MƏDƏNİYYƏT
Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqram ilə çıxış edəcək
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 28-də violonçel ifaçısı Camal Əliyev Biqarda (“Biggar Music Society”, Böyük Britaniya) konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və Biqar Musiqi Klubunun saytında yer alıb. Camal Əliyevi fortepianoda Ceyms Kolman müşayiət edəcək.
Konsertdə L.V.Bethoven, Y.Brams, P.Çaykovski, D.Popper, V.Lyutoslavski və S.Raxmaninovun əsərləri səsləndiriləcək.
Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]