Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquen Suan Fukdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycanın müstəqilliyinin 103-cü ildönümü bayramı - Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına Vyetnam dövləti və xalqı adından səmimi təbriklərimi çatdırmaq istərdim.

Azərbaycanın yaxın dostu olan Vyetnam Sizin gözəl ölkənizin inkişafını daim diqqətlə izləyir və Zati-alinizin rəhbərliyi ilə Azərbaycan xalqının ölkənin inkişafında, insanların rifahının yüksəldilməsində, beynəlxalq inteqrasiyada, həmçinin Azərbaycanın regionda və dünyada rolunun və mövqeyinin möhkəmlənməsində, COVID-19 pandemiyasının yaratdığı çətinliklərin mərhələli şəkildə inamla aradan qaldırılmasında əldə etdiyi böyük nailiyyətlərə heyran olduğunu bildirir.

Mən Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluğun və hər iki ölkənin regionda və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə verən çoxtərəfli əməkdaşlığın daha da inkişafına çox şadam.

Mən qəti əminəm ki, iki ölkənin rəhbərlərinin iradəsi və qətiyyəti, habelə iki xalqın həmrəyliyi sayəsində ölkələrimizin və xalqlarımızın tərəqqisi, bütün dünyada sülh və inkişaf naminə Vyetnam və Azərbaycan arasında ənənəvi əməkdaşlıq gündən-günə möhkəmlənəcək və genişlənəcək.

Azərbaycana firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram.

Cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, səadət və nəcib vəzifənizdə böyük uğurlar diləyim.

Hörmətlə,

 

Nquen Suan Fuk

Vyetnam Sosialist Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin