Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

XƏZƏR NEFTİ - 21 MÜQAVİLƏ 50 MİLYARD DOLLAR

Bugünkü Azərbaycanın ümidləri neftlə bağlıdır. Bu da, sadəcə olaraq, reallıqdır. Dövlətin bütün səyləri Xəzərin təbii ehtiyatlarının işlənilməsinə yönəldilmişdir. Elə bu da reallıqdır və həyati zərurətdir. İqtisadiyyatın postsovet transformasiyası şəraitində digər sənaye sahələrini dirçəltmək üçün hələlik ölkənin bundan daha real və daha etibarli vasitəsi yoxdur. Əslində, belə bir faktı etiraf etmək lazımdır ki, neft sahəsinin özünü də hələ xeyli qaldırmaq lazımdır.

İqtisadiyyatın bu aparıcı konstruksiyasının xarici şirkətlərin iştirakı olmadan dirçəldilməsi də ağılasığmazdır. Radikal millətçilərin və onlarla bağlı olan və olmayan “birsaatlıq xəlifələrin” rəhbərliyi altında baş vermiş ümumi dağıntı ölkənin tezliklə dirçəldilməsinə olan ümidləri heçə endirirdi. Yenidən hakimiyyətə qayıtmış Heydər Əliyevin qayda-qanunun bərpa edilməsi sahəsindəki uğurlu və səmərəli fəaliyyəti sərmayələrin cəlb edilməsində həlledici və əsas amil oldu.

Hələ 1990-cı illərin ortalarında çox az adam inanırdı ki, daxili cəkişmələr nəticəsində talan edilmiş və zəifləmiş, kasıb büdcəyə malik olan, kadrları çaşbaş salınmış Azərbaycanın “dünyanın neft nəhəngləri” ilə müstəqil və düzgün münasibətlər qura biləcəkdir.

Kommunist keçmişinə baxmayaraq, ilk növbədə Azərbaycanın rəhbəri səriştəlilik, peşəkarlıq, bilik, strateji məqsədləri irəlicədən görmək və nəzərə almaq bacarığı nümayiş etdirdi. O, gənc və savadlı, vətənpərvər insanlardan ibarət yeni komanda yaratdı. Təkcə bir fakt: o öz doğma oğlunu belə işindən, uğurlu biznesindən ayıraraq dövlət qulluğuna cəlb etdi.

Bəs, nəticəsi nə oldu? Azərbaycanın neft sənayesinin dirçəldiyini və sabit inkişafını hamı etiraf edir. Vaxtilə öz neftçi kadrlarını və yaxşı mütəxəssislərini Sibirin yeni neft yataqlarına göndərən bu keçmiş sovet respublikası iki onillik ərzində durğunluq vəziyyətində olan əfsanəvi irsini dirçəldə bilmişdir.

Neft sənayesinin, əslində, yenidən yaradıldığı bir şəraitdə Azərbaycanın neft hasilatının sabit artımı ilə fəxr etməyə tam haqqı vardır. Bu neft artıq Bakı-Novorossiysk, Bakı-Supsa kimi neft kəmərləri ilə nəql olunur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanması isə ölkənin “ümdə arzusunun” yerinə yetməsinin başlanğıcı olacaqdır. Son illər bu layihə ətrafında müxtəlif səviyyələrdə cürbəcür söz-söhbətlər gəzirdi. Bakını bu fikirdən daşındırmağa çalışırdılar. Lakin Azərbaycan öz yolundan dönməyərək qəti qərara gəldi: boru kəməri çəkilməlidir. O, ölkəyə lazımdır. Bu kəmər Azərbaycanın böyük neftinin dənizlərə çıxmasına, istehlakçılara çatdırılmasına imkan verəcəkdir.

İlham ƏLİYEV: BİZ HƏR ŞEYƏ MÜVƏFFƏQ OLACAĞIQ

Hər bir bakılı özünü neftçi sanır. Əslində, bunda

mübaliğə yoxdur. Belə ki, əgər onun özü olmasa da,

qohumlarından hökmən kiminsə ölkənin “qara qızıl”ı-

nın hasilatı və ya emalı ilə əlaqəsi var. Azərbaycan

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham

ƏLİYEV də, neftdən uzaq bir peşə seçmiş olsa da, bakılı

taleyindən yan keçməmişdir. Moskva Beynəlxalq

Münasibətlər İnstitutu kimi nüfuzlu ali məktəbin məzununa

90-cı illərin ortalarında mühüm layihələrlə - Azərbaycan

üçün strateji əhəmiyyətə malik layihələrlə məşğul olmaq

lazıım gəlmişdir.

- Siz vaxtilə demişdiniz ki, neft Azərbaycanın həm xoşbəxtliyi, həm də baş ağrısıdır. Xoşbəxtlik - yaxşı, bu, aydındır. Bəs baş ağrısı nədədir?

- Bilirsinizmi, iş prinsipcə bundadır. Burada bir neçə məqamı nəzərə almaq lazımdır. Azərbaycan yeni müstəqil dövlətdir, müstəqil həyatda ilk addımlarını atır. Özü də, bu addımlar çox uğurlu olmuşdur. Təbii ki, biz neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin (bu, çox müsbət haldır), həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bizə belə güclü diqqət və karbohidrogen ehtiyatlarının istər hasilatı, istərsə də nəql olunması baxımından hansısa rəqabət, əlbəttə, müəyyən qədər problemlər yarada bilərdi. Ona görə də mən həmişə demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun. Biz baş ağrısı ilə, xoşbəxtlikdən, hələlik qarşılaşmamışıq, amma belə bir perspektiv mövcuddur ki, onu da biz heç istəməzdik.

- Azərbaycan neftinə məhz nə üçün belə siyasi rəng verilməsi də müəyyən dərəcədə bununla izah edilir?

- Əlbəttə, özü də nəzərə almaq lazımdır ki, indi Azərbaycan o qədər də çox neft çıxarmır. Özümüzün neft şirkətimiz təxminən 9 milyon ton çıxarır, əcnəbi tərəfdaşlarla birlikdə isə 6 milyon ton neft hasil edirik. Cəmi 15 milyon ton, yəni bu qədər neft ətrafımızda qaldırılan hay-küyə, siyasi fona əsla uyğun deyildir. Əlbəttə, perspektivləri nəzərə aldıqda, bizdə ehtiyatlar işlənəcək, hasilat artacaq, biz təqribən 50 milyon ton, bəlkə də, bundan çox neft çıxaracağıq. Lakin bununla belə, qlobal miqyasda, dünya miqyasında götürdükdə hətta ildə 50 milyon ton neft hasilatı o qədər də böyük və verilən siyasi rənglərə qətiyyən uyğun deyildir. Regionda digər ölkələr var ki, orada neft ehtiyatları da, hasilatı da daha çoxdur, amma onlarla bağlı belə siyasi hay-küy müşahidə edilmir. Ona görə də mən başağrısından danışarkən bilin ki, belə bir ağrı var, amma çox güclü deyildir. Buna baxmayaraq, o, hərdən narahat edir.

- Xəzərdəki karbohidrogen xammalının ehtiyatları barədə müxtəlif proqnozlar verilir. Bəs vəziyyəti Siz özünüz necə qiymətləndirirsiniz?

- Bu gün biz nefti yeni yataqlardan - “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından çıxarırıq. Onların real ehtiyatları 600 milyon tondan çoxdur. Əlbəttə, hesab edirik ki, işlənmə prosesində bu rəqəm artacaqdır. “Şahdəniz” qaz yatağında da ehtiyatlar müəyyənləşdirilmişdir, bu, təxminən 1 trilyon kubmetrdir. Biz buna 100 faiz əminik. Qalan bütün yataqlarda kəşfiyyat işləri aparılır. Haradasa qazma işləri görülür, haradasa seysmik işlər gedir. Geoloqlarımız hesab edirlər ki, bizdə ehtiyatlar böyükdür. Ancaq bəzi digər ekspertlər belə düşünmürlər. Lakin dünyada yataqların aşkara çıxarılmasının səmərəliliyinə dair statistikaya nəzər salsaq, belə bir mənzərə görərik: potensial yeraltı strukturların cəmi 30 faizi məhsuldar olur, qalan 70 faizi isə, necə deyərlər, boşa çıxır. Bizdə bu statistika daha nikbin təsir bağışlayır: yeraltı strukturların məhsuldarlığı 50-nin 50-yə olan nisbətindədir. Bəli, elə yataqlar var ki, onların haqqında müqavilələr bağlansa da, qazma prosesində ya neft və qazın olmadığı, ya da elə bir miqdarda xammal aşkara çıxarılmışdır ki, onu hasil etmək iqtisadi baxımdan səmərəsizdir. Biz nə birinciyik, nə də axırıncı. Bədbinliyə qapılmaq üçün heç bir səbəb görmürəm.

- Bununla belə, bəzi şirkətlərin Azərbaycanın neft layihələrindən çıxması çox dramatik ruhda qələmə verilmişdir...

- Biz bu fikirdə deyilik ki, bəzi firmaların neft layihələrindən çıxması Xəzərin təbii ehtiyatlarını həlledici şəkildə sarsıda bilər. Biznes biznesliyində qalır və qərar qəbul olunarkən iştirakçılardan hər biri öz mülahizələrini əsas tutur. Təkrar edirəm: kimlərsə neftimiz ətrafında şəkk-şübhə yaratmaq istəyir. Bu bizi qorxutmur.

- Azərbaycan xarici şirkətlərlə 21 müqavilə imzalamışdır. Bu, milyardlarla dollar məbləğində sərmayə qoyuluşu deməkdir. Siz yatırımların gələcək miqyasını və həcmini necə qiymətləndirirsiniz?

- Bu müqavilələr üzrə sərmayələrin güman edilən məbləği 50 milyard dollara bərabərdir. Bu, həmin müqavilələrin hamısının yalnız uğurla həyata keçiriləcəyi təqdirdə olacaqdır. Əlbəttə, bu, çox böyük məbləğdir. Artıq indiyədək neft-qaz hasilatına təqribən 5 milyard dollar sərmayə qoyulmuşdur. Bakı - Ceyhan neft kəmərinin və Bakı -Ərzurum qaz kəmərinin inşasına külli məbləğdə - müvafiq surətdə təxminən 2,5 milyard dollar və 1 milyard dollara qədər vəsait sərf ediləcəkdir. 21 müqavilədə nəzərdə tutulan yataqlarda kəşfiyyat işləri uğurla nəticələnərsə, sərmayələrin daha da artırılması prosesini çox gözləmək lazım gəlməyəcəkdir. Odur ki, 50 milyard dollarlıq təxmini məbləğ vəziyyətdən asılı olaraq təshih ediləcəkdir.

- Azərbaycanın dövlət büdcəsinin mədaxil hissəsinin 42 faizindən çoxu neft sahəsinin payına düşür. Bundan əlavə, əmək qabiliyyətli əhalinin təxminən 20 faizi də bu sahədə çalışır. Yeni neft müqavilələri əmək bazarının canlanmasına nəzərəçarpacaq dərəcədə təsir göstərəcəkmi? Azərbaycanda işsizlik problemi neftin özündən heç də az olmayan başağrısı törədir.

 

- Biz bu problemi neft sektoru çərçivəsində uğurla həll edirik. İmzaladığımız neft müqavilələrinin hər birində xarici şirkətlərə yerli mütəxəssisləri cəlb etmək barədə şərt qoyan xüsusi bənd var. Özü də, bu, mərhələ-mərhələ edilir. İndi neft şirkətlərində işləyənlərin 20-30 faizini bizim mütəxəssislər təşkil edir və gələcəkdə bu rəqəm 90 faizədək artacaqdır. Bununla da biz, bir tərəfdən, özümüzə ciddi kadr potensialı hazırlayırıq, digər tərəfdən isə, adamlarımızı yüksək maaşlı işlə təmin edirik: onlardan bəziləri ayda bir neçə min dollar maaş alır. Birinci müqavilənin imzalandığı vaxtdan - 1994-cü ildən ötən illər ərzində Azərbaycanın neft sektorunda 10 mindən artıq yeni iş yeri açılmışdır. Təbii ki, bunlar yüksək maaşlı iş yerləridir. Bundan əlavə, xaricdə kadrlar hazırlanmasının xüsusi proqramı var, hər il xaricə çox sayda mütəxəssislər göndəririk, onlar xarici neft şirkətlərində işləyir və staj keçirlər.

Birdəfəlik və həmişəlik yadda saxlamaq çox vacibdir: neft sərvətlərinə görə arxayınlaşmağa haqqımız yoxdur.

O ki qaldı iqtisadiyatın digər sektorlarına, əlbəttə, işsizlik problemi mövcuddur. Biz bunu da məhz neft sahəsinin genişləndirilməsi vasitəsilə həll etmək ümidindəyik, çünki indi Azərbaycanda bu sahə bütün iqtisadiyyatın inkişafının təkanverici qüvvəsidir. Biz Neft Fondu yaratmışıq və xarici tərəfdaşlarla birgə çıxarılan neftin satışından götürülən vəsaiti burada cəmləşdiririk. Qısa müddətdə fondun hesabında 500 milyon dollardan çox vəsait toplanmışdır. Bu fonddan müxtəlif məqsədlərlə, eləcə də yeni iş yerləri, yeni infrastruktur, yeni sənaye yaradılması üçün istifadə ediləcəkdir. İqtisadiyyatdakı uyğunsuzluğun qarşısını almaq lazımdır.

Birdəfəlik və həmişəlik yadda saxlamaq çox vacibdir: neft sərvətlərinə görə arxayınlaşmağa haqqımız yoxdur. Əlbəttə, bu gün sənayenin başqa sektorlarına pul sərmayə etmək hələ olduqca çətindir. Əsas etibarilə kapitalların özü neft olan, mənfəətlər və digər gəlirlər olan yerə qaçır. Əcnəbi sərmayəçi neft sahəsində bizim qanunvericiliklə möhkəm müdafiə edilmişdir. Bizdə hər bir müqavilə qanun qüvvəsinə malikdir, parlamentdə ratifikasiya edilir və sonra da prezident fərmanı ilə təsdiqlənir. Biz əcnəbi sərmayəçilərə ideal əlverişli şərait yaratmışıq. Görünür, biz iqtisadiyyatımızın başqa sektorlarında da bu cür sınanmış yolla getməliyik.

- Azərbaycan müstəqillik qazandıqdan sonra neft sahəsini dirçəltməklə məşğul olmaq məcburiyyətində qalmışdır. Sovet hakimiyyətinin son iyirmi ilində Xəzərdə neft hasilatının inkişafına sərmayə, demək olar, ayrılmamışdır. Xəzər nefti əslində ikinci, bəlkə də, üçüncü sırada qalmışdı.

- Nəticədə də acınacaqlı vəziyyətə düşmüşdü. Siz haqlısınız, son iyirmi ildə buraya sərmayələr yönəldilməmişdir, çünki Sibirdə böyük ehtiyatlar aşkara çıxarılmışdı və orada nefti daha az məsrəflə çıxarmaq olardı. Belə bir şəraitdə praktiki olaraq Azərbaycanda neft sənayesinin inkişaf perspektivləri yox idi. Üstəlik, sahənin dirçəldilməsi və ya heç olmazsa o dövrdəki səviyyədə saxlanması üçün küllü miqdarda, milyardlarla dollar məbləğində vəsait tələb edilirdi. Ona görə də bizim üçün yeganə çıxış yolu beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq, onların vəsaitinin cəlb edilməsi oldu və biz məhz belə də etdik. Bu yolla biz Azərbaycana həm 5 milyard dolllar cəlb etdik, həm də Bakı-Supsa boru kəmərini çəkdik, Bakı-Novorossiysk boru kəmərini tam bərpa etdik. Bunlar heç də hamısı deyildir. Biz neft infrastrukturumuzu təzədən yaratdıq. Ona təxminən bir milyard dollar sərf olunmuşdur. Özü də bu, xarici şirkətlərin vəsaiti hesabına edilmişdir. Lakin bütün bunlar bizə və bizim ixtiyarımızda qalmışdır. Odur ki, xarici kapitalsız biz bu işləri hətta fiziki cəhətdən də görə bilməzdik. Bizim bu qədər vəsaitimiz yox idi.

- Dünya ekspertlərinin hesablamalarına görə, Xəzərdə karbohidrogen xammalının ehtiyatları dünyadakı ehtiyatların üçdə birinə bərabərdir. Bunlar səhih hesablamalardır?

- Bu gün üçün - bəli, səhihdir.

- Aydındır ki, dünya bazarında yeni neft oyunçusunun meydana gəlməsi rəqiblər üçün o qədər də xoş hadisə deyildir. Rusiya ilə Azərbaycan arasında neft işlərində yaranmış ziddiyyətlərin ağlabatan izahı varmı?

- Mən sizə belə deyəcəyəm: prinsipcə, Xəzərin ehtiyatlarının işlənilməsi baxımından hazırda Rusiya ilə Azərbaycan arasında ziddiyyətlər yoxdur. Bunlar var idi, 1994-cü ildə biz Xəzərin dərin hissəsindəki “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin işlənilməsinə dair birinci müqaviləni imzalayan kimi meydana gəlmişdi. O vaxt biz Rusiya tərəfindən belə müqavimətlə qarşılaşdıq, özü də mövqelər müxtəlif idi: Yanacaq və Energetika Nazirliyi bizi bu baxımdan dəstəkləyirdi; Xarici İşlər Nazirliyi etiraz edirdi; hökumət isə etiraz etmirdi. Başqa mövqelər də vardı, yəni biz, sanki, heç cür müəyyənləşdirə bilmirdik ki, nələr baş verir. Bu amillər Xəzər dənizinin statusunun müəyyənləşdirilməsində süni ziddiyyətlər doğururdu. Bu məsələ barəsində Azərbaycan ilə Rusiya arasında uzun müddət qarşılıqlı anlaşma olmadı. İndi bu anlaşılmazlıq aradan qaldırılmışdır. Hazırda Azərbaycan da, Rusiya da belə bir yekdil anlama gəlmişlər ki, hər bir ölkənin öz sektoru olmalıdır. Biz bunu lap əvvəldən deyirdik, amma onda biz tək idik. O vaxtlar nə Rusiya, nə Qazaxıstan, nə Türkmənistan, nə də İran bu mövqeyi dəstəkləyirdi. İndi isə bizim Rusiya ilə bu sahədə problemlərimiz yoxdur. Biz dəniz sərhədimizi müəyyənləşdirməyə dair danışıqlar aparırıq. Danışıqlar çox uğurla gedir və biz razılığa gələcəyik. Rusiya şirkətlərinin bizim layihələrdə iştirakı ilə əlaqədar da heç bir problem yoxdur. “LUKoyl” bir neçə konsorsiumda işləyir, - özü də çox uğurla işləyir, - və böyük mənfəət götürür.

- Bununla belə, Azərbaycan neftinin nəqli ilə bağlı məsələlərdə ziddiyyətlər aradan qaldırılmayıbdır...

- Bu məsələyə gəldikdə, biz həmişə demişik ki, onu siyasiləşdirmək istəmirik. “Bakı-Ceyhan” layihəsi çox böyük miqdarda olan neftimizin dünya bazarına yeganə çıxış yoludur. Mən 50 milyon ton neft hasilatından danışıram və onun dünya bazarına nəqlini Ceyhansız həyata keçirmək qeyri-mümkündür.

- İki mövcud boru kəməri: Bakı-Novorossiysk və Bakı-Supsa marşrutları bu həcmlərin öhdəsindən gələ bilmir?

- Xeyr gələ bilmir. Supsaya gedən boru kəməri 6 milyon ton neft üçün nəzərdə tutulmuşdur. Əlavə qurğular, məsələn, nasos stansiyaları qoyularsa, onun gücünü 10 milyon tona çatdırmaq olar. Novorossiyskə gedən boru kəməri də təqribən 6 milyon ton üçün nəzərdə tutulmuşdur və gücü 15 milyon tonadək artırıla bilər. Yəni bu, son həddir, bundan artığa imkan yoxdur. Odur ki, Aralıq dənizinə doğru əsas boru kəmərini çəkməsək, onda bütün planlarımız, sadəcə, sual altında qalacaqdır. Biz lap əvvəldən demişik, bu məsələ iqtisadi baxımdan həyati əhəmiyyətli məsələdir və onu qətiyyən siyasiləşdirmək olmaz. Həm də əsla digər boru kəmərlərinə qarşı qoymaq olmaz. Biz regionda müxtəlif istiqamətlərdə boru kəmərləri çəkilməsinə heç vaxt etiraz etməmişik və hesab etmişik və edirik ki, lazım bildiyimiz yerə boru kəməri çəkməyə haqqımız var.

- Sizcə, nə üçün Rusiya buna başqa cür baxır?

- Rusiya Bakı-Ceyhan boru kəmərini iqtisadi cəhətdən səmərəsiz hesab edir, biz isə başqa fikirdəyik. Ola bilsin ki, biz müxtəlif pulları, özü də müxtəlif cür sayırıq. Buna baxmayaraq, biz Rusiyanın rəsmi şəxslərinə də, “LUKoyl” şirkətinə də bir təkliflə dəfələrlə müraciət etmişik: biz istərdik ki, “LUKoyl” şirkəti bu boru kəmərinin iştirakçısı olsun.

- Siz nə üçün belə təkid edirsiniz?

- Onun üçün ki, bu, hadisələrin məntiqindən irəli gəlir. Onun üçün ki, Bakı-Ceyhan boru kəməri məhz Azər-Çıraq-Günəşli yataqlarına dair müqavilə ilə bağlı çəkilir. Bu müqavilədə “LUKoyl”un 10 faiz payı var, digərləri də müvafiq paylara malikdirlər. Həmin yataqlarda neft hasilatı üzrə konsorsiumun əslində bütün iştirakçıları Bakı-Ceyhan boru kəmərinin iştirakçıları olduğuna, “LUKoyl” isə olmadığına görə, əlbəttə, belə bir vəziyyət bizim üçün müəmmalı görünür.

- Siz hesab edirsinizmi ki, Rusiya şirkəti düz hərəkət etmir?

- Bilirsiniz ki, Azəri-Çıraq-Günəşli yataqlarının işlənilməsində və neft hasilatında “LUKoyl” da iştirak edir. Neft Bakı-Ceyhan boru kəməri ilə vahid axınla gedəcəkdir. Odur ki, bu halda neftin nəqlində elə həmin “Bi-Pi” ilə müqayisədə “LUKoyl” üçün daha pis iqtisadi şərait olacaqdır. Ona görə də bu, bir qədər məntiqsiz görünür. Ceyhana gedən boru kəmərinin iqtisadi baxımdan məqsədəuyğunluğu barədə müxtəlif rəylər ola bilər: kimsə hesab edə bilər ki, bu, məqsədəuyğun deyildir, bu, onun öz fikridir. Amma mən əminəm ki, bu, iqtisadi cəhətdən sərfəlidir. Biz hesablamışıq ki, bu boru kəmərinin maliyyələşdirilməsində iştirak edən şirkətlərin mənfəət norması onların öz kapitalı ilə borc alınan kapitalın nisbətindən asılı olaraq, 15 faizdən 25 faizədək olacaqdır. Bu layihənin maliyyələşdirilməsi ilə əlaqədar, əslində, problemlərimiz yoxdur, banklarla müvafiq iş aparılmışdır.

“Bi-Pi” , “Statoyl” kimi iri neft şirkətləri oraya pul qoyurlar. Onlar hər qəpiyin qədrini bilirlər və səmərəsiz layihəyə pul sərf etməzlər. Boru kəməri nefti Aralıq dənizinə çatdıracaqdır, oradan dünya bazarlarına çıxış isə Qara dənizdən çıxışla müqayisədə daha genişdir. Üstəlik, orada neftin nəqli və gəmilərə vurulması şəraiti də qat-qat sərfəlidir.

- Belə bir fikir var ki, böyük Bakı-Ceyhan kəmərinin rentabelliyi onun Azərbaycanın öz nefti ilə nə dərəcədə doldurulacağından asılı olacaqdır. Bəziləri hesab edirlər ki, ola bilsin, ehtiyatlar çatışmasın və Qazaxıstan neftini də buraya yönəltmək lazım gəlsin. Siz perspektivdə bu variantı nəzərdə tutursunuzmu?

- Əlbəttə, perspektivdə nəzərdə tuturuq. İndiki halda Tengiz yatağından neft Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə nəql edilir. Biz həmişə bunu əsas tutmuşuq ki, Bakı-Ceyhan boru kəməri ən əvvəl bizim özümüzə gərəkdir. Odur ki, onun tikintisi məsələsi hasilatın Azərbaycan Neft Şirkəti ilə xarici konsorsium arasında bölgüsü haqqında 1994-cü ildə imzalanan müqaviləyə daxil edilmişdir. O vaxt üçüncü tərəflərdən söhbət getmirdi. Hesab edirik ki, Azərbaycanın öz nefti kəmərin iqtisadi səmərəliliyi üçün bəs edəcəkdir. İndi “Çıraq” yatağında 6 milyon ton neft çıxarılır. “Azəri” yatağında qazma işləri aparılır, orada 2004-cü ildə - 2005-ci ilin əvvəllərində böyük hasilata - təxminən 20 milyon ton neft hasilatına başlanacaqdır, özü də bu, son hədd deyildir. Bundan sonra “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində qazma işlərinə başlanacaqdır. Bir sözlə, hasilat artacaqdır. Bütün hesablamalarımıza görə, 2007-2008-ci illərdə biz ildə 40-50 milyon ton səviyyəsinə çatacağıq ki, bu da Bakı-Ceyhan boru kəmərini tamamilə doldurmağa imkan verəcəkdir. Əgər Qazaxıstanın və bu ölkədə işləyən şirkətlərin öz neftini təklif etmək arzusu olarsa, biz bunu ancaq alqışlayacağıq.

 

- Böyük Bakı-Ceyhan kəmərinin işə salınması digər iki variantın - Supsa və Novorossiysk variantlarının artıq böyük rol oynamayacağına səbəb olmayacaqmı?

- Bu gün müəyyən proqnozlar vermək çətindir. Biz nə Supsadan, nə də Novorossiyskdən imtina etmək istərdik. Bizim həmişə alternativ yollarımız olmalıdır. Axı, Supsa boru kəmərinin inşası haqqında qərar da neftin Novorossiysk vasitəsilə nəqli şübhə altında qaldığı vaxtda meydana gəlmişdir. Çətinliklər olduqca çox idi, başa düşürdük ki, alternativlərimiz olmasa, bizim üçün iqtisadi cəhətdən də çox çətin olacaqdır. Nəhayət, Çeçenistan hadisələri ilə əlaqədar Bakı-Novorossiysk boru kəməri işləməyən vaxtlarda biz Supsa boru kəmərindən daha böyük həcmdə istifadə edirdik.

- İqtisadi məsələlər üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının bu yaxınlarda keçirilən iclasında tərəflər Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqlinin həcmini artırmaq haqqında hec cür razılığa gələ bilmədilər. İndiyədək ağlabatan bir izahat yoxdur. Bunun arxasında nə durur?

- Tarif siyasətini uyğunlaşdırmaq lazımdır. Supsa və Novorossiysk ilə əlaqədar müqayisə üçün iki rəqəm göstərə bilərəm - Novorossiysk marşrutu ilə nəql edilən neftin hər tonu bizə 15 dollar 60 sentə başa gəlir. Supsa vasitəsilə nəql olunan neftin hər tonu isə 2 dollar 70 sentə başa gəlir. Başqa sözlə desək, əgər 1 milyon ton nefti götürsək və bu tarifləri müqayisə etsək, onda görərik ki, hər milyon tonda təxminən 13 milyon dollar itiririk. Supsa vasitəsilə ancaq öz neftimizi, - o, artıq beynəlxalq kotirovkaya malikdir, “Azərilayt” adlanır və çox yüksək keyfiyyətlidir, - nəql etdiyimizə dair faktı da buraya əlavə etsək, görərik ki, o, Novorossiyskdə başqa neftlə qatışdırılır və belə qatışığın qiyməti aşağıdır. Ona görə də indi Azərbaycan Novorossiysk vasitəsilə 2,5 milyon ton neft nəql etdiyi vaxtda biz burada ildə təxminən 40-50 milyon dollar itiririk.

 

Biz neftin nəqlini dayandırmırıq, çünki istəyirik ki, Bakı-Novorossiysk boru kəməri işləsin. Axı, heç bir şirkət nefti özünün zərərinə olaraq nəql etməz. Təəssüf ki, biz bu məsələyə hələlik müsbət cavab tapmamışıq. Bizə deyirlər: gəlin, on il müddətinə müqavilə bağlayaq, onda biz tarifləri aşağı salarıq. Əgər Rusiya Bakı-Novorossiysk boru kəmərinin tam gücü ilə işləməsini istəyirsə, onda, əlbəttə, bu marşrutun iqtisadi cəhətdən rəqabətə tab gətirməsinə şərait olmalıdır. Biz başqa cür hərəkət edə bilmərik.

-Bir vaxtlar Azərbaycan cəmiyyətində çox yüksək ümidlər vardı: böyük həcmdə neft nəql etməyə başlayacağıq və ikinci Küveytə çevriləcəyik. Sizcə, bu yüksək ümidlər, vədlər mənfi rol oynamadımı? Axı, böyük məbləğdə pul birdən-birə gəlmir və problemlər azalmır. Siz böyük neftlə bağlı işdə belə psixoloji məqamı nəzərə alırsınızmı?

- Siz tamamilə haqlısınız. Ümidlər, həqiqətən, çox böyük idi. Indi insanlar vəziyyətə daha real baxmağa və anlamağa başlamışlar ki, möcüzə bir gündə, bir-iki ildə baş verə bilməz. Bununla belə, neft ölkə büdcəsinin artırılmasına real surətdə kömək edir. Deməli, əmək haqları da, pensiyalar da artır. Büdcəmiz 500 milyon dollardan artaraq, demək olar, bir milyard dollara çatmışdır. Ölkənin valyuta ehtiyatı 1 milyard dollardan artıqdır. Unutmaq olmaz ki, 1993-cü ildə Azərbaycan xəzinəsində yel vurub yengələr oynayırdı, pul deyilən şey yox idi.

- Bəs ölkənin valyuta ehtiyatında neftin payı nə qədərdir?

- Beş yüz milyon dollardan artıqdır. Ehtiyatın qalan hissəsini isə Milli Bankın yığımı təşkil edir. Indi Azərbaycanın beş və on il müddətinə hərtərfli iqtisadi inkişafına dair proqram hazırlanır. Yaxşılığa doğru dəyişikliklər baş verir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə də MDB-də birinci yerdədir. Ümumi daxili məhsul hər il təxminən 10 faiz artır. Bu gün Azərbaycan, büdcə gəlirlərindən savayı, konsorsiumla birlikdə neft satışı hesabına hər il 160-180 milyon dollar qazanır. 2005-ci ildən etibarən Neft Fondunun illik mədaxili 500 milyon dollar təşkil edəcəkdir ki, bu da indiki büdcənin yarısılna bərabərdir. 2008-ci ildə bu göstərici bir milyard dollar olacaqdır.

Bütün bunlar iqtisadiyyatı sağlamlaşdırmağa imkan verəcək - onda əmək haqqını da, müavinətləri də, pensiyaları da xeyli artırmaq, yeni müəssisələr, fabriklər yaratmaq da, öz bazarımızı yerli məhsullarla doldurmq da mümkün olacaqdır. Bütün bunlar planlarımıza daxildir, amma bundan ötrü, əlbəttə, vaxt lazımdır. Hesab edirəm ki, bizə bütün bunları həyata keçirməyə real olaraq 3-4 il gərəkdir.

- Siz rəhbər işçilərin yeni nəslinin nümayəndəsisiniz. Şübhəsiz, ölkənin necə inkişaf etməli olması, nə kimi optimal yollar seçilməsi barədə öz fikriniz var. Yeni Azərbaycanın inkişafının yeni strategiyasının hansısa əsasları mövucuddurmu?

- Zənnimcə, bu əsasların təməli qoyulmuşdur və bu strategiya artıq həyata keçirilir. 1980-ci illərin axırlarından 1990-cı illərin ortalarınadək Azərbaycan ağır sınaqlar dövrünü yaşamışdır. Dövlətimizin özünün varlığı şübhə altında idi. Qarabağda müharibə, ərazimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyon insanın öz doğma yerlərini tərk etmək məcburiyyətində qalması və qaçqın-köçkünə cevrilməsi, əlbəttə, onsuz da ağır olan iqtisadi vəziyyəti gərginləşdirmişdi. Hakimiyyət uğrunda daim mübarizə gedirdi, hakimiyyət hər il dəyişirdi, bir necə dəfə hərbi çevriliş cəhdi göstərilmişdi. Bütün bunlar Azərbaycanın, sadəcə olaraq, parcalanmasına doğru aparırdı. Üstəlik, müxtəlif bölgələrdə separatizm baş qaldırmışdı... Mən tam birmənalı şəkildə deyirəm: əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, yəqin ki, Azərbaycan, sadəcə olaraq, bir necə hissəyə parçalanardı və hər hansı digər ölkələrin - bir ölkənin deyil, bəlkə də bir neçə ölkənin əlavəsinə çevrilərdi. Ona görə də Azərbaycanın yeni tarixi məhz həmin dövrdən - vətəndaş müharibəsinə son qoyulduğu, silahlı quldur dəstələrinin tərkisilah edildiyi 1993-cü ildən başlanmışdır. 1994-cü ildə də, 1995-ci ildə də vəziyyət sadə deyildi.

Prezidentə qarşı terror aktları törətmək cəhdləri olmuşdur, 1996-cı ildə onun təyyarəsini raketlə vurmaq istəyirdilər. Həmin vaxtadək bizdə inflyasiya hər iı minlərlə faizlə, ÜDM-nin aşağı düşməsi onlarca faizlə ölçülürdü. Hər şey mənfiyə, mənfiyə, mənfiyə doğru gedirdi. Buna baxmayaraq, 1996-cı ildə daxili sabitləşmə başlandı, ictimai asayiş bərpa edildi, o vaxtdan bizdə artım başlandı. Bu, statistikadan çox yaxşı görünür: 1995-1996-cı illərdə bizdə vəziyyət sabitləşdi və 1997-ci ildən etibarən hər il sənaye istehsalı da, kənd təsərrüfatı da, neftə qoyulan sərmayələr də, ÜDM də artmağa başladı. Artıq 5-6 ildir ki, bizdə inflyasiya 1-2 faizdir. İnkişaf üçün yaxşı bünövrə qoyulmuşdur. Gələcəkdə bu bünövrəni, sadəcə olaraq, inkişaf etdirmək, möhkəmlətmək, yeni iş yerləri, yeni sənaye sahələri yaratmaq, indi hansı səbəblərdənsə işləməyən sahələri bərpa etmək, yeni-yeni bazarlara çıxmaq lazımdır - biz yalnız öz bazarımıza qapanıb qala bilmərik, bazarımız çox da geniş deyil, məhsularımız beynəlxalq bazara çıxmadan böyük uğurlara nail olmarıq. Əlbəttə ki, başlıcası, gələcək siyasətimizi neft amilinə əsaslanaraq qurmamalıyıq.

Prezidentimiz həmişə deyir: Azərbaycanın neft hasil etdiyini unutmaq lazımdır, onun böyük ehtiyatları, böyük perspektivləri var- bunu bir tərəfə qoyun. Bəli, bunu bizə təbiət vermişdir, amma biz gələcəyimizi bunun əsasında qura bilmərik, çünki bu, gec-tez tükənəcəkdir. Ciddi iqtisadi siyasət aparmadan, ciddi sənaye yaratmadan biz Azərbaycanın inkişafını təmin edə bilmərik. Bəli, Xəzərin sərvətləri hesabına 30 il ehtiyac hiss etmədən yaşaya bilərik, bu, mümkündür, bizdə hər şey nəzərə alınıbdır. Bəs sonra nə olacaqdır? İqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi - indi ön sıraya məhz bu çıxır.

- Sizi texnokratlar sırasına aid edirlər. Bu o deməkdir ki, məqsəd vasitələri doğruldur. Siz bu barədə nə düşünürsünüz?

- Hesab edirəm ki, bu, düzgün yanaşma deyildir. Bu cür yanaşma çox vaxt fəlakətli olur. Odur ki, məqsəd də nəcib olmalıdır, vasitələr də. İnsanlar hansısa məqsədlər naminə heç vaxt ləyaqətsiz hərəkət etməməlidirlər, elə hərəkət etməməlidirlər ki, sonra utanıb-qızarsınlar. Zənnimcə, insan üçün başlıcası budur ki, o, adamların da, öz övladlarının da gözlərinə dik baxa bilsin və öz əməllərinə görə heç vaxt xəcalət çəkməsin. Ona görə də mən daxilən belə şuarı qəbul etmirəm. Mən texnokratam? Bilmirəm, lakin hesab edirəm ki, mən realistəm. Reallıqları əsas tutmaq, onları, yaşadığın cəmiyyətin və dünyanın reallıqlarını qəbul etmək gərəkdir. Əgər hər hansı romantikaya qapılsan, onda, əvvəla, səhvlər edərsən, ikincisi isə, uğursuzluğa düçar olarsan. Real vəziyyətləri dəqiq müəyyənləşdirmək lazımdır və məsələnin həllinin ən yaxşı düzgün yolu səni məqsədə gətirib çıxaracaq yoldur. Çox vaxt bu yol uzun da ola bilər, elə görünə bilər ki, bunu daha da tez etmək olar, amma daha tez etmək heç də həmişə yaxşı deyildir. Ona görə də mən həmişə öz hərəkətlərimdə məhz realizmə, praqmatizmə əsaslanıram. Belə yanaşma məni hələlik pis vəziyyətdə qoymayıbdır.

- Siz Azərbaycanın baş neft şirkətinin birinci vitse-prezidentisiniz, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidentisiniz. Bu vəzifə də çox vaxt aparır. Bu, sizin üçün nədir - ictimai işdir? Həvəsdir? Yoxsa, hobbidir?

- Bilirsinizmi, 1997-ci ildə mənə Olimpiya Komitəsinə başçılıq etmək təklif olunduqda xeyli müddət düşündüm: razılaşım, yoxsa razılaşmayım? Sonra başa düşdüm ki, görünür, indiki mərhələdə belə məsuliyyəti öz üzərimə götürməliyəm. İdmanı qaldırmaq lazım idi. Yəqin, namizədliyimi irəli sürənlər mənim müəyyən imkanlarıma, bəlkə də ad-sanıma ümid bəsləyirdilər. Mən idmançılarımıza kömək etməyə, yardım göstərməyə bundan əvvəl də çalışırdım. Bu vəzifə mənə nüfuz naminə gərək deyildi. Olimpiya Komitəsinə bir məqsədlə - real olaraq bir iş görmək məqsədi ilə başçılıq etməyi qərara aldım. Deyəsən, bəzi məsələləri ilişib qaldığı nöqtədən çıxarıb irəlilətməyə müvəffəq olmuşam.

Fəaliyyət proqramı işləyib hazırlamışam. Qarşıma qoyulmuş vəzifələri yerinə yetirmək istəyirəm. Məşğələlər, yarışlarda çıxışlar üçün, məşqlər üçün şərait yaradılmasından ötrü, onların dünya standartlarına uyğun olmasından ötrü hər şey edəcəyəm. Azərbaycanda adətən güclü olmuş idman növlərinin dirçəldilməsinə fəal başlamışıq. Voleyboldakı uğurlar bizi sevindirir - qadın klub komandamız Avropa Kubokuna layiq görülmüşdür. Biz Sidney Olimpiadasında iki qızıl, bir bürünc medal qazanmışıq, komanda hesabında 200 ölkə arasında 34-cü yeri tutmuşuq. Bu, çox böyük nəticədir. Bütün bunlarla yanaşı, kütləvi idmanı dirçəltmək vacibdir. Ona görə də Azərbaycanın hər yerində idman mərkəzləri yaratmağa başlamışıq. Artıq Bakıda iki belə müasir idman kompleksi tikmişik, Naxçıvanda, Bərdədə, Şəkidə, Gəncədə, Lənkəranda idman komplekslərinin tikintisi başa çatmaqdadır, birini də Şirvan zonasında tikməyi planlaşdırırıq. Əlbəttə, bununla kifayətlənmək fikrində deyilik.

- Siz həm də parlamentdə ən iri partiyaya rəhbərlik edirsiniz. Yəqin ki, deputat işlərinə çox vaxt qalmır?

- Niyə? Axı, bir çox işlər bir-birilə bağlıdır. Deputat işi ilə məşğul olmaq mənə yük deyildir. Mən 1995-ci ildən parlamentin üzvüyəm, Bakı şəhərinin Qaradağ rayonundan seçilmişəm. Bu illər ərzində rayonun sakinləri ilə çox dostlaşmışam, bizim bir-birimizə qarşılıqlı hörmət və məhəbbətimiz var. Bir insan kimi mənə xoşdur ki, seçicilərim qarşısında öz borcumu yerinə yetirə bilmişəm. Rayonda sosial təyinatlı çoxlu obyekt yaradılmış, 50 mənzilli iki müasir yaşayış evi tikilmiş və Qarabağ müharibəsinin əlillərinə və şəhidlərin ailələrinə pulsuz verilmişdir. Mənim təşəbbüsümlə qaçqınlar üçün şəhərcik salınmışdır - burada 100-dən artıq ev, bir məktəb, tibb məntəqəsi və başqa obyektlər var. 2000-ci ildə mən parlamentə bizim Yeni Azərbaycan Partiyasından seçilmişəm, lakin qaradağlılarla əlaqələrimi kəsmirəm, onlarla tez-tez görüşürəm. Deputat kimi, mən həm də parlamentimizin Strasbuqrda Avropa Şurasındakı parlament nümayəndə heyətinin rəhbəriyəm. Ona görə də mənim, belə deyək, beş vəzifəm var - bunlar Neft Şirkəti, Milli Olimpiya Komitəsi, deputatlıq, Parlament Assambleyasıdır və Yeni Azərbaycan Partiyası sədrinin birinci müaviniyəm...

- Sizin beş yox, yeddi vəzifəniz var.

- Doğrudan?

- Siz həm oğul, həm də atasınız.

- Bəli, doğrudur - mən Heydər Əliyevin oğluyam. Yeri gəlmişkən, mənim oğlum da Heydər Əliyevdir.

- Siyasi baxışlarınızın formalaşmasına kim ən çox təsir göstərmişdir? Sizin üçün siyasətçi idealı kimdir?

- Əlbəttə ki, atam Heydər Əliyev. Mənim dünyagörüşüm, özü də təkcə siyasi baxışım deyil, həyata baxışım da onun təsiri altında formalaşıbdır. Mənim üçün o, həm siyasətçi, həm insan, həm də ata idealıdır. O olmasaydı, mən siyasətlə heç zaman məşğul olmazdım.

 

- İdmanda oyunun öz qaydaları var, siyasət haqqında isə deyirlər ki, bu, qaydalarsız oyundur. Siyasət qaydalarsız oyundur. Bununla razısınızmı?

- Təəssüf, siyasətdə çox vaxt elə olur ki, qaydalara riayət edilmir. Amma bu barədə fəlsəfi baxımdan daha çox düşünmək lazımdır. Biz hamımız insanıq və hamımız da bu dünyada yaşayırıq, ona görə də özümüzü ləyaqətlə aparmalıyıq. Kimsə kişiyə yaraşmayan bir iş görürsə, o, siyasətçi olsa da, olmasa da, fərqi yoxdur, istənilən halda bu, ona başucalığı gətirməz. Biz heç zaman unutmamalıyıq: həyatımızın mahiyyəti-məğzi özünü ləyaqətlə aparmaqdır. Mən həyatda həmişə bunu əsas tuturam. Ona görə də istərdim ki, siyasətçilər müəyyən qaydalara riayət etsinlər, qarşılıqlı hörmət olsun. Əfsuslar olsun ki, artıq bu, haqqında danışdığımız realizm sahəsinə deyil, romantika sahəsinə aiddir.

Bir çox müşahidəçilərin diqqəti sizə dikilmişdir. Bütün başqa işlərinizdən daha çox siyasi karyeranızı izləyirlər. Cürbəcür proqnozlar verilir: Azərbaycanda siyasi vəziyyət necə inkişaf edəcək?

- Mən belə hesab edirəm ki, Azərbaycanın uğurlu, təhlükəsiz inkişafının ən mühüm amili indi aparılan siyasətdir. Əks təqdirdə ölkə fəalkətlə üzləşə bilər. Heydər Əliyevin siyasəti illərlə və on illərlə davam etdirilməlidir. Bu, əsas tezisdir. Şəxsən mənə gəldikdə isə, bu, artıq ikinci dərəcəli məsələdir, o, əsas tezis deyildir.

- Siz belə bir söz demisiniz: “Heydər Əliyevin əsl varisi mənim oğlum - ailəmizin ən kiçik üzvü Heydər Əliyevdir”.

- Bəli.

- İndi onun neçə yaşı var?

- Dörd yaş yarım, yayda beş yaşı olacaq.

- Ona çoxmu vaxt ayırırsınız?

- Çalışıram ki, mümkün qədər çox vaxt ayıram. Oğlan uşağı üçün atasının onun yanında təsadüfdən təsadüfə yox, tez-tez olması çox vacibdir. İşdən gec gəlsəm də, mən onunla məşğul oluram, söhbət edirik. İndi onun fikri, zikri kompüter oyunlarıdır. Bir yerdə oynayırıq. Məni udanda çox sevinir. Lakin həmişə uşağa bilərəkdən uduzmaq da olmaz axı, bəzən mən də uduram. Onda çox narazı qalır.

- Axşamlar bir yerə yığışanda Heydər Əliyeviçlə ciddi problemlər barədə tez-tezmi söhbət edirsiniz?

- Çalışıram ki, evdə atamla hər gün görüşüm. Axşamlar biz siyasətdən uzaq məsələlər, ailə məsələləri barədə söhbət edirik. Hər hansı bir siyasi məsələ qaldırmırım. Elə əvvəllər də heç belə məsələlər qaldırmamışam, heç vaxt bu məsələyə qarışmağa cəhd göstərməmişəm. Atam nə etmək, necə etmək, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilir.

- Deyilənlərə görə, babası kiçik nəvəsini çox sevir?

- Atam nəvələrinin hamısını sevir. O, çox yaxşı, müstəsna babadır və həmişə, demək olar ki, hər gün telefonla nəvələri ilə danışır, nəvələri onun yanına gəlir, söhbət edirlər, onlar barədə hər şeydən xəbərdardır.

- Neçə nəvəsi var?

- Altı. Mənim üç, bacımın da üç uşağı var. Lakin qalan uşaqların hamısı böyükdürlər, kiçik Heydər Əliyevə isə ən çox diqqət yetirən babasıdır. O, hər gün babasını işə yola salır, adətimiz üzrə onun arxasinca su atır. Bu, onun vəzifəsidir, bununla çox fəxr edir.

- Deməli yola salır, sonra qarşılayır?

- Yola salır və qarşılayır.

- Siz beş xarici dil bilirsiniz? Siz bu dilləri təkmilləşdirməyə, onları unutmamağa nail ola bilirsinizmi?

- Təəssüf ki, fransız dili yadımdan çıxır. Bu dildən çox az istifadə edirəm. İnstitutu bitirən vaxtdan işlətməmişəm.

- Fransız dili birinci dil idi?

-İkinci.

Indi bu dil məndə məişət səviyyəsindədir. Strasburqda, Fransada olanda, əlbəttə, bu dildə danışıram, lakin onu mükəmməl bildiyimi deyə bilmərəm. Yalnız kağızsız və düzgün çıxış edə bildiyin təqdirdə demək olar ki, o dili yaxşı bilirsən.

- Bəs rus dili?

- Rus dilini mükəmməl bilirəm.

- Biz bunu hiss etdik. (Ümumi gülüş) Bəs oğlunuz Heydər rusca danışa bilirmi?

- Bəli, rusca da, azərbaycanca da. Bizim ailədə hamı uşaq yaşından iki dil bilir.

- Siz Rusiyanı yaxşı tanıyır, rus xarakterini yaxşı bilirsiniz. Necə bilirsiniz, xalqlarımızı bir-birindən ayıra biləcək səbəb varmı?

- Xeyr, heç bir səbəb yoxdur. Mehriban münasibətlərimiz var: burada yaşamış və indi də yaşayan ruslar da həmişə özümüzünkülər olmuşlar, mən də uzun müddət Moskvada yaşayanda heç vaxt milliyətimə görə özümə qarşı mənfi münasibət hiss etməmişəm. Bu gün də Rusiyada çoxlu azərbaycanlı yaşayır və özlərini çox yaxşı hiss edirlər, əks təqdirdə orada yaşamazdılar. Bizi bir-birmizdən küsdürə biləcək heç bir səbəb görmürəm.

- Vaxtilə siz Türkiyədə, Rusiyada bizneslə məşğul olmusunuz.

- Bəli.

- Müstəqil surətdə bizneslə məşğul olmaq üçün darıxmırsınız ki, yoxsa bu artıq keçilmiş mərhələdir, daha sizin üçün maraqlı deyildir?

- Zənnimcə, müəyyən dərəcədə keçilmiş mərhələdir. Uzun müddət darıxdım və düzünü deyim ki, öz işimlə məşğul olduğum həmin dövrü uzun müddət xatırladım. Bu, çox maraqlı, çox rahat iş idi, mən özümə, ailəmə məxsus idim.

- Hər şey alınırdı?

- Bəli.

- Nə ilə məşğul olurdunuz?

- Moskvada pal-paltar tikən fabrikim var idi. Sonra treydinqlə məşğul oldum. İşim yaxşı gedirdi, həyatımdan çox razı idim: nə vaxt və nə istəsəm edirdim. İndi mənim həyatım tamamilə başqa cürdür. Məsələn, bu gün bulvarda gəzmək və yaxud ailəmlə bir yerə çıxmaq mənim üçün çox da asan deyildir.

- Moskvada bundan asandır? Orada tez-tez olursunuz? Moskva üçün darıxırsınızmı?

- Bəli, Moskvada asandır. Orada keçirdiyim günlər üçün, ən çox da gənclik illərim üçün darıxıram. Axı, mən 15 yaşında ikən Moskvaya oxumağa getmişdim. Yeri gəlmişkən, məni məktəbə də vaxtından tez, 5 yaşından qoymuşdular. Moskvada 1992-ci ilədək yaşadım... Orada çoxlu dostlarım qalıb - onlar gəlirlər, mən Moskvaya gedirəm. Həmin günlərdən çox gözəl xatirələr qalb.

-Sizin dünyanın ən böyük xadimləri ilə- Klintonla, Mitteranla, Şirakla, Kolla, Bleyerlə və başqaları ilə şəxsi görüşləriniz olmuşdur. Onlardan hansı biri sizdə parlaq təssürat buraxmışdır? Yadınızda daha çox nə qalmışdır və diqqətinizi ən çox nə cəlb etmişdir?

- Onlardan kimisə fərqləndirməyə çətinlik çəkirəm. Bəlkə, ABŞ prezidenti Buş, mən onunla hələ prezident olmayanda görüşmüşdüm. O zaman Texas ştatının qubernatoru idi. Yaxşı təəssürat buraxdı, çox sadə, ünsiyətcil adamdır.

- Hər hansı bir sevimli məşğuliyyətiniz varmı?

- Siz deyən xobbim yoxdur.

- Bəs idman?

- İdman - bəli, lakin o, xobbi deyildir.

- İdmanla məşğul ola bilirsinizmi?

- Bəli.

- Hansı növlə?

- Mən uşaqlıqdan üzgüçülüklə məşğul olmuşam və indi də, heç olmazsa, həftədə bir neçə dəfə üzməyə, qaçmağa çalışıram.

- Bakı, ilk növbədə, neft demək olsa da, taleyinizin nə zamansa neftlə bağalanacağını təsəvvürünüzə gətirirdinizmi?

- Heç vaxt fikirləşməmişəm, heç ağlıma da gəlməyib.

- Bəs bu, necə baş verdi?

- Prezident məni yanına çağırdı və dedi: bu işlə məşğul olmaq lazımdır, bu, ölkə üçün çox vacibdir. Atamın sözü mənim üçün qanundur. O deyirsə, deməli, lazımdır.

- Yeni peşəni mənimsəmək çətin olmadı?

- Açığını deyim ki, yox. Mən o vaxtlar da, indi də şirkətin daha çox xarici iqtisadi fəaliyyətiilə məşğul olmuşam və oluram. Bunun üçün xüsusi bilik tələb olunmur. Əsas məsələ o idi ki, bütün müqavilələrdə Azərbaycanın mənafeləri qorunsun. Həyat həmişə yeni problemlər və vəzifələr irəli sürür. Mənə Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri ilə də məşğul olmaq lazım gəlmişdir. Sonra yeni müqavilələr meydana çıxdı, daha sonra isə Bakı-Ceyhan... Zənnimcə, Bakı-Ceyhan layihəsini məntiqi sonluğa catdırandan, Bakı-Ərzurum qaz kəmərini çəkəndən sonra neft şirkətindəki vəzifəmi tamamilə yerinə yetirilmiş hesab edəcəyəm. Hərçənd, gələcək həyatımın necə olacağı mənə bəlli deyildir, lakin bu fikirlərlə təsəlli tapıram. Yaşayarıq, görərik.

- Hər bir iş insanın həyatında müəyyən iz buraxır və onun təsəvvürlərinə təsir göstərir. İş və həyat təcrübənizə istinadən nə deyə bilərsiniz?

- Əvvəla, işdən qorxmaq lazım deyildir. Ümumiyyətlə isə, çox işləyəndə, onun nəticəsini tezliklə görürsən. Mənim iş təcrübəm, həmkarlarımın çoxunun iş təcrübəsi yalnız bunu deyir: biz hər şeyə müvəffəq olacağıq.

Qayaz Alimov,

Oleq Sıqanov

Şəkil sözləri

Bu yataqlar özünü hələ göstərəcək

Azərbaycan nefti bu neft kəmərləri ilə artıq nəql edilir

DEVİD VUDVORD:

HASİLAT İLDƏ 100 MİLYON TONA ÇATA

BİLƏR

Xəzər dənizinin Azərbaycan sektorunun işlənilməsində onlarca xarici şirkət iştirak edir. Birinci müqavilə üzrə hələ 1994-cü ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti \ABƏŞ\ yaradılmışdır. İngiltərənin “Britiş Petroleum” şirkəti ABƏŞ çərçivəsində idarəedici şirkət oldu. BP-nin Azərbaycandakı başçısı, ABƏŞ-in prezidenti Devid VUDVORD “İzvestiya” qəzetinə verdiyi müsahibədə Xəzər dənizində neft-qaz layihələrinin perspektivləri haqqında danışmışdır.

- Digər neft şirkətləri və Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığın səviyyəsindən razısınızmı?

- Deməliyəm ki, bütün iştirakçılar arasında çox yaxşı münasibətlər yaranmışdır. Bu illər ərzində biz meydana çıxan problemləri qısa müddətdə həll etməyin metodologiyasını işləyib hazırlamışıq.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlıq bir-birinə yüksək etimad və inamla fərqlənir. Bütün bunlar ötən il Azəri-Çıraq-Günəşli \AÇG\ yataqlarının genişmiqyaslı işlənilməsinin birinci fazasını təsdiq etməyə imkan verdi. Bu il isə ikinci fazanı təsdiqləmək fikrindəyik.

“Britiş Petroleum” bu il öz tərəfdaşları ilə birlikdə Bakı-Ceyhan boru kəmərinin tikintisini və “Şahdəniz” qaz yatağının işlənilməsi layihəsini də dəstəkləyəcəkdir. Bu iri layihələr, irimiqyaslı investisiyalar bir daha sübut edir ki, biz birlikdə uğurla böyük biznes yaradırıq.

- Proqnozlar barədə. Neft hasilatının həcmi və real ümidlər. Sizin hesablamalar bu barədə nə deyir?

- AÇG-nin işlənilməsi planına uyğun olaraq, biz artıq 2008-2010-cu illərdə gündə 1milyon barrel, yəni ildə 50 milyon ton neft hasil etmək fikrindəyik. “Şahdəniz” qaz-kondensat yatağından həmin müddət ərzində ildə 9 milyard kubmetr qaz hasil etməyi nəzərdə tutmuşuq.

Belə güman etməyə əsas vardır ki, 2010-2020-ci illərdə Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatı gündə 1,5-2 milyon barrelə, yəni ildə 75-100 milyon tona çatacaqdır.

- Bakı-Ceyhan neft kəmərinin tikintisini kommersiya baxımından doğrultmaq üçün bu həcm kifayətdirmi?

- Biz AÇG neft yataqlarının ehtiyatlarına çox əmin olduğumuzdan belə hesab edirik ki, Bakı-Ceyhan boru kəməri kommersiya baxımından özünü doğruldur. Biz həmin kəmərin tikintisinə bu il başlamaq və onu 2004-cü ilin axırında istifadəyə vermək niyyətindəyik.

Siz, yəqin etiraf edərsiniz ki, “Britiş Petroleum” uğurlu kommersiya təssərrüfatı subyekti, kommersiya təşkilatıdır. Əgər biz bu boru kəmərinin kommersiya baxımından əlverişliliyinə əmin olmasaydıq, onun tikintisinə bu qədər vəsait qoymazdıq.

- Cənab Vudvord, bəzi şirkətlərin Azərbaycan neft layihələrindən çıxmasını necə izah edə bilərsiniz?

- Kommersiya baxımından sərfəli neft layihələrində iştirakdan şirkətlərin çıxması faktları mənə məlum deyildir. Hər yerdə olduğu kimi, yeni neft-qaz hövzəsinin ilkin inkişaf mərhələlərində məyusluq halları olur. Bu mənada bəzi şirkətlər və biz özümüz belə vəziyyətlə rastlaşmışıq, lakin bunun heç bir əhəmiyyəti yoxdur.

- Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməməsi işə mane olurmu?

- Xəzər dənizinin statusunun müəyyənləşdirilməsinə dair danışıqlar bizim regionda həyata keçirdiyimiz əsas layihələrə heç bir təsir göstərmir. Sözsüz ki, həm Azərbaycanda, həm də digər sahilyanı zonalarda perspektivli sahələr vardır. Onların bəziləri hələlik mübahisəli zonalardadır. Biz sahilyanı dövlətlərin Xəzər dənizinin sektorlara bölünməsinə yönəldilmiş hər bir səyini alqışlayardıq. Bu, hamı üçün əlverişli ola bilərdi, Xəzər dənizi ehtiyatlarının tezliklə və səmərəli surətdə işlənilməsinə təkan verərdi.

- Rusiya və Qazaxıstanla əməkdaşlığa nə dərəcədə əhəmiyyət verirsiniz?

- Mənə elə gəlir ki, Azərbaycan Respublikasının, Rusiyanın və Qazaxıstanın Xəzər dənizindəki sektorlarının sərhədlərini öz aralarında razılaşdırması müsbət addımdır və bu, bütövlükdə Xəzərin statusunun müəyyənləşdirilməsi probleminin həllinə gətirib çıxarmalıdır.

Bugünkü layihələrimizə gəldikdə isə, biz ilkin neftimizin bir hissəsini böyük uğurla Şimal marşrutu - “Transneft” sistemi ilə Novorossisyk limanına nəql etmişik. “LUKoyl” şirkətinin timsalında bizim çox yaxşı tərəfdaşımız vardır və o, AÇG üzrə konsorsiumumuzun tərkibindədir. Biz bu şirkətin iştirakından çox razıyıq.

Qazaxıstan. İndiki mərhələdə bu ölkənin bugünkü layihələrimizdə iştirakı ilə əlaqədar bilavasitə işgüzar əlaqələrimiz yoxdur. Hərçənd, Qazaxıstanda fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlər, o cümlədən İtaliyanın ENİ, Amerikanın “Şevron”, “Teksako” və digər şirkətləri hazırda Bakı-Ceyhan boru kəmərinin tikintisi layihəsinə qoşulmaq üçün bizimlə danışıqlar aparırlar. ENİ şirkəti, əslində, bu layihədə iştirak etməyə razılığını vermişdir.

Belə nəticəyə gəlmək olar ki, Qazaxıstan nefti gələcəkdə hansısa mərhələdə Xəzər dənizi, sonra isə Bakı-Ceyhan boru kəməri vasitəsilə beynəlxalq bazarlara nəql edilə bilər, lakin boru kəməri layihəsinin kommersiya uğuru və reallığı daşınacaq Qazaxıstan neftinin həcmindən heç cür asılı deyildir.

Nəqliyyat yolunun əsas variantı, hər halda, Bakı-Ceyhan variantı qalacaqdır?

Həqiqətən, indiki mərhələdə bütün səylərimiz bu layihənin həyata keçirilməsinə yönəldilmişdir. Mən əminəm ki, yaxın bir neçə ay ərzində bu neft kəmərinin tikintisinə başlanması elan olunacaqdır.

- Siz layihəyə siyasi don geyindirilməsi fikrini tamamilə rədd edirsinizmi?

- Əvvəl dediyim kimi, ilkin vəzifə ondan ibarətdir ki, nəzərdə tutulmuş layihələr səhmdarlarımızın iqtisadi mənafelərinə cavab versin. Əlbəttə, üç ölkənin dövlət sərhədlərini keçəcək belə irimiqyaslı layihənin həyata keçirilməsi həmin dövlətlərin siyasi cəhətdən də dəstəklənməsini tələb edir. Bundan əlavə, bizim üçün Rusiya, ABŞ kimi dövlətlərin və Avropa ölkələrinin dəstəyi də vacibdir.

Biz onların bu dəstəyini alqışlayırıq. Lakin bizi, ilk növbədə, layihələrin kommersiya tərəfləri maraqlandırır. Yəni, bizim məqsədimiz təkcə öz səhmdarlarımız üçün deyil, həm də fəaliyyət göstərdiyimiz tranzit ölkələr üzün pul qazanmaqdır.

“İzvestiya” qəzeti,

25 aprel 2002-ci il

“Biz mənfəət götürmək üçün işləyirik.

Pulu havaya sovurmuruq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində “Slavyan yazısı və mədəniyyəti günü” qeyd edilib

Zaqatalada 44 yaşlı qadın qətlə yetirilib

Azərbaycan Prezidenti: “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir

Prezident: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik

Prezident İlham Əliyev: Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin legitim maraqlarını və narahatlıqlarını müdafiə edib

Türk Dövlətləri Təşkilatı 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına

Yığmanın məşqçisi: Vətənə medalla dönmək qürurverici hissdir

Budapeştdə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycanın dörd idmançısı Batumidə keçirilən turnirin qalibi olub

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib

Səfir: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin və bütün region üçün mühüm mərhələdir

Laçında 32 ildən sonra keçirilən futbol yarışının qalibi müəyyən olub

Autizmli şəxslər üçün sosial xidmətlərin Malta modeli ilə tanışlıq səfəri olub

Azərbaycan diplomatları Cümhuriyyətin qurucularının Fransadakı məzarlarını ziyarət ediblər

Nizami Kino Mərkəzində “Qarabağın cizgiləri” adlı sərgi açılıb

28 May - Müstəqillik Günü Bişkekdə qeyd olunub

Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər VİDEO

Bakı İlahiyyat Kollecinin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur

Vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə diqqət yetirilir

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Çin Yeni Kaledoniyadan 18 vətəndaşını təxliyə edib

Azərbaycanın yeniyetmə rəssamlarının əsərləri Koreya Respublikasında sərgidə nümayiş olunur

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Pxenyan: Hərbi kəşfiyyat peykinin buraxılışı uğursuz olub

Kür çayı Tovuz rayonunda da fəsadlar törədib FOTO VİDEO

® ABB səhmdarlarına 185 000 000 manat dividend ödəyəcək!

Türkiyədə şəhid Məmmədağa Səfərovun adını daşıyan məktəbdə ona həsr olunan guşə açılıb

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2022-ci il 16 avqust tarixli 5/19 saylı Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”ın təsdiq edilməsi barədə Mərkəzi Seçki Komissiyasının 2015-ci il 15 may tarixli 9/79 saylı Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasında 2024-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 2 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Naxçıvanda Dövlət Proqramının icrasının təşkili məqsədilə İşçi Qrupu yaradılıb

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinə sədrlik Türkiyəyə keçib

Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

BDU rektoru Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VII Baş Assambleyasında çıxış edib

Olimpiya Təsnifat turniri: Azərbaycan boksçusu ilk görüşündə qələbə qazanıb

Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən seminarda iştirak edir

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 134-cü kitabı çapdan çıxıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı qanunvericilik təkmilləşdirilir

® Bakıda “Yango” şirkətinin tərəfdaşı olan “Yes Park” taksi parkının açılışı olub

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Milli Məclisin komitə iclasında 2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər müzakirə edilib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Lvovun qubernatoru: Naxçıvanla ikitərəfli əməkdaşlığı intensivləşdirməkdə maraqlıyıq - MÜSAHİBƏ VİDEO

Cari ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb

69 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq

“Qəbələ” baş məşqçisi ilə 3 illik yeni müqavilə imzalayıb

Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edəcək

® “Kapital Bank”ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb

“Azərbaycanın milli dövlətçilik tarixində Cümhuriyyətin yeri” - dəyirmi masa

“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində 1311 nəfər iştirak hüququ qazanıb

Cümhuriyyət generalımızın həyatı: Göyçayda doğulub, müharibədə vuruşub, nazir müavini işləyib, Lvovda dərs deyib VİDEO

TÜRKPA-nın komissiya iclasında üzv ölkələrdə tibbi tullantılarla bağlı məsələlər müzakirə olunub

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Mingəçevirdə iclası keçirilib

Azərbaycan Cüdo Federasiyasında dünya çempionları ilə görüş olub

ABAD-çı rəssam: Artıq ölkə daxilində deyil, həm də xaricdən sifarişlər alıram MÜSAHİBƏ

Dövlət Məşğulluq Agentliyinin rəhbər heyəti Bakı Mühəndislik Universitetində olub

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən

Azərbaycan və Serbiyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib

Qubada “İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub FOTO VİDEO

“Omar Kuboku” uğrunda konkur yarışları keçirilib

MEK kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir

Bakıda uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb VİDEO

Millinin sabiq futbolçusu: “Neftçi”nin avrokuboklardan kənarda qalması dünyanın sonu deyil

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Müstəqillik Günü qeyd edilib

Nərimanov rayonunda 10 kiloqram narkotik vasitə, 1 “Kalaşnikov” və 62 soyuq silah aşkarlanıb VİDEO

DİM: Qabiliyyət imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

“Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bakıda keçiriləcək “Translogistica Caspian” sərgisinin proqramı açıqlanıb

Alimlər hansı geyim rənginin ağcaqanadları cəlb etdiyini açıqlayıblar

Dünya çempionatlarında ən çox qol vurmuş futbolçular bəlli olub

“Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizi ilə marafon təşkil edilib

Azərbaycanın əsas su anbarlarında ötən illə müqayisədə 4 milyard kubmetr artıq su toplanıb - EKSKLÜZİV

Milli Xalça Muzeyində 28 May – Müstəqillik Günü qeyd olunub

Şəkərabad-Babək şəhər-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda təmir-bərpa işləri aparılır VİDEO

Nigeriyada məscid çöküb: üç nəfər ölüb, yeddi nəfər yaralanıb

Əmək qanunvericiliyinə dair ixtisasartırma kursuna start verilib

Toğrul Əsgərov: Güləşçilərimiz Bakıda daha çox medal qazana bilərdilər

Əlahiddə Ümumqoşun Orduda növbəti gizir və buraxılış mərasimi keçirilib VİDEO

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Keçmiş məcburi köçkünlərin məşğulluq və Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

İspaniya və Ukrayna təhlükəsizlik haqqında müqavilə imzalayıb

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinə sədrlik edəcək

“BDU qocaman müəllimlərin gözü ilə” - professor İzzət Rüstəmovla görüş

ATMU-da Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyi qeyd edilib

MSK sədrinin müavini: Bu il irimiqyaslı fəaliyyətlər həyata keçirilib

Qobustan və Şamaxı rayon sakinlərinin təkliflərinə baxılacaq

Şagirdlər Bakı Ali Neft Məktəbində olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi “Smartnatıon” platforması ilə əməkdaşlıq memorandumu imzalayıb