İQTİSADİYYAT
VERGİ DAXİLOLMALARI ARTIB
13 saylı Ərazi Vergilər İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, idarənin kollektivi vergi daxilolmaları üzrə 2005-ci ilin 9 ayının proqnoz tapşırıqlarını artıqlaması ilə yerinə yetirərək, plana 110,5 faiz əməl etmişdir. İdarənin xidmət göstərdiyi Zaqatala, Balakən və Qax rayonları üzrə 9 ay ərzində 8 milyard 165 milyon manat vergi toplanmışdır ki, bu da planda nəzərdə tutulduğundan 774 milyon manat çoxdur. Hesabat dövründə ərazi vergilər idarəsi üzrə büdcə daxilolmalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 88 milyon manat və yaxud 34 faiz artmışdır. Zaqatala rayonu üzrə bu artım 1 milyard 118 milyon manat, Balakən üzrə 487 milyon manat və Qax rayonu üzrə 483 milyon manat təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2024 [12:17]
Aktau-Bakı marşrutu üzrə konteyner daşımalarında rekord həcm qeydə alınıb
- 14.05.2024 [12:12]
AÇG və “Şahdəniz”dən hasil edilən qazın həcmi açıqlanıb
- 14.05.2024 [10:39]
KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq
- 14.05.2024 [10:36]
Azərbaycan bu il hasil etdiyi qazın 51 faizini ixrac edib
Növbəti GRE imtahanı keçiriləcək
- [10:04]
Azərbaycan nefti ucuzlaşıb
- [09:36]
Zelenski: Ukraynalı hərbçilər Xarkov vilayətində nəticə əldə edib
- 13.05.2024 [23:51]
Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
- 13.05.2024 [23:45]