Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 1

Vilayət Quliyev: Ən cəsarətli xəyallarımda belə təsəvvürümə gətirə bilmirdim ki, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq - MÜSAHİBƏ

Vilayət Quliyev: Ən cəsarətli xəyallarımda belə təsəvvürümə gətirə bilmirdim ki, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq -  MÜSAHİBƏ

Sarayevo, 22 dekabr, AZƏRTAC

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələri, “Heydər Əliyev İli” çərçivəsində görülən işlər, Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin perspektivləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Vilayət müəllim, Azərbaycan xalqı bu il Ulu Öndərinin, fenomenal şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. “Heydər Əliyev İli” çərçivəsində görülən işlər barədə nə deyə bilərsiniz?

- Xalqımız “Heydər Əliyev İli”ni böyük şərəflə başa vurur. Lakin sonrakı illərdə də Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılacaq. Azərbaycan var olduqca, Ümummilli Lider Heydər Əliyevin xatirəsi hər zaman böyük sevgi ilə yad ediləcək.

Nə yaxşı ki, “Heydər Əliyev İli”ndə Azərbaycan 30 ildən bəri davam edən ağır bir prosesə də son qoydu, bütün əraziləri üzərində özünün müstəqilliyini və suverenliyini bərpa etdi. Nə yaxşı ki, bu, “Heydər Əliyev İli”nə təsadüf etdi.

Mən 1999-2003-cü illərdə Heydər Əliyev ilə birgə işləmək səadətinə nail olmuşam. Gündəlik müşahidələrimdə görürdüm ki, keçmiş Dağlıq Qarabağ mövzusu Heydər Əliyev üçün nə qədər ağır və əzablı düşüncələrə səbəb olurdu. O, Qarabağ itkisini, deyərdim ki, fiziki ağrı kimi yaşayırdı. Harada olsa, haraya getsə həmişə bu münaqişənin hansı yolla aradan qaldırılması, işğal altındakı torpaqların necə azad edilməsi haqqında düşünürdü. Bütün görüşlərdəki danışıqlarının əsas mövzusu məhz bu məsələ idi. Nə yaxşı ki, keçmiş Dağlı Qarabağ münaqişəsi öz qəti həllini bu il - Heydər Əliyevin anım ilində tapdı. İnanıram ki, Heydər Əliyevin ruhu indi şaddır.

Etiraf etməliyəm, bir neçə il öncə mən fikirləşirdim ki, qarşıdan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi yaxınlaşır. Bu 100 illiyə bizim töhfəmiz nə olacaq? Şübhəsiz ən böyük töhfə işğal altındakı torpaqlarımızın azad olunması idi. Mən ən cəsarətli xəyallarımda belə bugünkü mənzərəni təsəvvürümə gətirə bilmirdim ki, işğal altında olmuş bütün ərazilərimizdə, o cümlədən Xankəndidə Azərbaycan Bayrağı ucaldılacaq, dalğalanacaq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə hərbi paradı qəbul edəcək.

Əslində bu Qələbənin kökləri də məhz Heydər Əliyevin böyük fəaliyyətinə - onun 1993-cü ildə ölkəni xaosdan qurtarmasına, Azərbaycan dövlətçiliyini möhkəm təməllər üzərində qurmasına, ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərə və bütün bu proseslərin Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla davam etdirilməsinə əsaslanır. Nəticədə isə Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, öz tarixi torpaqlarının sahibidir və bu torpaqların bir qarışını da heç kəsə güzəştə getmək fikrində deyil.

- Azərbaycanın xarici işlər naziri kimi siz Ulu Öndər Heydər Əliyevlə müxtəlif səfərlərdə, görüşlərdə iştirak etmisiniz. Yəqin ki, xatirələriniz də kifayət qədərdir. Ümummilli Liderlə bağlı ən yaddaqalan xatirəniz hansıdır?

- Heydər Əliyevlə bağlı bir xatirəmi məmnunluqla bölüşmək istəyirəm. Azərbaycan Avropa Şurası üzvlüyünə qəbul olunan zaman, Şuranın xahişi ilə Strasburqda Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirildi. Əslində bu, formal xarakterli görüş idi. Çünki görüşün heç bir real nəticəsi olmadı. Sadəcə Avropa Şurası nümayiş etdirmək istəyirdi ki, o da münaqişənin həllinə öz töhfəsini vermək istəyir.

Amma görüşün sonunda maraqlı bir epizod yaşandı. Binanı əvvəlcə ermənilər, sonra isə biz tərk etməli idik. Biz öz növbəmizi gözləyirdik ki, avtomobillər ayrılsın. Bu zaman erməni nümayəndə heyəti artıq binadan çıxırdı. Köçəryan vidalaşmaq üçün Heydər Əliyevə yaxınlaşdı. Heydər Əliyev “bir dəqiqə”, - deyə onu saxladı və dedi: “Mən çoxdan bunu soruşmaq istəyirdim, indi fürsət yarandı. Vaqifin Şuşadakı məqbərəsinin vəziyyəti necədir?”.

Xatırlayaq ki, bu məqbərə Ulu Öndərin təşəbbüsü ilə ucaldılıb. O, təkcə ədəbi tarixi deyil, həm də siyasi əhəmiyyəti ilə önəm daşıyır.

Köçəryan özünü sadəlövh bir görkəmə salaraq dedi: “Bizim başımız ayılana qədər məqbərəni dağıtdılar. Mərmər üzlükləri qopardılar, alüminium şəbəkələri apardılar. Amma sütunları qalır”.

Heydər Əliyev çox incə bir istehza ilə gülümsəyərək dedi: “Əminəm ki, sənin özün bu işə əl bulamamısan”.

Köçəryan özünü itirərək, “Nə danışırsınız, Heydər Əliyeviç?”, - dedi. Sonra tez bizim yanımızdan uzaqlaşdı.

O uzaqlaşdıqdan sonra Heydər Əliyev üzünü bizə çevirərək dedi: “Hamısının başında özü dayanır. Quldurbaşının böyüyü özüdür. Amma eybi yox. Biz günün birində yenidən Şuşaya da qayıdacağıq, o məqbərəni əvvəlkindən də yaxşı bərpa edəcəyik, Azərbaycan insanı yenə də əvvəlki kimi Şuşanı ziyarətə gedəcək”.

Tale nəsib etdi və biz bu günləri gördük. Bizi bu Zəfərə aparan yolun başlanğıcında, bünövrəsində Heydər Əliyevin işıqlı şəxsiyyəti, böyük dövlətçilik təcrübəsi, əzmi, iradəsi, Azərbaycan insanının, xalqının gələcəyinə olan böyük ümidi və inamı dayanır.

- Cənab səfir, “Heydər Əliyev İli” Azərbaycanda, eləcə də xarici ölkələrdə böyük çoşqu və ehtiramla qeyd olundu. Bu barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edildi. İl ərzində Heydər Əliyev irsini istər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda tanıtmaq və xatirəsini yad etmək üçün çoxsaylı tədbirlər keçirildi. Heydər Əliyevi tanıtmaq, həm də Azərbaycanı tanıtmaq deməkdir. Çünki Azərbaycanın müasir tarixinin son 50 ildəki dövrü Ümummilli Lider Heydər Əliyevin adı, fəaliyyəti, şəxsiyyəti, gördüyü böyük işlərlə bağlıdır.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi də bu ümumxalq prosesində yaxından iştirak etdi. Bu il mayın 10-da - Ulu Öndərin doğum günündə səfirliyin həyətində Heydər Əliyevin büstü ucaldıldı, onun haqqında Bosniya mətbuatında çoxsaylı məqalələr dərc olundu, bosniyalı tarixçi Admir Lisitsanın Ümummilli Liderin həyat yolundan bəhs edən kitabı işıq üzü gördü və nəşrin geniş təqdimat mərasimi keçirildi. Ötən günlərdə isə AZƏRTAC-ın təşəbbüsü ilə səfirliyin binasında Ulu Öndər Heydər Əliyevin ömür yolunu əks etdirən maraqlı fotoşəkillərdən ibarət sərgi təşkil edildi. Sərgidə Heydər Əliyevin Azərbaycan SSRİ-yə, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çəkilmiş fotoşəkilləri nümayiş olunurdu. Bu fotoşəkillər sayəsində biz Heydər Əliyevin yorulmaz fəaliyyətinə və gördüyü misilsiz işlərə, onun ölkəmizin mənafeyini müdafiə etmək üçün beynəlxalq tribunalardakı çıxışlarına və sadə insanlarla münasibətlərinə, Azərbaycan naminə atdığı cəsur addımlara bir daha şahidlik etdik.

Hesab edirəm ki, “Heydər Əliyev İli” uğurla başa çatır. Biz Heydər Əliyev şəxsiyyəti prizmasından çıxış edərək il ərzində Azərbaycan həqiqətlərini dünya miqyasında yaymaq üçün böyük işlər görməyə imkan tapdıq.

- Vilayət müəllim, bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfər etdi. Səfərin əhəmiyyəti, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı münasibətlər və əməkdaşlığın hazırkı vəziyyəti barədə nə deyərdiniz?

- Bosniya və Herseqovina ilə Azərbaycan arasında məsafə min kilometrlərlə ölçülsə də, xalqlarımız arasında tarixi yaxınlıq - bir tale yaxınlığı var. Hətta boşnak tarixçilərindən biri mənə demişdi ki, Bosniya və Herseqovinada etnik azərbaycanlılar yaşayırlar. Onlar XVI-XVII əsrlərdə Azərbaycanın Naxçıvan bölgəsindən buraya köçürülmüş əhalidir. Bu insanlar təbii ki, zaman keçdikcə dillərini itirsələr də, etnik özünəməxsusluqlarını qoruyub saxlayırlar.

Müstəqillik yollarında da ölkələrimizin tarixi taleyi oxşardır. Həm Bosniya və Herseqovina, həm də Azərbaycan ədalətsiz müharibələrlə üzləşib. Yaxşı ki, bu acı tarix artıq geridə qalıb.

Türkiyə ilə yanaşı, Azərbaycan da boşnaklar arasında çox populyar ölkədir. Bizim ölkəmizə bir nümunə, ümid yeri kimi baxırlar.

Cari ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya tarixi rəsmi səfəri ölkə ictimaiyyəti, dövlət qurumları tərəfindən böyük məmnunluq hissi ilə qarşılandı. Səfər çərçivəsində Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandı. Əməkdaşlığın yolları və istiqamətləri barədə geniş fikir mübadiləsi aparıldı.

Azərbaycan bir daha Bosniya və Herseqovinaya hərtərəfli yardım göstərməyə hazır olduğunu bəyan etdi. Yeri gəlmişkən, bu yaxınlarda Bosniya və Herseqovinanın xarici işlər naziri COVID dönəmində ölkəyə yardım göstərən dövlətlərin siyahısını paylaşmışdı. Bir azərbaycanlı və Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri kimi böyük məmnuniyyətlə qeyd edirəm ki, siyahıda birinci sırada Azərbaycanın adı var idi. Çünki Azərbaycan həm daşqınlar zamanı, həm də COVID pandemiyası dövründə Bosniya və Herseqovinaya ən çox əməli yardım göstərən ölkələrdən biri olub.

Ölkələrimiz arasındakı əlaqələrin geniş perspektivləri var. Artıq bu istiqamətdə müəyyən işlər görülür. Ümidvaram ki, növbəti il ərzində Azərbaycanda Bosniya və Herseqovinanın səfirliyi fəaliyyətə başlayacaq. Eyni zamanda, iki ölkə arasında birgə iqtisadi əməkdaşlıq komissiyasının yaradılması nəzərdə tutulur.

Son dövrlərdə Bosniya və Herseqovina rəsmilərinin ölkəmizə səfərləri də artıb. Artıq bu səfərlərin bəhrələri üzərində düşünmək lazımdır. Bu da kənd təsərrüfatı, iqtisadiyyat, sənaye, turizm, tələbə mübadiləsi sahələrindəki əməkdaşlıqdır. Bosniya və Herseqovina tərəfi bu əməkdaşlığa böyük maraq göstərir, Azərbaycan da eyni münasibəti bəsləyir. İnanıram ki, yaxın vaxtlarda biz bu əməkdaşlığın konkret təzahür formaları ilə tanış olmaq imkanı əldə edəcəyik.

- Cənab səfir, müsahibə üçün vaxt ayırdığınıza görə təşəkkür edirik.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stella Assanj Ali Məhkəmənin önündə açıqlama verib

Belqrad Universitetində Azərbaycanın Müstəqillik Günü ilə bağlı konfrans olub

Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb

Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Latviya Seyminin sədri: Regionda Azərbaycanın sülh səylərini yüksək qiymətləndiririk

Dayqa Mierina: Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır

Rusiya Prezidenti Seyid İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib

“Bayraktar AKINCI”nın İrandakı axtarış fəaliyyəti dünyada ən çox izlənən uçuş olaraq qeydə alınıb

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanın 3 güləşçisi Bakıda keçirilən Avropa çempionatının yarımfinalında

Naxçıvan məhsulları “Azexport” portalı vasitəsilə daha geniş bazarlara çıxış əldə edəcək

Müdafiə Nazirliyi: Artilleriya bölmələrinin döyüşatışlı taktiki təlimi başa çatıb VİDEO

ANAMA: Ötən həftə 16 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Yunis Hüseynov avrokuboklara vəsiqə şansı yüksək olan klubların adlarını açıqlayıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib

Azərbaycan fudokançıları Avropa çempionatında uğurla çıxış ediblər

Ağsaqqallar Şurasının yerli təşkilatlarında hesabat konfransları davam edir

Dövlət və hökumət başçılarının ölümü ilə nəticələnmiş helikopter və təyyarə qəzaları

Milli Kitabxanada növbəti treninq

BDU-nun tərəfdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb

Beynəlxalq Çövkən Federasiyasının ikinci Assambleyasının tarixi bəlli olub

Ekoloji tarazlığın qorunmasında müstəsna əhəmiyyətə malik kiçik varlıqlar...

“Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” - respublika elmi konfransı

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri tezliklə öz sakinlərinə qucaq açacaq – REPORTAJ

Qazaxıstanın xarici işlər naziri: Çinlə münasibətlər regionda sülhü və sabitliyi gücləndirir

Bəhruz Nəbiyev: Əsas hədəfimiz Los-Anceles Olimpiadasına lisenziya qazanmaqdır

Nazir: Cari ildə Tacikistanın Orta Dəhlizlə yükdaşımasının həcmi 86 faiz artıb

Ədəbiyyat Muzeyi gün ərzində 1500-ə yaxın ziyarətçini qəbul edib

Tacikistan Azərbaycana dağ-mədən sahəsində əməkdaşlıq təklif edir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu AzMİU ilə əməkdaşlıq edəcək

Çin lideri Si Cinpin İran Prezidentinin ölümü ilə əlaqədar başsağlığı verib

Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib

DSMF və Bolqarıstanın müvafiq qurumu pensiya təminatı ilə bağlı məlumat mübadiləsi aparacaq

“Milli” statusu daşımaq həm qürur hissidir, həm də böyük məsuliyyət

Azərbaycanda ilk dəfə keçiriləcək Peşəkar Çövkən Liqasının püşkü atılıb

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bəzi küçələrdə parklanma yerləri ləğv olunur

Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK

Baş katib: Peşəkar liqanın keçirilməsi Azərbaycanda çövkənin inkişafına töhfə verəcək

Sumqayıtda 51 yaşlı qadını döyüb ona qarşı quldurluq edən şəxs saxlanılıb

® Türkiyənin Başkent Universitetinin qurucusu Mehmet Haberal Mərkəzi Gömrük Hospitalını ziyarət edib

KOBİA: Qarabağda fəaliyyət göstərmək üçün 503 xarici şirkət müraciət edib

Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat müddəti uzadılıb

Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunda altı medal qazanıblar

İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək

Türkiyə Prezidenti: Bu çətin və kədərli günlərdə də qonşumuz İranın yanındayıq

Dövlət Xidməti: 156 dövlət müəssisəsində metroloji tələblərin pozulması aşkarlanıb

Mayın 21-də havanın dəyişkən buludlu olacağı, rayonlarda yağış yağacağı gözlənilir

ƏƏSMN-in e-xidmətlərinə yanvar-aprel aylarında 1 milyon 45 min müraciət qeydə alınıb

Rektor: TÜRKÜNİB-in maliyyə imkanlarının genişləndirilməsi qarşıda dayanan önəmli məsələlərdəndir

Dubay sahillərindəki süni adalarda ən bahalı villalar təqdim edilib

Son üç ildə Azərbaycanda 243 dövlət standartı qəbul edilib

Coğrafiyaçı alim UNEC-də keçirilən dəyirmi masada COP-29-dan danışıb

Ölkəmizdə sağlam siyasi dialoq mühiti formalaşıb ŞƏRH

Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub

Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası işə başlayıb YENİLƏNİB

Hər kəs Assanjla bağlı qərarı gözləyir - London Ali Məhkəməsinin önündən FOTOREPORTAJ VİDEO

Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

Daha bir yolayrıcında sıxlıq azalıb və hərəkət intensivliyi artıb

İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək

Çin ABŞ-ın bir neçə şirkətini “qara siyahı”ya salıb

Ağsu dolaylarındakı sürüşmə zonasına ağır texnika və canlı qüvvə cəlb olunub

Mütəxəssis: Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir

Dünya çempionu: Növbəti hədəfim “Paris-2024”də yaxşı çıxış etməkdir

UNEC Orhun Mübadilə Proqramı çərçivəsində bir sıra türk universitetləri ilə əməkdaşlıq edir

Məmməd Abbasbəyli: Metroloji xidmətlərin əldə edilməsi biznes mühiti üçün çox vacibdir

İran Prezidentinin ölümü ilə bağlı Pakistanda matəm elan edilib

Şamaxıda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”

NBA-da sonuncu yarımfinalçı müəyyənləşib

Nazir müavini: Türkiyə-Azərbaycan Universitetinə Bakıda üç təhsil proqramı üzrə tələbə qəbulu həyata keçiriləcək

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

Bərdə rayonunda Hərbi Prokurorluq və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları birgə tədbir keçirib

Suriyadan repatriasiya olunanların hüquqlarının təmini vəziyyəti araşdırılıb

Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib

“XIX-XX əsr Güney Azərbaycan el şairləri” antologiyası çapdan çıxıb

“Avrora Qrup” “Açıq qapı” elan edir

Kamerun Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Biyaya

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub

“Azərkosmos” ilə “ESRI” arasında memorandum imzalanıb

İqtisad Universiteti TÜRKÜNİB Rektorlar Xüsusi İclasının əsas təşkilatçılarından biri olub

Xidmət rəisi: Bazarda qiymətlə keyfiyyətin mütənasibliyi iqtisadi səmərəliliyin artırılmasına müsbət təsir göstərir

Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar

Gürcüstandan idxal olunmuş dondurulmuş toyuq əti məhsulunda uyğunsuzluq aşkarlanıb

İranda helikopter qəzasında həlak olanların nəşi Təbrizə göndərilib

XİN: Azərbaycan qardaş və dost İran ilə həmrəydir

ATMU əməkdaşları Rumıniyanın Oradea Dövlət Universitetində

İran Nazirlər Kabineti fövqəladə iclas keçirib

UNEC-in rektoru: TÜRKÜNİB-in yol xəritəsində elm, təhsil və sosial sahələr üzrə tədbirlər nəzərdə tutulur

Bu gün Britaniya hakimləri Culian Assanj haqqında qərar verəcəklər

Mayın 20-də dünyada üç beynəlxalq əlamətdar gün qeyd olunur

BDU-da Buxarest Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 12,1 dəfə artıb

DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Premyer Liqa: “Qarabağ” qol sayında mütləq rekorda imza atıb

Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir