Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri: Bakı Nəqliyyat Agentliyinin ictimai nəqliyyatdakı xidmətləri danılmazdır

“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri: Bakı Nəqliyyat Agentliyinin ictimai nəqliyyatdakı xidmətləri danılmazdır

Bakı, 13 iyul, AZƏRTAC

Artıq dünyanı bürüyən COVID-19 pandemiyasının 5-ci ayını yaşayırıq. Şübhəsiz ki, pandemiya ölkəmizdə də həyatın axarına ciddi təsir göstərməkdədir və yaranmış vəziyyətdən ən çox təsirlənən sahələrdən biri də nəqliyyat sektoru, xüsusilə ictimai nəqliyyatdır.

Son günlər ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı tez-tez müzakirələrin açılmasını, müxtəlif məzmunlu fikirlərin bildirilməsini nəzərə alaraq uzun illərdir Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidovun mövzu ilə bağlı fikirlərini öyrəndik.

- Faiq müəllim, rəhbəri olduğunuz şirkətin pandemiya dövründə fəaliyyəti necə tənzimlənir?

- Şirkətimiz Bakı şəhərində 14 marşrut xətti üzrə 250-dək avtobusu ilə hər gün 300 minədək sərnişinə xidmət göstərir və fəaliyyətini müasir tələblərə uyğun təşkil edir. Bu ilin mart ayından etibarən vüsət alan koronavirus pandemiyası bir çox həyati əhəmiyyətli sahələr kimi, bizim qarşımızda da kifayət qədər ağır və məsuliyyətli vəzifələr qoydu. Elə həmin vaxtdan Bakı Nəqliyyat Agentliyinin (BNA) müvafiq struktur bölmələrinin nəzarəti ilə ictimai nəqliyyatın tənzimlənməsi istiqamətində fasiləsiz fəaliyyət göstəririk. Bakı Nəqliyyat Agentliyi tərəfindən pandemiya dövründə ictimai nəqliyyatın işinin mövcud çağırışlara uyğun qurulması, tibb işçilərinin təhlükəsiz daşınması, ekspress xətlərin nəqliyyat vasitələri ilə təmin edilməsi istiqamətində verilən tapşırıqlar yüksək səviyyədə icra edilir.

Əvvəlki dövrlərlə müqayisədə indiki şəraitdə işləməyin hansı fərqləri var?

- Əvvəla qeyd edim ki, ictimai nəqliyyat dövlətimiz tərəfindən pandemiyadan zərərçəkən sahələrin siyahısına salınıb. Bunun bariz nümunəsi kimi pandemiya dövründə gün ərzində daşınan sərnişin sayının kəskin azalmasını göstərə bilərəm. Məsələn, statistik olaraq bu azalma 70 faiz civarındadır. Bununla belə “Xaliq Faiqoğlu” şirkəti tənzimləyici orqan olan Bakı Nəqliyyat Agentliyinin təlimatları və müəyyənləşdirdiyi qaydalar çərçivəsində fəaliyyətini daha da gücləndirib. Onu qeyd etmək kifayət edər ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı Metropoliteninin fəaliyyətinin dayandırıldığı dövrlərdə təşkil edilən tədbirlərə, eləcə də ekspress xətlərə, hər gün tibbi heyətlərin daşınmasına və ehtiyat nəqliyyat vasitələrinin formalaşdırılmasına tərəfimizdən 4 ay ərzində 1837 avtobus ayrılıb və şirkətin bu dəstəyi hazırda da davam etdirilir.

- Bu gün cəmiyyətimizdə bəzi şəxslər tərəfindən ictimai nəqliyyatın fəaliyyətinin təşkili və bu sahədəki qurumlar haqqında müəyyən fikirlər səsləndirilməkdədir. Uzun illərdir ictimai nəqliyyat sahəsində olan bir iş adamı kimi buna münasibətiniz necədir?

- Pandemiya dövründə alışmadığımız iş normaları, yaranmış qeyri-adekvat vəziyyətin idarəedilməsi əlbəttə ki, asan deyil. Bu baxımdan tənzimləyici orqan olan Bakı Nəqliyyat Agentliyinin ictimai nəqliyyatın idarə edilməsi, metronun işləmədiyi dövrlərdə sərnişinlərin fasiləsiz, təhlükəsiz və rahat hərəkətinin təşkil etməsi baxımından xidmətləri danılmazdır. Biz də istər Nazirlər Kabineti yanında Operativ Qərargah, istərsə də, qərargahda təmsil olunan Bakı Nəqliyyat Agentliyinin müəyyənləşdirdiyi müvafiq norma və qaydalar çərçivəsində işimizi qururuq. Bildirmək istəyirəm ki, xüsusi karantin rejimi dövründə tərəfimizdən marşrut xətləri üzrə avtobusların sayı azaldılmayıb, bu işdə biznes marağı bir kənara qoyularaq sırf ictimai və dövlət maraqları əsas götürülüb. Eyni zamanda, şirkətimiz sərnişinlərin maarifləndirilməsi, onların fərdi gigiyenik vasitələrdən istifadə etməyə sövq edilməsi ilə bağlı təşəbbüslərə də ilk olaraq qoşulub. Bəzi hallarda aparılan sistemli fəaliyyəti, gecə-gündüz sərf edilən əməyi görmək istəməyən müəyyən şəxslər ictimai nəqliyyat sahəsini, xüsusilə Bakı Nəqliyyat Agentliyini qərəzli şəkildə hədəf alırlar və bu da təbii olaraq təəssüf doğurur.

Faiq müəllim, şirkətinizin gələcək planları, ictimai nəqliyyatda gözlənilən yeniliklərlə bağlı nə deyə bilərsiniz?

- Hər bir vətəndaş, hər bir iş adamı kimi məni də hazırda düşündürən əsas məsələ xalqımızın və dövlətimizin hazırkı pandemiya dövründən minimum itki ilə çıxması, virusun daha da yayılmasının qarşısının alınması ilə bağlıdır. Hazırda bütün fəaliyyətimizi məhz bu istiqamətdə qurmuşuq və qüvvələrimizi səfərbər etmişik. İnanırıq və əminik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi, vətəndaşlarımızın sağlamlığının qorunmasına, ölkəmizin milli maraqlarının müdafiəsinə hesablanmış məqsədyönlü siyasət nəticəsində bu dövrü də geridə qoyacağıq.

Ümumilikdə isə “Xaliq Faiqoğlu” şirkətinin 2 əsas iş prinsipi var. Birincisi sərnişinlərin təhlükəsiz və rahat daşınması, ikincisi isə fəaliyyətimizin müasir standartlara uyğunlaşdırılmasıdır. Son 5 ildə şirkət olaraq fəaliyyətimizin müasir standartlara uyğunlaşdırılması istiqamətində bir çox yeni layihələr icra etmişik və qarşıdakı dövrlərdə də dövlətimizin dəstəyi ilə bu işləri davam etdirməyi planlaşdırırıq. Bir daha qeyd etmək istəyirəm ki, ölkəmizdəki vətəndaş həmrəyliyi, xalq-dövlət birliyi sayəsində mövcud fors-major vəziyyətin tezlikə başa çatacağına inanıram. Bu işdə “Xaliq Faiqoğlu” şirkəti olaraq bacardığımız dəstəyi bundan sonra da vermək əzmindəyik.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb