Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası 2016-cı il oktyabrın 6-da İstanbul şəhərində qəbul edilmiş Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna Azərbaycan Respublikasının ona dair bəyanatı ilə qoşulsun.

2. Azərbaycan Respublikasının aşağıdakı qanunları bu Qanun qüvvəyə mindiyi gündən ləğv edilsin:

2.1. “Ümumdünya Poçt Konvensiyasına qoşulmaq haqqında” Azərbaycan Respublikasının 2002-ci il 19 fevral tarixli 265-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (I kitab), maddə 168);

2.2. “Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq barəsində” Azərbaycan Respublikasının 2004-cü il 22 iyun tarixli 701-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 516);

2.3. “Ümumdünya Poçt Konvensiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 567-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 334);

2.4. “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 568-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 335);

2.5. “Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 514-IVQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 84);

2.6. “Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 167-VQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 425).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin