Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yaşıl bağın "qırmızı" ağacları

Bakı, 5 iyun, Süleyman Qaradağlı, AZƏRTAC

Təbii aləmi mühafizə etmədən, ətraf mühiti qorumadan, flora və faunanın qayğısını çəkmədən cəmiyyətin sağlamlığına nail olmaq, insanların həyat və fəaliyyəti üçün əlverişli ekoloji şərait yaratmaq mümkünsüzdür. Meşə zolaqları, ağac və bitki örtüyünü əbəs yerə təbiətin “yaşıl ciyəri” adlandırmırlar və onlar ekologiya və ətraf mühitin qorunmasında müstəsna əhəmiyyət kəsb edir. AZƏRTAC-ın müxbiri Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Tofiq Məmmədovla bu barədə söhbət edib. 

Azərbaycanda “Qırmızı kitaba” düşən 188 bitki var

-Tofiq müəllim, ekologiyanın qorunmasında yaşıllıqların rolunu necə dəyərləndirərdiniz?

-Statistik məlumatlara görə, son vaxtlar iqlim dəyişikliyi, genefondun dağılması, bioloji müxtəlifliyin pozulması az qala nüvə müharibəsi qədər böyük qlobal təhlükə yaradır. Əslində hər şeyin mənbəyi olan torpağa lazım olan mikroelementlər də canlı bir orqanizm kimi qəbul edilməlidir. İqtisadiyyat və sənayenin yüksək sürətlə inkişafı, bir sıra təhlükəli nüvə sınaqları ekoloji vəziyyətə və ətraf mühitin çirklənməsinə olduqca mənfi təsir göstərir. İndi bir sıra xəstəliklərin cavanlaşması, kütləviləşməsi və geniş yayılması da ətraf mühitdə yaranan həmin çirklənmənin nəticəsidir. Ölkənin meşə fondu və təbii bitkilərlə zəngin olan ərazilər ətraf mühitin mühafizəsində aparıcı rol oynayır. Kurortların, müalicəxanaların, istirahət mərkəzlərinin yaşıllıqlar ətrafında təşkil edilməsi heç də təsadüfi deyil. Azərbaycanın coğrafi mühiti, relyefi, iqlimi və torpaq xüsusiyyətləri Cənubi Qafqazda onun liderlik etməsinə səbəb olub. Ötən əsrin ortalarında Azərbaycanda florasında 4225 növ, onlardan 342-si ağac və kol bitkisi olduğu qeydiyyata alınıb. Bu gün ölkəmizin florasında olan 1146 növ ağac və kol bitkisi mövcuddur. Lakin bununla yanaşı təbiətimizdə nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin sayı kifayət qədər çoxdur. 1974-cü ildə ölkəmizdə olan həmin ağac və kol bitkilərinin sayı 20, 1984-cü ildə 24, 1989-cu ildə 40 növ olduğu göstərilib. Apardığımız tədqiqatlar göstərir ki, bu gün Azərbaycanda nadir ağacların, nəsli kəsilməkdə olan bitki və kolların sayı 188-dir. Bu, təxminən yarım əsri əhatə edən dövr ərzində dörd dəfədən çox artım deməkdir. Əlbəttə ki, bu çox böyük bir təhlükədir. Azərbaycan florasında “Qırmızı kitab”a düşən 300 növ bitki varsa bu, onların da yarıdan çoxunun nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalması deməkdir. Onların sırasına Hirkan şümşadı, dəmirağac, Azad ağacı, palıdın və vələsin bir neçə növü, ağcaqayın, gülçiçəklilər fəsiləsindən bir neçə bitki növü də daxildir.

Təbii meşələrin azalması çox böyük narahatlıq doğurur

-Nəsli kəsilməkdə olan bitkilərin qorunması üçün hansı tədbirlər görülür?

-2005-ci ildən başlayaraq bitki örtüyünün qorunması, mühafizəsi ilə əlaqədar dövlət səviyyəsində bir sıra qərar və qanunlar qəbul olunub. Lakin antropogen amillər yenə də çox böyük risk altındadır. Vaxtilə ölkə ərazisinin 11 faizini meşə fondu təşkil edirdi, indi yeni meşə fondları yaradılsa da, təbii meşə fondu azalaraq 8 faiz həddinə düşüb. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bunun başlıca səbəblərindən biri yeni kompleks və istirahət mərkəzlərinin xeyli bir qismi meşənin ortasında və ya yaşıllıqların məhv edilməsi hesabına tikilməsidir. Belə olanda həmin ərazilərdə kilometrlərlə ərazi antropogen amillərin təsiri altına düşür.

Nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin bərpası, yeni bitki növlərinin yaradılması sahəsində işlər aparılmalıdır. Biz dendrofloranın həm təbii, həm də mədəni təhlilini aparır, ölkəmizin iqlim şəraitinə uyğun olan yeni bitki növlərinin artırılmasına çalışırıq. İnstitutumuzun gənc doktorantları dekorativ bəzək bitkisi olan maqnoliyanın 7 növünün çoxaldılması sahəsində tədqiqatlar aparırlar. Bundan başqa 40-a yaxın yeni bitki növünün çoxaldılması üzərində işləyirik. Abşeron yarımadasında sezalpiniya, seratoniya, palıdın bir növü və digər bitkilərdən ibarət təbii meşələr salmaq mümkündür. İnstitutumuz bu sahədə xeyli imkanlara malikdir. Bizdə landşaft memarlığı ilə məşğul olan çox yaxşı mütəxəssislər var. Parkların yaşıllıq təsərrüfatının müasir tələblərə uyğun qurulması, bəzək-bağçılıq sahəsində çoxlu maraqlı təkliflər verə bilərik, yerli şəraiti nəzərə alaraq yeni yaşıllıq zonaları yaratmaq olar, lakin təəssüf ki, bu sahədə yerli mütəxəssislərin imkanlarından lazımınca istifadə olunmur.

Dendrarinin bitki aləmi

-Dendrarinin bitki aləmi barədə nə deyə bilərsiniz?

-Hazırda institutda 3 şöbə və 8 laboratoriya fəaliyyət göstərir. Florada təbii, mədəni və yeni introduksiya edilmiş ağac-kol bitkilərinin biomüxtəlifliyi, bərpası, qorunub saxlanılması üçün elmi-tədqiqat işləri aparılır. Mərdəkan dendrarisində dünyanın müxtəlif ölkələrindən gətirilən ağac və bitki növləri introduksiya olunur. Dendrarinin ərazisində Aralıq dənizi ölkələrindən 260-dan, Avstraliya və Yeni Zelandiyadan 110-dan çox, Qafqazdan 430, Şərqi Asiyadan 180, Orta Asiya florasından 120-dən çox ağac və kol növləri becərilir. Su hovuzlarının ətrafında 240 növdən çox rütubətsevən bitki toplanılıb. Bundan başqa tibbi botanika və fitoterapiya laboratoriyasının nəzdindəki kolleksiya sahəsində 375, efir yağlı bitkilər kolleksiyasında isə 120 növ bitki var. Dendraridə ətraflı öyrənilən dərman bitkiləri arasında mərsin, qızılgül, lavanda, yovşanın müxtəlif növ və sortları, o cümlədən pişiknanəsi cinsinə məxsus 25 növ və sortlar becərilir. Hər il ölkəmizin ayrı-ayrı bölgələrinə səfərlər təşkil edilərək həmin regionda bitən bitki növləri dendrariyə gətirilir. İndi kolleksiya sahəsində sədokimilər, dodaqçiçəklilər, mərsinkimilər, mürəkkəbçiçəklilər, gülçiçəklilər, ətirşahkimilər və s. fəsiləsinə məxsus yabanı bitki növləri də becərilir.

-Dendraridəki fond oranjereyası da çox böyük maraq doğurur...

-Həmin oranjereya 20 il əvvəl yaradılıb və bir növ tropik və subtropik bitkilərin canlı muzeyidir və burada bitkilərin bioloji müxtəlifliyi və sənayedə istifadəsi elmi əsaslarla öyrənilir. Oranjereyadakı canlı kolleksiyalar əməkdaşlıq yolu ilə dünyanın müxtəlif ölkələrindəki botanika bağları və dendrologiyalardan gətirilib. Təxminən 900 kvadratmetr ərazidə yerləşən 275 növdən çox istiliksevən bitkilər böyük elmi və estetik əhəmiyyətə malikdir. Sahilyanı və su bitkilərinin ekspozisiyası oranjereyanı daha da zənginləşdirir. Həmin kolleksiyada yetişdirilən 100 növ bitki Beynəlxalq Qırmızı Kitaba salınıb.

Saray qəsəbəsində yeni park salınacaq

-Son vaxtlar institutda yaşıllıqların qorunması sahəsində hansı işlər görülür?

-Abşeron yarımadasının Saray qəsəbəsində institutumuza 2 hektar yeni ərazi ayrılıb. Həmin ərazidə bitkiləri yeni introduksiya etmək, habelə ölkəmizin yaşıllaşdırılmasında indiyədək istifadə edilməyən növlərdən ibarət kompozisiya qurmaq istəyirik. Bundan ötəri son vaxtlar 35 növ toxum növü gətirmişik. Bizi daha çox Aralıq dənizi ölkələrindən bitki növləri mübadilə etməyə üstünlük veririk. Həmin ölkələrdən gətirilən bitki növləri Abşeron yarımadasının iqlim şəraitinə Mərkəzi Avropa ölkələrinə nisbətən daha yaxşı öyrəşir. İtaliya, İspaniya və Misirdən gətirilən bitki növləri iqlim şəraitinə daha tez uyğunlaşır. Maraqlıdır ki, ərazicə yaxın olmağımıza baxmayaq, qonşu Gürcüstandan gətirilən bitki növləri Braziliyadan gətirilən növlərə nisbətən torpağımızın iqlim şəraitinə daha çətin öyrəşir. Ona görə də həmin bitkiləri gətirəndə həmin ərazinin iqlim şəraiti, nisbi rütubəti və digər xüsusiyyətləri arasında oxşarlıq tapilmayanda onların becərilməsindən imtina edirik. Məsələn, Türkiyənin cənub ərazilərindən gətirilən bitkilər Abşeron yarımadasında yetişdirilsə də, şimal hissəsindən gətirilənlər bitmir. Həmçinin 15-dən artıq ölkədən Azərbaycan faunasında geniş yayılmış palıd, şam və digər ağac növlərinin toxumlarını introduksiya etmək üçün bizə müraciət edib. Bu cür mübadilə proqramları beynəlxalq sahədə qəbul edilmiş qaydalardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib