REGİONLAR
Vətən müharibəsində yaralanan əsgərlərə xidmət göstərmiş tibb işçiləri Gəncəyə səfər ediblər
![](/files/galleryphoto/2021/3/1200x630/16362830435440335400_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16362830435229664812_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16362830431069661589_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16362830435918325762_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/1636283043496159864_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16362830432130248142_1200x630.jpg)
Gəncə, 7 noyabr, AZƏRTAC
Vətən müharibəsində yaralanan əsgərlərimizə xidmət göstərmiş tibb işçiləri 8 Noyabr - Zəfər Günü ərəfəsində Gəncə şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nazim Əhmədov, Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərov, Gəncə şəhərində fəaliyyət göstərən tibb işçiləri və rayon ictimaiyyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzüblər.
Sonra Gəncədən olan şəhidlərimizin məzarları və 44 günlük Vətən müharibəsində ermənilər tərəfindən raket hücumlarına məruz qalmış ərazi ziyarət olunub.