Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır

Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır

“Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Bakı, 11 dekabr, AZƏRTAC

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu fikrini şərtləndirən amillərin işığında ölkəmizin keçdiyi inkişaf yoluna qısaca nəzər salaq. Bircə bu reallığı qeyd etmək kifayətdir ki, məhz keçilən yolun, uğurlarımızın zənginliyinin, ən əsası möhkəm təməlin nəticəsidir ki, möhtərəm Prezidentimiz İlham Əliyev bu tezisi səsləndirib: “Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır”. Bu inam hələ cənab İlham Əliyev ilk dəfə, yəni, 2003-cü ildə Prezident seçiləndə ifadə olunub. Həmin vaxtdan bizi 14 illik zaman ayırır. Bu gün isə dövlətimizin başçısı İlham Əliyev qətiyyətlə bildirir ki, Azərbaycan hazırda ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Ulu öndər Heydər Əliyevin təkcə sovet hakimiyyəti illərindəki fəaliyyəti böyük dövlət idarəçiliyi akademiyasıdır

Bu gün iqtisadi möcüzələr ölkəsi, islahatçı və xoşbəxt respublika kimi tanınan Azərbaycanın mövcud potensial imkanları məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılıb. Ən əsası azərbaycançılıq məfkurəsi xalqımızın şüurunda əsas yer tutdu, bu ideyanın ətrafında sıx birləşmək zaman-zaman əsas məqsədə, amala çevrildi. Məhz o illərdə milli azadlığın və özünüdərkin təbliği istiqamətində atılan addımlar, yaradılan şərait növbəti illərdə öz bəhrəsini verdi. Ulu öndər Heydər Əliyevin bu fikrini bir daha xatırlatmaq yerinə düşər: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyini hələ hakimiyyətinin birinci dövründə atdığı biri-birindən önəmli addımları ilə təsdiqləyən ulu öndər Heydər Əliyev 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə böyük çətinliklərlə, faciələrlə üz-üzə qalanda müstəqilliyimizi xalqımızın tarixi nailiyyəti kimi dəyərləndirərək onun qorunmasını hər kəsin vətəndaşlıq borcu kimi irəli sürdü. Zaman hadisələrə düzgün dəyər vermək üçün ən böyük yaddaşdır. Ulu öndər Heydər Əliyev hakimiyyətinin ikinci dövründə 1969-1982-ci illərdə görülən işləri belə xarakterizə edib: “O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır”. 1993-cü ildən sonra yaşananlar, Azərbaycanın imza atdığı davamlı uğurlar Ümummilli Liderin bu fikirlərinin reallığa söykəndiyini bir daha ortaya qoydu. Bu gerçəklik də hər zaman xatırlanır ki, keçmişindən bəhrələnən, bu günü ilə fəxr edən, gələcəyə yeni-yeni hədəflərlə addımlayan dövlətlər, xalqlar daim “tarixin dərsi” kimi qəbul olunan sərt və çətin sınaqlardan şərəflə çıxır, bundan qürur duyur, varlığını təsdiqləyir, beynəlxalq birliyin fəal üzvü kimi cərəyan edən proseslərə təsir imkanlarına malik olur. Azərbaycan dövləti, xalqı bu ilkə də imza atdı. Ümummilli lider Heydər Əliyev bildirirdi: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”.

Xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlərin olduğu hər kəsə məlumdur. Bütün təzyiqlərə, çətinliklərə baxmayaraq, heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməyib. Ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası Onun daim qürurla qeyd etdiyi bu fikirləri xatırlatmaq məcburiyyətində qoyur: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırdı. Ulu Öndər hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirdi. Belə ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Sirr deyil ki, Ulu Öndər 1969-cu ildə birinci dəfə Azərbaycana rəhbərlik edən zaman ölkəmiz müttəfiq sovet respublikaları arasında ən geridə qalanlar sırasında idi. İqtisadiyyat demək olar ki, inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı çox aşağı səviyyədə idi. Məhz dahi şəxsiyyətin fəaliyyəti nəticəsində 13 ildə Azərbaycan keçmiş ittifaq miqyasında ən qabaqcıl yerlərə çıxdı. Əgər o vaxt iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Azərbaycanın keçdiyi yolu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev belə şərh edir: “1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-1980-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə Azərbaycan yavaş-yavaş yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam edir”. Bir sözlə, həmin illərdə iqtisadi sahədə əldə olunan uğurlar siyasi müstəqillik yolunda mühüm təməl kimi dəyərləndirilməlidir.

1993-cü il 15 iyun - müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcı

Müstəqillik tarixində 26 illik yol qət edən Azərbaycanın bu günündən dünəninə diqqət yetirəndə ümummilli lider Heydər Əliyevin xidmətlərinin miqyası, bu günümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın görünür. Ulu öndər Heydər Əliyevin “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri də Azərbaycanın sabahına olan inamdan irəli gəlib. Hər bir ölkəni inkişafa aparan, imzalar arasında imzasının görünməsini şərtləndirən əsas amil məhz dövlət rəhbərinin idarəçilik sistemi, dövlət maraqlarını hər şeydən öndə tutması, xalqına, ölkəsinə bağlılığıdır. Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dahi liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu. “Açıq qapı” siyasəti yürütməklə Azərbaycanın qapısının buraya xoş niyyətlə ayaq basan hər kəsə açıq olduğunu bəyan edən ümummilli lider Heydər Əliyev digər tərəfdən dövlətimizin müstəqil siyasətini önə çəkərək, heç bir qüvvənin Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında olmadığını, göstərilən hər bir cəhdin qarşısının xalq-iqtidar birliyinin fonunda qətiyyətlə alınacağını da diqqətə çatdırırdı. Məhz Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Ulu Öndərin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyimiz qorundu və möhkəmləndirildi. Hər zaman qeyd olunduğu kimi, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir. Tarixi paralellər fonunda Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığının şahidi oluruq. Müstəqilliyimizin ilk illərində Azərbaycan həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmasının ucbatından öz dövlət müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalanda xalqımız üzünü öz xilaskarına - ulu öndər Heydər Əliyevə tutdu. Həmin dövrdə Ümummilli Lider Naxçıvan MR Ali Məclisinin sədri idi. Bu reallığı da qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin sədri kimi onun həyata keçirdiyi islahatlar haqqında geniş danışmağa ehtiyac olmasa da, o illərdə baş verən hadisələrin xronikasına nəzər salmaqla müdrik insanın xidmətləri barədə aydın təsəvvür yaratmaq mümkündür. 1990-cı il yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını müstəqil bir dövlətin suverenliyinə qarşı törədilmiş siyasi aksiya hesab edən ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi.

Saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan kommunist partiyasına etiraz edərək bu qurumun üzvlüyündən imtina etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edildi. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Göründüyü kimi, atılan bu addımlar Azərbaycanın müstəqilliyinə xidmət edirdi. Xatırlasaq, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin tarixi paralellər fonunda bugünkü və gələcək nəslə çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Yeni Azərbaycan Partiyasının 21 noyabr 2001-ci il tarixində keçirilən II qurultayında ulu öndər Heydər Əliyev bildirib: “Bəziləri indi deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almısınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Nə üçün? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti artıq dağılırdı, parçalanırdı, vətəndaş müharibəsi başlanmışdı. Təbiidir ki, Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi… biz müstəqilliyin 10-cu ildönümünü artıq dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşdirmiş, ölkəni iqtisadi, sosial, siyasi böhrandan çıxarmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin etmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd etdik. Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın Prezidenti və partiyanın sədri müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanılmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır”.

Azərbaycanın gələcəyi üçün müəyyənləşdirilən perspektivlərin reallaşması Böyük qayıdışa əsaslanır

Uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qısa müddətdə sabitlik diyarına və böyük investisiyalar məkanına çevrilən Azərbaycanda öz təbii sərvətlərinin əsl sahibi kimi onlardan səmərəli istifadəni təmin etmək üçün biri-birindən önəmli addımlar atıldı. Öncə onu qeyd edək ki, məhz ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 12 may 1994-cü ildə atəşkəs sazişinin imzalanması hər sahədə uğurlu addımlara geniş yol açdı. Daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycana maraq daha da artdı, müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə olan inamı nümayiş etdirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollardan artıqdır. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verməsi onun uzaqgörən siyasətindən irəli gəldi. “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” söyləyən Ulu Öndərin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da bu günümüzə hesablanmış mühüm addımlar sırasındadır. Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına xidmət edir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi ilə yanaşı, siyasi mövqeyinin də möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Məhz bu sazişdən sonra onlarla müqavilələrə imza atıldı, anlaşma memorandumları imzalandı. Azərbaycan təkcə neft deyil, təbii qaz ölkəsi kimi də mövqeyini möhkəmləndirdi. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır, etibarlı tərəfdaş kimi nüfuzunu artırır, ən əsası təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanıdır. Neft strategiyasının həyata keçirilməsində öz payı, rolu olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq nüfuzunun artmasında da iqtisadi imkanlarımıza söykənərək reallaşdırdığı investisiya layihələri mühüm rol oynayır. Beynəlxalq səviyyədə qeyd olunur ki, SOCAR-ı yalnız və yalnız uğur izləyir. Möhtərəm Prezidentimiz İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində bildirmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi inkişafını və beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək çətin deyildi. Ölkə Prezidenti, eyni zamanda bildirir: “SOCAR beynəlxalq enerji şirkətinə çevrilib. İlk növbədə ona görə ki, Azərbaycanda belə genişmiqyaslı böyük layihələr icra edilmişdir”.

İqtisadi inkişaf demokratik islahatları şərtləndirdi

Ulu öndər Heydər Əliyevin apardığı uğurlu daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.

Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə bərqərar olundu. 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın qəbulu Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yoluna işıq saldı. Konstitusiyada əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ölkədə vətəndaşlara bütün azadlıqlar verilib. Sərbəst toplaşmaq azadlığı yüksək səviyyədə təmin edilir. Çoxpartiyalı sistem yaradılıb. Bu gün ölkəmizdə 40-dan artıq siyasi partiyanın, 3 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün təkmil qanunvericilik bazasının yaradılması da demokratik inkişafın əsas göstəricilərindəndir. Ölkədə seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi üçün təkmil seçki sistemi formalaşdırılıb. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində Seçki Məcəlləsi qəbul olunub. Konstitusiyamıza, Seçki Məcəlləsinə, eyni zamanda, bu və ya digər sahələri əhatə edən qanunlarımıza zaman-zaman edilən əlavə və dəyişikliklər dövlətimizin yeniləşmə, təkmilləşmə siyasətinə bir daha işıq salır.

Azad mətbuatın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1998-ci ildə senzuranın ləğvi mətbuatın inkişafında yeni bir mərhələnin təməlini qoydu. Jurnalist əməyini yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyev media nümayəndələri ilə keçirdiyi mütəmadi görüşlərində onların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində zəruri addımlar atırdı. Ulu Öndərin bir tələbi vardır - jurnalist peşəkar olmalı, cəmiyyətin informasiya tələbatını heç bir qərəzə yol vermədən, obyektiv şəkildə ödəməlidir. Məhz bu diqqət və qayğının nəticəsi olaraq ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Azərbaycanın xarici siyasəti milli maraqlar əsasında qurulub

Ulu öndər Heydər Əliyev bildirirdi ki, müstəqillik yolunda ilk addımlarını atan bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri varlığını təsdiqləmək, beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirməkdir. Bir dövlətin xaricdə varlığı kimi diaspor quruculuğu prosesinə xüsusi diqqət yetirildi. Ayrı-ayrı ölkələrdə soydaşlarımızın birliyinə nail olduqdan, mərkəzlər yaradıldıqdan sonra onların vahid mərkəzdən idarə olunması məsələsi gündəmə gətirildi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrında ölkəmizdə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu. Məhz o zamandan başlayaraq ənənəvi olaraq hər 5 ildən bir dünya Azərbaycanlılarının qurultayı keçirilir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı xidmətlərindən bəhs edərkən ətrafında yaradılan informasiya blokadasının dağıdılması istiqamətində göstərdiyi səyləri xüsusi qeyd etməliyik. Məlumdur ki, ermənilərin və erməni diasporunun səyləri nəticəsində ABŞ Konqresi ölkəmizə qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq edib. Bu düzəlişin hansı dövlətlərə tətbiq olunduğu aydındır. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Azərbaycan haqqında qərəzli təbliğatlara real faktlarla cavab vermək, erməni yalanlarını ifşa etmək idi. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, Dağlıq Qarabağ problemi əsas müzakirə mövzusu olmasın. Azərbaycan həqiqətlərini ən yüksək tribunalardan bəyan edən ulu öndər Heydər Əliyev erməniləri tarixi saxtalaşdırmaqda ittiham etdi, dünyanı bu yalanlara münasibətini bildirməyə çağırdı. Ulu Öndərin xalqın təkidli tələbi ilə, ikinci dəfə hakimiyyətə qayıdışından sonra xarici ölkələrə ilk səfərini Fransadan başlaması da səbəbsiz deyildi. Nəzərə alsaq ki, Fransa Ermənistana yaxın, eyni zamanda, erməni diasporunun daha güclü olduğu ölkələrdəndir, bu halda səfərin ölkəmiz üçün əhəmiyyəti aydın olur. Zaman-zaman xarici siyasətimizin əsas prinsiplərinə uyğun olaraq atılan addımlar Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunu daha da möhkəmləndirdi. 2001-ci ildə Azərbaycan dövlətinin uğurlu xarici siyasəti nəticəsində ədalətsiz ABŞ hökuməti 907-ci düzəlişin tətbiqi ilə bağlı qərarı bir illik dondurdu. Hər il bu qərar yenidən təsdiqlənir. Təbii ki, bu kimi addımlar, uğurlar Azərbaycanın tarixi həqiqətlərə əsaslanan təbliğatına əsaslanır.

Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixinin bələdçisidir

Ümummilli lider Heydər Əliyevin xidmətləri sırasında bu gün sıralarında 700 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması dayanır. Partiyanın hansı zərurətdən yarandığı məlumdur. Bu, o dövr idi ki, Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi itmişdi. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciəti, Ümummilli Liderin bu müraciətə müsbət cavabı bugünkü uğurlarımıza yol açdı. Bu günlərdə yaradılmasının 25 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası cəmiyyətin əsas aparıcı qüvvəsi kimi böyük nüfuza malikdir. Ulu öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçıları olan partiyanın hər bir üzvü günbəgün möhkəmlənən, qüdrətini artıran, davamlı uğurlara imza atan Azərbaycanın yeni hədəflərə çatmasına öz töhfələrini vermək üçün birlik, həmrəylik nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev keçilən 25 illik yolu ümumiləşdirilmiş şəkildə belə ifadə edib: “Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.

2003-cü ildən başlanan yol yeni-yeni hədəflərin gerçəkləşməsini şərtləndirdi

Ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətini xatırlatmaq istərdim: “Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Məhz bu birlik Azərbaycana davamlı uğurlar qazandırdı, dünya birliyinin layiqli üzvünə çevirdi. Ümummilli Lider müraciətdə bu məqamı xüsusi qeyd edib ki, öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam: “Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var… öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev hər bir vədini konkret əməli işdə təsdiqləməklə növbəti - 2008-ci və 2013-cü il prezident seçkilərində qələbəsini təmin etdi. Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində söylədiyi kimi, Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr qoyur.

Son 14 ildə möhkəm təmələ əsaslanaraq həyata keçirilən təkmil islahatlar Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirir. Modernləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil edir. Azərbaycanın bu illərdə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Neft kapitalının insan kapitalına çevrilməsi artıq reallıqdır. İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımları şərtləndirir. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyanın “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək həyat səviyyəsinin təmin edilməsidir. İnsan amilinə verilən dəyər ölkə Prezidenti İlham Əliyevin hər addımında özünü qabarıq şəkildə büruzə verir.

Son 14 il Azərbaycan tarixinə iqtisadi islahatlar ili kimi daxil olub. Hər bir ildə daha böyük təkmilləşmənin, yeniləşmənin şahidi oluruq. Bunun nəticəsidir ki, Azərbaycan ən islahatçı ölkə kimi dünya birliyində özünə layiqli yer tutur.

İqtisadi və siyasi islahatların vəhdətliyi fonunda Azərbaycana beynəlxalq münasibət daha da yüksəlir. Azərbaycan demokratik ölkə kimi nüfuz qazanıb. İnsan hüquqlarının müdafiəsi, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərin miqyası genişdir. Əsas olan mövcud reallıqlarımızın ölkə və dünya ictimaiyyətinə yüksək səviyyədə, heç bir qərəzə yol vermədən çatdırmaqdır. Bu halda mətbuatın üzərinə düşən məsuliyyətin böyüklüyü daha aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi və icrası, sənədə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan davamlı addımlar və s. dövlətin müstəqil mətbuatın inkişafına verdiyi önəmə işıq salır. Bu diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin 14 ildə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini şərtləndirib.

Uğurlarımız Azərbaycanın beynəlxalq nüfuzunda da özünü göstərir. 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisi idi. Diplomatik mübarizədə qələbə və iqtisadi imkanların artması fonunda ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, gücünün, qüdrətinin artması yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı artırır.

Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurlara söykənərək 2011-ci ildə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıdakı illərin hədəfləri öz əksini tapıb. Ən əsası Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoymuşuq. Bunun üçün bütün imkanlar mövcuddur. Əgər dünya inkişafın Azərbaycan modelindən bəhs edirsə, bu, möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir.

Azərbaycan bu gün beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizə gələn qonaqlar inkişafdan heyrətlərini gizlətmirlər. Ölkəmizin iqtisadi inkişafı möcüzə kimi dəyərləndirilir. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünkü uğurlarımız üçün açar rolunu oynayır. Dünyanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin artan rolu reallaşdırdığı və reallaşması istiqamətində addımlar atdığı layihələrdən də aydın görünür. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri dünyaya açılan pəncərə rolunu oynayaraq, bu gün “Cənub Qaz Dəhlizi”, o cümlədən TAP, TANAP, layihələrindən bəhs etməyə əsas yaratdı. Bu ilin sentyabrında, “Əsrin müqaviləsi”nin 23 illiyində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş imicini bir daha təsdiqlədi.

Göründüyü kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin ilk müsahibəsində vurğuladığı fikirlərə istinadən hər dövrün öz tələbləri vardır. Azərbaycan bu tələbləri müstəqil siyasəti, təkmil islahatları ilə cavablandırır, davamlı inkişafı təmin edir. Ölkəmizin dayanıqlı inkişafına xidmət edən yol xəritələri perspektivlərin bələdçiləridir.

Zamanın tələblərindən biri kimi idarəçilik sistemində təkmilləşməyə uyğun olaraq vitse-prezidentlik institutunun yaradılması, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Bütün fəaliyyətini Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına və möhkəmləndirilməsinə yönəldən Mehriban xanım Əliyevanın xidmətlərinin miqyası genişdir.

Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir, sabaha inamla addımlayır. Hər gününü tarixə bir uğur səhifəsi kimi yazan Azərbaycanın qarşısında daha geniş imkanlar mövcuddur. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.

Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu yol Azərbaycanın bugünkü reallıqlarıdır. O reallıqlar ki, Azərbaycan bu gün regionun aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvüdür. Azərbaycan bu gerçəkliklərə əsaslanaraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Son 14 ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin təkrar-təkrar öz qələbəsini təmin etməsi, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə böyük inam bəsləməyimiz təbii ki, xalqın Heydər Əliyev siyasətinə dəstəyinin göstəricisidir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır