CƏMİYYƏT


www.azerbaijan25.az saytının təqdimatı olub

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyi (ASGA) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan – 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili www.azerbaijan25.az” layihəsi çərçivəsində hazırlanan saytın oktyabrın 17-də təqdimatını edib.

ASGA-dan AZƏRTAC-a bildiriblər ki, layihə barədə məlumat verən Assosiasiyanın sədri Səbuhi Abbasov bu gün Azərbaycanın qazandığı bütün uğurların əsasında ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyasının dayandığını qeyd edib. Vurğulayıb ki, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. O, layihə çərçivəsində ölkəmizin son 25 ildə müxtəlif istiqamətlərdə qazandığı uğurlar haqqında sistematik məlumat bazasının yaradıldığını, respublikamızın müxtəlif bölgələrində, həmçinin Moskvada tədbirlərin təşkil edildiyini bildirib.

Milli Məclisin deputatları Qənirə Paşayeva, Adil Əliyev, Elşən Musayev və digər natiqlər çıxışlarında müstəqilliyin bərpasından ötən 25 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, bu gün Azərbaycan dünyada tolerantlığın beşiyi kimi tanınır. Biz bütün imkanlardan istifadə edərək ölkəmizi dünyada layiqincə təbliğ etməliyik. Bu baxımdan bu saytın müxtəlif dillərə tərcümə edilməsi çox vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.