DÜNYA
YALTADA BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLƏCƏK
Avqustun 14-16-da Yaltada “MDB ölkələri arasında azad ticarət zonasının yaradılması və optimal fəaliyyət göstərməsi mexanizmi” mövzusunda beynəlxalq simpozium keçirilməsi nəzərdə tutulur. AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, simpoziumun Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Nikolay Azarov forumda iştirak etmək üçün bir sıra beynəlxalq təşkilatlara və regional birliklərə, o cümlədən Azərbaycanın da üzv olduğu GUÖAM dövlətlərinə, Dünya Ticarət Təşkilatına, Avrasiya İqtisadi Birliyinə, Avropa ölkələrinə dəvət göndərmişdir. Simpoziumda MDB məkanında azad ticarət zonası yaradılmasının və fəaliyyət göstərməsinin hüquqi mexanizmi, ilkin şərtləri və nəticələri ilə bağlı məsələlər müzakirə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [19:51]
Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib
- 17.05.2024 [19:37]
Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır
- 17.05.2024 [18:02]
Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər
- 17.05.2024 [17:19]
CAR-da çökən binada xilasetmə işləri yekunlaşır
- 17.05.2024 [16:49]
Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur
- 17.05.2024 [16:22]