İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yerli sahibkarlarla görüşündə bəzi icra orqanlarının, o cümlədən, vergi xidmətinin fəaliyyətindəki nöqsanlar və çatışmazlıqlar ciddi tənqid edilmişdir.
Bu cür hallarla mübarizəni gücləndirmək, onların qarşısını vaxtında almaq məqsədi ilə hələ 2001-ci il oktyabrın 1-dən etibarən Vergilər Nazirliyində vətəndaşlardan ərizə, şikayət və təkliflər qəbul edən “qaynar xətt” fəaliyyət göstərir. “Qaynar xətt”ə 97-06-11 nömrəli telefonla zəng edib vergilər və onların ödənilməsi ilə bağlı suallara cavab almaq, həmçinin irad və şikayətləri çatdırmaq mümkündür.
Vergilər Nazirliyi vergi sahəsində rast gəlinən problemləri və bürokratik maneələri yerindəcə həll etmək və iş adamları ilə daha çevik əlaqə yaratmaq üçün “qaynar xətt”ə daha bir neçə telefon nömrəsinin əlavə olunduğunu bildirir. Bunlar aşağıdakılardır:
vergi orqanı əməkdaşlarının qanunazidd hərəkətləri ilə əlaqədar 38-12-06, 31-83-58 nömrəli telefonlarla Daxili nəzarət baş idarəsinə;
sənədli vergi yoxlamaları zamanı yaranan mənfi hallarla əlaqədar 38-57-61, 93-10-46 nömrəli telefonlarla Vergi ödəyicilərinin auditi baş idarəsinə;
nağd hesablaşmaların aparılması qaydalarına, kassa aparatları və aksiz markalarının tətbiqinə nəzarət zamanı meydana çıxan mübahisələrlə əlaqədar isə 93-42-30, 38-82-56 nömrəli telefonlarla Operativ nəzarət idarəsinə müraciət etmək olar.