etməyə başladıqdan sonra bu istiqamətdə məqsədyönlü işlərin aparılmasına başlanır. Bu dövrdə respublikamızın tədricən inkişafını təmin edilməsi üçün regionların iqtisadi dirçəlməsini nəzərdə tutan dövlət proqramları realizə edilir. Ölkədə aqrar sahələrlə yanaşı, yeni maşınqayırma, energetika, kimya və neft-kimya, yüngül və yeyinti sahələrinin inkişafına xüsusi diqqət verilir. Nəticədə, respublikamızda çox iri, ittifaq əhəmiyyətli sənaye obyektləri inşa edilir.

Respublikanın gələcək inkişafı üçün ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş meyarlar və hədəflərə söykənərək, artıq 1970-ci ildə Dövlət Plan Komitəsinın mütəxəssisləri tərəfindən respublikanın regionlarının sosial-iqtisadi inkişafına yönəlmiş yenidənqurma işlərin proqramları hazırlanır. Nəzərdə tutulmuş kompleks tədbirlər planına uyğun olaraq “1971-1980-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi” və sonrakı mərhələdə “1976-1990-cı illərdə Azərbaycan SSR-in uzunmüddətli iqtisadi proqnozu, məhsuldar qüvvələrin inkişaf və yerləşdirilməsi sxemi” tərtib olunur. Bu dövrdə regionların tədqiqinə yönəlmiş elmi araşdırmaların sayı artır.

Ötən əsrin 70-ci illərinin əvvəllərində “1971-1988-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsinin konsepsiyası və əsas istiqamətləri”, “Azərbaycan SSR-in sahələrarası və rayonlararası əlaqələri”, “Respublikanın ayrı-ayrı rayonlarının kompleks iqtisadi inkişafının optimallaşdırılması” və digər bu kimi elmi araşdırmalar regionların potensialının daha səmərəli istifadəsinə kömək edib.

Ulu Öndərin təkidi ilə 1971-1975-ci illərdə respublika iqtisadiyyatına mərkəzdən daha çox vəsait qoyulur və bunun nəticəsində 64 iri sənaye müəssisəsi istifadəyə verilir. Keçən əsrin 70-80-ci illərində respublikada ən nəhəng sənaye müəssisələri - Bakı Dərin Özüllər Zavodu, Bakı Kondisioner Zavodu, Sumqayıtda Üzvi Sintez Zavodu istismara verilir, eyni zamanda, regionlarda Salyan Plastik Kütlə Emalı Zavodu, Mingəçevir Texniki Rezin Məmulatları Zavodu və bir çox şərab zavodları yeni texnologiyalar əsasında işləməyə başlayır.

Bu dövrdə regionların inkişafına yönəlmiş vacib addımlardan biri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üzümçülük, şərabçılıq, pambıqçılıq və turizm sektorunun inkişafına təkan verilməsi oldu. Respublikanın əksər rayonlarında üzümçülüyün inkişaf etdirilməsi nəticəsində artıq 1980-ci ildə ölkədə üzüm istehsalı 2 milyon tona çataraq, bu sahədə İttifaqda ön yerə çıxır. Nəzərə alsaq ki, bitkiçilikdə üzümçülük ən yüksək gəlirli sahə sayılır, aydın olar ki, respublikamızda əldə olunan gəlirlər kifayət qədər artmışdır. Lakin sonrakı illərdə İttifaq orqanları tərəfindən qəbul olunmuş qərar və onun nəticələri respublikada üzümçülük sahəsinə böyük zərbə vurmuşdur. Onu da qeyd etmək lazımdır ki, respublikanın o dövrün rəhbərlərinin “səyləri” nəticəsində (ənənəvi üzümçülük respublikaları sayılan Gürcüstan və Moldovadan fərqli) regionlarda bütün üzümlüklər ciddi nəzarət altında tamamilə məhv edilmişdir. Bu da yerli sakinlərin yaşayış səviyyəsinin aşağı düşməsinə təsir göstərmişdir.

Regionların təbii resurs potensialının səmərəli istifadə edilməsi məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikanın Xəzər sahili rayonlarında İttifaq əhəmiyyətli müalicə-kurort və turizm mərkəzlərinin yaradılmasına dair proqram hazırlanır. Lakin 1982-ci ildə ulu öndər Heydər Əliyevin Moskvaya İttifaqın mərkəzi idarəetmə orqanlarına getməsi bu proqramın realizə olunmasını mümkünsüz edir.

80-ci illərin ikinci yarısında iqtisadiyyatda tənəzzül meyilləri açıq-aşkar hiss olunmağa başlayır. Bir tərəfdən respublikada səriştəsiz rəhbərlik, digər tərəfdən erməni separatizminin baş qaldırması respublikanın sosial-iqtisadi durumuna böyük zərbə vurur. Bu dövrdə sovet mərkəzi mətbuat orqanlarının birində (“Arqumentı i faktı” qəzetində) respublikalarda sosial durumla bağlı 1988-ci ilin nəticələrinə görə təqdim edilən statistik məlumatlara əsasən, əhalinin yaşayış durumuna görə ən ağır vəziyyətin Azərbaycanda olduğu göstərilirdi. Belə ki, Azərbaycan yeganə respublika idi ki, əhalinin 50 faizdən çoxu ayda 100 rubldan az məbləğə dolanırdı. Təbii ki, regionlarda vəziyyət daha acınacaqlı idi. Şəhər və rayon mərkəzlərində xidmət sahələrinin hesabına işsizlik və yoxsulluq elə də ağır olmadığı halda, kənd yaşayış yerlərində, maliyyə çətinlikləri, enerji və yanacaq təchizatındakı problemlər burada əhalini əsasən ev təsərrüfatları ilə məşğul olmağa məhkum etmişdi.

Uzun illər regionlar üzrə formalaşmış iqtisadi ixtisaslaşma mənzərəsi pozulduğu üçün, regionlar arası iqtisadi əlaqələr demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Regionların maliyyələşdirilməsində yaranmış gərginliklər regional idarəetmə sistemin fəaliyyətində ağır problemlərin yaranmasına səbəb olmuşdu. Regionlarda iqtisadi vəziyyətin tənzimlənməsi artıq birbaşa olaraq mərkəzləşdirilmiş maliyyə dəstəyindən asılı vəziyyətdə idi. 1990-cı illərdə ölkədəki anarxiya, xaos, özbaşınalıq, hakimiyyətsizlik səbəbindən iqtisadiyyatın tənəzzülə uğraması, işsizliyin artması və əhalinin yaşayış səviyyəsinin enməsi nəticəsində bölgələrdən paytaxta və hətta xarici ölkələrə əhalinin miqrasiyası artmağa başlamışdı. Miqrantlar arasında gənclərin və kişilərin üstünlük təşkil etməsi bir sıra kəndlərdə demoqrafik vəziyyətin pozulmasına səbəb olmuşdu.

1993-cü ilin may-iyun aylarında ölkəmizdə yaranmış hakimiyyət böhranının son dərəcə kəskinləşməsi və xalqımız mövcud hakimiyyətin dəyişməsini təkidlə tələb etməsi nəticəsində respublikaya rəhbərlik ümummilli lider Heydər Əliyevə etibar edildi. Ölkəmizin ağır ictimai-siyasi və sosial-iqtisadi durumundan çıxarmasında Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi tələb olunurdu. Kifayət qədər siyasi təzyiqlərə və maneçiliklərə baxmayaraq, Heydən Əliyevin uzaqgörən strategiyasına uyğun olaraq 1994-cü ildə Azərbaycan dünyanın böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. Beləliklə, milli mənafelərimizə uyğun olaraq respublikanın inkişaf strategiyası hazırlandı. Bu strategiyada həlledici yer regionların davamlı inkişafının təmin edilməsi idi.

Bütövlüklə respublikada və onun regionlarında əhalinin yaşayış səviyyəsinin qaldırılması bilavasitə sosial-iqtisadi inkişafla bağlı olduğu üçün əvvəlcə diqqət respublikanın təbii resurs və insan potensialından daha səmərəli istifadəsinə verilmişdi. Bununla yanaşı, 90-cı illərin ikinci yarısında regionlarda yaranmış ən ağır sosial problem işsizlik idi. Məhz buna görə, yeni iş yerlərinin açılması regionların inkişafında əsas hədəf olmuşdu. Yeni təsərrüfat və sosial obyektlərin yaradılması üçün maliyyə resursları tələb olunurdu. Bu istiqamətdə məsələnin həlli üçün, neft strategiyasından irəli gələrək və dünya təcrübəsinə söykənərək Dövlət Neft Fondu yaradıldı. Artıq 2000-ci ildən başlayaraq, Neft Fondunda “Əsrin müqavilə”si əsasında əldə olunmuş neft gəlirləri toplanmağa başladı. Əlavə maliyyə resurslarının əldə edilməsi həm respublikanın ümumi sosial-iqtisadi məsələlərin həllində, həm də regionların davamlı inkişafının təmin edilməsində yeni imkanlar açdı.

Regionların hələ də tam istifadə edilməmiş zəngin təbii-resurs və insan potensialının təsərrüfata cəlb edilməsi bölgələrimizin inkişafında əsas hədəf olaraq qalmaqdadır. Bu istiqamətdə mövcud problemlərin həlli üçün, ulu öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarının həyata keçirilməsini xüsusi nəzarətdə saxlayır. İlk proqramlarda respublikanın hər bir regionunda (İşğal altında olan rayonlar istisna olmaqla) quruculuq işlərinə dair müvafiq tədbirlər planı həyata keçirilməyə başlandı. Bununla yanaşı, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına yönəlmiş proqramlar (qeyri-neft sektorun, turizmin, nəqliyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, işsizliyin və yoxsulluğun azaldılması və s.), bilavasitə regionların sosial-inkişafına xidmət etməsini nəzərdə tuturdu. Bu məqsədə nail olmaq üçün respublikanın ərazisinə daxil olan hər bir region onun idarə edilməsi baxımından əlçatan olmalı idi.

Respublikada vahid regional inkişaf siyasətinin həyata keçirilməsində əsas problem ölkə ərazisinin 20 faizinin 1993-2020-ci illər ərzində Ermənistan tərəfindən işğal edilməsi olmuşdu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun rəşadəti sayəsində Vətən müharibəsində qazanılan Qələbə torpaqlarımızın işğalına son qoydu. Regional iqtisadi inkişaf siyasətində köklü dəyişiklərin aparılması qaçılmaz oldu. Ölkəmizin gələcək sosial-iqtisadi inkişafında müəyyənləşən yeni vektorlara uyğun olaraq, respublikanın yeni ərazi-inzibati bölgüsündə 14 iqtisadi-coğrafi rayon yaradıldı. İşğaldan azad olunmuş ərazilərdə, ölkənin regional inkişaf strategiyasından irəli gələrək, Şərqi Zəngəzur və Qarabağ iqtisadi-coğrafi rayonlarının sərhədləri müəyyən olundu. Rayonların tərkibinə daxil olan inzibati rayonlararası iqtisadi əlaqələrin inkişafı üçün regional və respublika əhəmiyyətli nəqliyyat infrastrukturu artıq istifadə edilir.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, bölgələr üzrə müvafiq obyektlərin istifadəyə verilməsi və yeni iş yerlərinin açılması üçün müvafiq maliyyə vəsaiti ayrılıb. İşğaldan azad edilmiş ərazilərdə, erməni barbarları tərəfindən törədilən vəhşiliklər və dağıdıcı əməllər nəticəsində ölkəmizə dəyən maddi və mənəvi ziyan milyardlarla manat ölçülür. Bu ərazilərdə bərpa işlərinin (nəqliyyat infrastrukturu, qaz, su və enerji təchizati, yaşayış tikintisi, sosial obyektlərin yaradılması və s.) aparılması üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən, respublika büdcəsindən 2021-2022-ci illərdə 5 milyard manata yaxın vəsaiti ayrılıb.

Respublikamızda ardıcıl həyata keçirilən regional inkişaf siyasəti bir daha onu təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə onun yeritdiyi uzaqgörən və cəsarətli siyasət Azərbaycanı tənəzzüldən və böhrandan davamlı inkişaf yoluna çıxartmışdır.

Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edərək respublikanın gələcək uğurlu inkişafının təməlini qoymuşdur. O, müstəqil Azərbaycan dövlətinin davamlı inkişaf naminə bilik və bacarıqlarını, zəngin dövlətçilik təcrübəsi istifadə edərək, əhalinin yaşayış səviyyəsinin qalxmasında və ölkəmizin mütərəqqi, müasir inkişaf trendlərinə uyğun dəyişməsində mühüm rol oynamışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Gəncədə qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar

İran Prezidentinin qəzaya uğramış helikopterinin yeri müəyyənləşdirilib

Yaponiya və Cənubi Koreya hərbi mübadilələri bərpa etmək niyyətindədir

Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Təhsil fakültəsini ziyarət edib

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək

Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub

Dövlət Komitəsinin əməkdaşları Stokholmda yerləşən “Qarabağ” məktəbini ziyarət ediblər

“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir

Parisin hava limanlarının işçiləri tətil edəcəklər

FHN: 40 nəfər xilasedicidən ibarət qrup 2 helikopterlə İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

İspaniya La Liqası: “Barselona” qalib gəlib, “Real Madrid” xal itirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib

Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib

Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Türkiyə İrana xilasedici qruplar göndərib

Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər VİDEO

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb VİDEO

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib