ELM VƏ TƏHSİL
UNEC-də təlim: Qeyri-formal məşğulluğun leqallaşdırılması
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Qeyri-formal məşğulluğun leqallaşdırılması” mövzusunda təlim keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, təlimdə Azərbaycanda qeyri-formal məşğulluğun qarşısının alınmasına dair tədbirlər planının təsdiq olunması, minimum əməkhaqqı məbləğinin artırılması, əmək müqavilələrinin bağlanması prosesində diqqət olunacaq məqamlar barədə məlumat verilib.
Təlim Dövlət Məşğulluq Agentliyinin Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin müdiri Səbuhi Qəmbərzadə tərəfindən aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [13:24]
Türkiyəli incəsənət nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyində
- 01.05.2024 [13:05]
BMU məzunları ilə tələbələrin görüşü təşkil olunub
- 01.05.2024 [12:53]
Cəbr və həndəsə üzrə bəzi mövzulara aid tapşırıq nümunələri - vebinar
- 01.05.2024 [12:12]
“Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” – mühazirə
- 01.05.2024 [11:51]