MƏDƏNİYYƏT
“www.iravan.az” internet jurnalının ingilis versiyası hazırlanır
Bakı, 16 may, AZƏRTAC
Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “www.iravan.az” internet jurnalının ingilis versiyasının hazırlanması layihəsini həyata keçirir.
İctimai birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, xalqımızın 4 dəfə öz doğma yurdundan deportasiya edilməsi, tariximizin saxtalaşdırılması, mədəniyyətimizin mənimsənilməsi faktlarını dünya ictimaiyyətinə çatdırmaqdır.
İctimaiyyətə təqdim olunan sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Yaxın vaxtlarda “iravan.az” adlı jurnalın çap variantı da hazırlanacaq.
Saytın ingilis dili versiyası iyun ayında təqdim ediləcək.