Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XARİCDƏKİ SOYDAŞLARIMIZ VƏTƏNİ GÖRMƏK ARZUSUNA YETİŞDİ

2001-ci ilin noyabrında ölkəmiz üçün çox mühün olan bir hadisə baş verdi. Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Azərbaycan Prezidenti Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə irəli sürdüyü dəyərli təşəbbüs, beləcə, həyata keçdi. Dövlətimizin başçısı respublikanın hüdudlarından kənarda nüfuzlu Azərbaycan diasporu yaradılmasına həmişə xüsusi əhəmiyyət vermişdir. Elə bir diaspor ki, bu və ya digər ölkədə Vətənimizin, soydaşlarımızın mənafeyinin qorunmasına yönəldilmiş siyasətin formalaşdırılmasına kömək göstərmək iqtidarında olan nüfuzlu Azərbaycan lobbisi yaradılması üçün əsas ola bilsin.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Prezidentin 2002-ci il 5 iyul tarixli Fərmanı da ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə oldu. Bu Komitənin vəzifəsi soydaşlarımızı dəstəkləmək və onlara zəruri kömək göstərməkdir. Xaricdə yaşayan həmyerlilərimizlə əlaqələr yaradılmasında “Vətən” cəmiyyəti də əhəmiyyətli rol oynayır.

Taleyin hökmü ilə doğma torpaqdan uzaq düşmüş soydaşlarımızın əksəriyyəti tarixi Vətənlərinə candan bağlı olduqlarını hiss edirlər. “Vətən” cəmiyyəti sədrinin müavini Heydər Məmmədəliyev bizi belə həmyerlilərimizdən biri ilə - Məmmədağa Zərrinnicatla tanış etdi.

O, Azərbaycanı müəyyən səbəblərə görə ötən əsrdə - 1931-ci ildə tərk etmişdir. Həyatda ən böyük arzusu isə 15 gün bundan əvvəl həyata keçdi, Məmmədağa kişi yenidən doğma Bakıya gəldi.

O, 1916-cı ildə dünyaya göz açmışdır. Bakıda orta məktəblərdən birini bitirdikdən sonra ali məktəbə daxil olmuşdur. Lakin totalitar rejimin o dövrdə apardığı və adi hala çevrilən repressiyalar, həbslər Məmmədağa Zərrinnicatın ailəsini qonşu İrana köçməyə məcbur etdi. Burada Məmmədağa ali məktəbi bitirərək kinematoqrafiya ilə məşğul oldu. Lakin qurub-yaratmaq həvəsi üstün gəldi və o, peşəsini dəyişərək, inşaat mühəndisi ixtisasına yiyələndi.

Məmmədağa kişi ömür-gün sirdaşı ilə xoşbəxt həyat svrmüşdür. Onlar üç qeyrətli oğul böyütmüşlər. Böyük oğlu Milad Zərrin azərbaycanlı qızla həyat qurmuşdur və İsveçrədə yaşayır, Noşatel universitetinin professorudur. Ortancıl oğlu Fərhad Zərrin də professordur, ABŞ-da bir neçə nüfuzlu firma və şirkətin məsləhətçisidir. Sonbeşikləri Azad Zərrin hazırda atası ilə birlikdə Toronto şəhərində (Kanada) yaşayır, universitetlərdən birində professordur.

Məmmədağa kişi deyir:

- Hazırda yaşadığım şəhərdə 43 kilometr uzunluğunda bir prospekt var. Bu prospektdə çoxlu etnik azərbaycanlı yaşayır. Biz tez-tez bir yerə toplaşır, ölkəmizin beynəlxalq aləmdəki uğurlarına ürəkdən sevinirik. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair dünyanın ən iri neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” bütün dünyada, o cümlədən də Kanadada böyük əks-səda doğurmuşdur. Nəhayət, bütün soydaşlarımızın səbirsizliklə gözlədikləri bir hadisə baş verdi - Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Yadımdadır, biz bu əlamətdar hadisəni Torontonun kinoteatrlarından birində bayram kimi qeyd etdik. Bəli, Azərbaycan dünyada öz mövqelərini ardıcıl surətdə möhkəmləndirir. Lakin Vətənimizdə hərc-mərclik və özbaşınalıq hökm sürdüyü, dövlətimizin parçalanması təhlükəsi yarandığı vaxtlar ağır günlər də keçiridik. Mən 1990-1993-cü illəri nəzərdə tuturam. Şükürlər olsun ki, Tanrı dualarımızı eşitdi və ölkəmizə vaxtılə Azərbaycan üçün çox işlər görmüş, zəmanəmizin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev başçılıq etdi. Indi, tariximizin o dəhşətli dövrünün arxada qaldığı vaxtda əminik ki, belə hadisələr bir daha təkrar olunmayacaqdır. Bu gün Azərbaycanda demokratik, hüquqi dövlət qurulur, iqtisadiyyatın inkişafı üçün hər cür şərait yaradılmışdır. Bu yaxınlarda Bakıda turist səfərində olmuş kanadalı dostlarımız çox xoş təəssüratlarla dönmüşlər. Bilin ki, Kanadada yaşan biz azərbaycanlılar Vətənimizin taleyinə biganə deyilik. Əminik ki, hörmətli Prezident Heydər Əliyevin Azərbaycan üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması sahəsində göstərdiyi səylər öz bəhrəsini verəcəkdir.

Məmmədağa Zərrinnicat bizə söylədi ki, hazırda Kanadadakı Azərbaycan diasporunun 70 min nəfərədək üzvü var. Ölkəmiz müstəqillik əldə etdikdən sonra onların bir çoxu öz tarixi Vətənində olmuşdur. Məmmədağa kişinin də, özünün dediyi kimi, bir əlçatmaz arzusu vardı - uzun ayrılıqdan sonra doğma Bakını görmək. Budur, bu arzu həyata keçdi. O, yenidən Bakıdadır və çoxdan həsrətini çəkdiyi bu şəhər onu öz gözəlliyi ilə valeh edir. Məmmədağa kişi deyir:

-Bilirsinizmi, şəhərimizdə cəlbedici, insanın qəlbini əfsunlayan, onu özünə çəkən nə isə var.

Onu da qeyd edək ki, Məmmədağa kişi ölkəmizin paytaxtına kiçik oğlu ilə birlikdə gəlmişdir. Atasından fərqli olaraq, o, öz tarixi Vətənini bir neçə dəfə ziyarət etmişdir.

Məmmədağa kişi deyir:

-Harada oluramsa-olum, Azərbaycanın uğurlarına həmişə hədsiz dərəcədə sevinirəm, Vətənimin rifahı naminə nə isə bir iş görmək fürsətini əldən vermirəm. Mən özümü bakılı sayıram və bunu hər yerdə fəxrlə deyirəm. Torontoya qayıtdıqdan sonra biz azərbaycanlılar yenidən bir yerə toplaşacağıq və onlara müstəqil respublikamızın böyük uğurlarından danışacağam. Mən də, oğullarım da ucsuz-bucaqsız dünyanın harasında yaşasaq da, qürbətdə özümüzü nə qədər yaxşı hiss etsək də, doğulduğumuz və göz açdığımız ilk ocağımızı, sevimli diyarımızı heç zaman unutmayacağıq.

Fərhad Nuriyev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gündən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır

Yaponiyada F-35 qırıcıları qəza enişi edib

Fermerlər Fransanı İspaniyaya birləşdirən yolu bağlayacaqlar

Yağış eroziyası: Aviasiya sektorunda həllini gözləyən məsələ

Eyfel qülləsini ziyarət haqqı artırılır

Çexiyada 2 mindən çox gümüş sikkə tapılıb

Yaponiyada zəlzələ baş verib

Almaniyada xilasetmə zamanı yanğınsöndürən ölüb

Stokholm marafonu zamanı 15 nəfər xəstəxanaya yerləşdirilib

OPEC ölkələri hasilatı yenidən azalmağa qərar verib

Çexiyada 18 nəfəri ildırım vurub

Salyanda fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgi açılıb

Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi 1/4 finala yüksəlib

"Qarabağ"ın futbolçusu: Əziyyətimizin bəhrəsini mövsümün sonunda gördük

Azərbaycan millisinin basketbolçusu: Qarşıdakı oyunlar daha çətin olacaq

Tahir Gözəl: Futbolçularımla qürur duyuram

Baş məşqçi: İnanıram ki, basketbolçularımız Paris Olimpiadasında daha fərqli oynayacaqlar

İtaliyada daşqın nəticəsində itkin düşənlərin ikisinin cəsədi tapılıb

ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən məhkəmə müsabiqəsinin qalibi məlum olub

“ECOVELOFEST”də Şirvan-Salyan Regional Təhsil İdarəsini 11 müəllim təmsil edib

Qurban Qurbanov: "Zirə" büdcəsi ilə bizə qalib gəldi

"Fənərbağça" Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb

Bakıda keçirilən gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turniri başa çatıb

Rəşad Sadıqov: Əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm

Azərbaycan basketbol millisi Qəbələdəki turnirdə ikinci oyununu keçirib

“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB

“Circus Sea Breeze” Xəzərin sahilində yay mövsümünü açıq elan edib

Azərbaycan Kubokunun finalı: “Qarabağ” hesabı açıb

Bu gün Maksim Medvedev karyerasını bitirəcək

Babək rayonunun 3 yaşayış məntəqəsində yanğın olub VİDEO

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

“ETS2” direktivi İsveçdə yanacaq qiymətlərinin artmasına səbəb olacaq

Azərbaycanın İrlandiyaya yeni təyin olunmuş ilk fəxri konsulu ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan Kubokunun finalı: “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər açıqlanıb

Azərbaycan Premyer Liqasına yüksələn klub baş məşqçi ilə yollarını ayırıb

Qəbələdə beynəlxalq basketbol turniri Azərbaycan komandalarının oyunu ilə start götürüb

“Azərbaycan Ticarət Evi” Doha şəhərində ərzaq və kənd təsərrüfatı məhsullarının sərgisini təşkil edib

Astarada yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycanın Mərakeşdəki səfirliyi xeyriyyə tədbiri keçirib

Kiyevin vizit kartına çevrilən adası - AZƏRTAC-ın FOTOREPORTAJI

Türkiyə Azərbaycanın mehmanxana biznesi üçün mütəxəssislər hazırlaya bilər

“The Peninsula” qəzeti Qətər-Azərbaycan əlaqələrindən yazıb

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Məhəmməd Şərif: A-Hub Akselerasiya Proqramı gənclərə öz ideyalarını biznesə çevirməyə kömək edir

Mustafa Abitoğlu: “Üzgüçülük hamı üçün” layihəsində yeni bir tarix yazmaq üçün gəlmişik

Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir

Metronun “28 May” stansiyasında ölüm faktı ilə bağlı araşdırma aparılır

Fərid Qayıbov: Sevindirici haldır ki, üzgüçülük yarışında müxtəlif yaşda olan insanlara rast gəlinir

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar

Şahbuz rayonunda 82 millimetrlik minaatan mərmisi aşkar olunub

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO

Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

Dağ Yəhudilərinin İrsi Mərkəzində Qurtuluş və Nicat Gününə həsr edilən sərgi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 10 mərkəzdə aparılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib

A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

İtaliyada Respublika Günü qeyd olunur

Sərnişin metroda stansiya yoluna düşüb

Metyu Brayza: Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi edəcəyi indidən məlumdur

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb VİDEO

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək