REGİONLAR
Xaçmazda prokurorluq əməkdaşları təltif olunublar
Xaçmaz, 1 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Prokurorluğunun əməkdaşları 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təltif olunublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdən əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin, prokurorluq, eləcə də digər yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirilib ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Rayon prokuroru Rəşad Məmmədov diqqətə çatdırıb ki, Xaçmazda prokurorluqla digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı yüksək səviyyədədir. Qarşılıqlı əlaqə nəticəsində rayonda sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.
Görüşün sonunda rayon prokurorluğunun bir sıra əməkdaşlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilıb.