İQTİSADİYYAT


www.sahibkar.economy. gov.az saytında 1600-dən çox sahibkar qeydiyyatdan keçib

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış "Sahibkarlara dəstək" məlumat səhifəsində (www.sahibkar.economy.gov.az) 1600-dən çox sahibkar qeydiyyatdan keçib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onların elektron poçt ünvanlarına sahibkarlıqla bağlı yeniliklər barədə məlumatlar göndərilir. Saytda sahibkarlıq fəaliyyəti ilə bağlı müvafiq qanunvericilik və bu sahədə baş verən dəyişikliklər, eləcə də sahibkarlığın inkişaf dinamikasına dair məlumatlar, kataloqlar və s. yerləşdirilib. Bundan başqa, sahibkarlar saytın "Sual-cavab" bölməsindən yararlana və İqtisadiyyat Nazirliyinə müvafiq təkliflərini göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.