Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vergi şəffaflığının ən asan yolu - elektron qaimə-faktura...

Vergi şəffaflığının ən asan yolu - elektron qaimə-faktura...

Bakı, 23 may, AZƏRTAC

Vergi qanunvericiliyinin tələblərinə əsasən, 2018-ci il yanvarın 1-dən etibarən bütün vergiödəyiciləri təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə elektron qaimə-faktura (e-qaimə-faktura) təqdim edirlər.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, E-qaimələrin tətbiqi uçot məlumatlarının qeydə alınması sahəsində dəyişikliklərə səbəb olmaqla, uçot-məlumat bazasında şəffaflığın artırılmasına və qeydiyyata alınmış əməliyyatların sayının əhəmiyyətli artımına gətirib çıxarıb.

E-qaimələrin tətbiqinin həm vergi orqanları, həm də vergiödəyiciləri üçün bir sıra üstünlükləri var. Bu, inzibatçılıq xərclərinin azaldılmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlar zamanı şəffaflığın yüksəldilməsində mühüm rol oynayır. Digər üstünlüyü isə mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu sistemin tətbiqi nəticəsində birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür.

Elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısının alınmasına xidmət edir. Sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırır və bu, qarşılıqlı münasibətlərin hüquqi tənzimlənməsinə kömək edir.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin əməkdaşı Emil Əzizlinin bildirdiyinə görə, 2018-ci ilin may ayına olan məlumata görə, cari ilin ötən dövrü ərzində ümumilikdə e-qaimə-fakturaların sayı 2 milyon 651 min 795 ədəd olub. Onlardan 2 milyon 421 min 745 ədədi Bakı şəhəri, 230 min 50-si isə ərazilərin payına düşür. Təqdim olunan e-qaimə akturalar üzrə əməliyyatların məbləği 14,1 milyon manat təşkil edib. Bununla belə, aparılan təhlillər vergiödəyicilərinin e-qaimə-faktura tətbiqindən hələ də yayınmağa çalışdığını göstərir. Müstəqil ekspertlər də bu halları təsdiq edirlər.

Ödəyicilər dürüst uçot sistemi qurmaq istəmirlər

Auditorlar Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov hesab edir ki, e-qaimələrin tətbiqi zamanı rast gəlinən əsas məsələ vergiödəyicilərinin dürüst uçotunun olmaması və düzgün mühasibatlıq qurmaq istəməmələri ilə bağlıdır. Ödəyicilərin bir-birinə mallar və xidmətlərə görə e-qaimə-faktura tələb etməmələri müəyyən nöqsanlar ortaya çıxarır. Ödəyici nə özü sənədi təqdim edir, nə də ondan mal alan şəxslərə e-qaimə-faktura təqdim etməsinə imkan verir. Hər iki tərəf dövriyyələrini gizlətmək üçün bu üsula əl atırlar. Çünki e-qaimə-faktura sayəsində vergiödəyicisinin bütün fəaliyyəti, gün, ay, il ərzində apardığı əməliyyatlar öz əksini tapır. Həmin vergiödəyiciləri qeyd olunan sənədin təqdim edilmədiyi halda, bunun vergi uçotuna sonrakı mənfi təsirini ya dərk etmir, yaxud dərk etmək istəmirlər.

E-qaimə-faktura təkcə vergi sahəsi ilə məhdudlaşmır: hazırda maliyyə, bank, sığorta və digər fəaliyyət sahələrinin elektron mühasibatlıq sistemləri yeni əsaslar üzərində qurulur, ödəniş sistemlərində dəyişikliklər baş verir, digər sahələrdə hesablaşmaların strukturu təkmilləşdirilir. Bütün bu amillər e-qaimənin tətbiqini labüd edir.

A.Cəfərovun dediyinə görə, hazırda bəzi ödəyicilərin mühasibləri olmadığı üçün onlar vergi bəyannamələrinin tərtib edilməsində özəl vergi məsləhətçilərinin xidmətində yararlanırlar. Mühasibatlıq üçün əlavə xərc lazım gəldiyindən, bir çox vergiödəyicisi ondan imtina edir və bu, nəticədə onların vergidən yayınmasına səbəb olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin mütləq öz mühasibatlığı olmalıdır.

Bəs e-qaimə-fakturanın təqdim olunmaması təsərrüfat subyektlərində hansı problemlərə gətirib çıxarır? Ekspert qeyd edir ki, bu, vergidən yayınma hallarının artmasına və vergiödəyiciləri arasında əməliyyatlar zamanı mübahisələrin yaranmasına səbəb olur. Bu baxımdan, e-qaimə-faktura ilə bağlı yaranan mənfi halların aradan qaldırılması üçün bəzi prosedurların asanlaşdırılmasına, ən əsası isə bazar sektorunda malların alışı ilə bağlı sadələşdirilmiş qaydaların tətbiq edilməsinə ehtiyac var. Vergiödəyicilərinin daha geniş formada maarifləndirilməsi də zəruridir. Bu məsələdə vergi orqanları ilə yanaşı, maliyyə, audit, biznes qurumları, ictimai təşkilatlar birlikdə təşviqat xarakterli tədbirləri artırmalıdırlar.

Uçotun aparılmaması vergidən yayınmaya gətirib çıxarır

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti, vergi məsələləri üzrə ekspert Radil Fətullayevin sözlərinə görə, ölkə ərazisində sənədsiz malların satılması qanuna ziddir: “Aydındır ki, hər bir mal ya ölkə ərazisində istehsal olunur, ya da xaricdən idxal edilir. Hər iki halda onlar qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satılan malın sənədi yoxdursa, deməli, o, ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır”.

Hər bir vergiödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura verməyə borcludur. E-qaimə-faktura sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla, gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını almağa xidmət edir.

Elektron qaimə-fakturanın tətbiq edilməməsi maliyyə sanksiyalarına səbəb olur

Mövcud qanunvericilik elektron qaimə-fakturaların tətbiq edilməməsinə görə maliyyə sanksiyaları nəzərdə tutur. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergiödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura sənədindən ən azı biri olmadıqda: alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi; ikinci dəfə yol verdikdə 20 faizi; üç və daha çox dəfə yol verdikdə 40 faizi həcmində maliyyə sanksiyası tətbiq edilir.

Maliyyə sanksiyası elektron qaimə-faktura təqdim etməli olan yox, təhvil almalı olan vergiödəyicisinə tətbiq edilir. Çünki qeyd edilən 3 sənəddən (malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ən azı biri olmadıqda, maliyyə sanksiyası artıq həmin malların dəyərinə tətbiq olunur.

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, vergiödəyicisi tərəfindən təqdim edilən mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturanın və elektron vergi hesab-fakturasının təqdim olunmamasına görə malı (işi, xidməti) təqdim edən vergiödəyicisinə münasibətdə maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO