SİYASƏT
Yağmur Əhməd Güldərə: Zəfər paradı birliyimizi və qardaşlığımızı bir daha göstərdi
Kiyev, 11 dekabr, AZƏRTAC
Bakıda keçirilən Zəfər paradı Azərbaycan və Türkiyənin birlikdə nələr edə biləcəklərini hər kəsə göstərdi.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə söyləyib.
Səfirin sözlərinə görə, Azərbaycan və Türkiyə bütün məsələlərdə ortaq mövqedən çıxış edirlər. Zəfər paradında bütün dünyanın Azərbaycanın gücünü gördüyünü deyən səfir vurğulayıb ki, Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən dəstək verib, bütün imkanları ilə azərbaycanlı can qardaşlarının yanında olub.
“Azərbaycan dekabrın 10-da tarixi bir günü yaşadı. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak ediblər. Bu, bir daha bizim birliyimizi və qardaşlığımızı göstərir”, - deyə Yağmur Əhməd Güldərə əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev