Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq qərara alır:

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il № 5, maddə 417; 1998-ci il, № 7, maddə 444; 1999-cu il, № 10, maddə 570; 2001-ci il, № 3, maddə 151, № 11, maddə 697, № 12, maddə 736; 2002-ci il, № 8, maddə 463; 2004-cü il, № 1, maddə 10; 2006-cı il, № 5, maddə 390, № 12, maddə 1005; 2007-ci il, № 11, maddə 1053; 2010-cu il, № 3, maddə 173) 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

“Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin