İDMAN
Ümumdünya Velosiped Günü ilə əlaqədar Bakıda velosiped yürüşü təşkil edilib
Bakı, 8 iyun, AZƏRTAC
Ümumdünya Velosiped Günü ilə əlaqədar Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iyunun 8-də Bakıda velosiped yürüşü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Dənizkənarı Bulvar İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən yürüşə 50-dən çox velosipedçi qatılıb. Veloyürüşdə Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşanquliyev, səfirliyin əməkdaşları, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Azərbaycan Velosiped İdmanı Federasiyasının üzvləri iştirak ediblər. Dövlət Bayrağı Meydanından başlayan veloyürüş Xalça Muzeyinin yanında başa çatıb.
Xatırladaq ki, ötən ilin aprelində BMT Baş Məclisinin 72-ci sessiyasında Türkmənistan nümayəndə heyətinin təşəbbüsü və 56 ölkənin həmmüəllifliyi ilə 3 iyun tarixinin Ümumdünya Velosiped Günü elan edilməsi ilə bağlı qətnamə qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [22:11]
Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]