ELM VƏ TƏHSİL
“YAŞLILARIN TƏHSİLİ” LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
Almaniya Xalq Universitetləri Birliyinin Əməkdaşlıq İnstitutu tərəfindən Azərbaycanda “Yaşlıların təhsili” adlanan layihə həyata keçirilməkdədir. Layihə yaşlıların təhsil və ixtisas səviyyəsini artırmağı, onların yeni ixtisaslara yiyələnməsini reallaşdırmağı nəzərdə tutur. Həyata keçiriləcək tədbirlər nəticəsində yaşlıların əldə edəcəyi bilik onların gələcəkdə iş ilə təmin olunması, yeni ixtisas tələb edən sahələrdə işləməsi üçün böyük imkanlar yaratmış olacaqdır. Eyni zamanda bu layihə yaşlıların həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün onların maarifləndirilməsini də nəzərdə tutur. Bundan başqa, layihə çərçivəsində sentyabrın 12-13-də Bakıda “Yaşlıların təhsili” mövzusunda keçiriləcək konfransda yaşlıların təhsilinin müasir vəziyyəti, bu sahədə başqa ölkələrin təcrübəsi, yaşlıların təhsilində mövcud problemlər və onların aradan qaldırılması məsələləri müzakirə olunacaqdır.