İQTİSADİYYAT
Yeddi ayda sənaye məhsulunun 28,6 faizi emal sektorunda istehsal olunub
Bakı, 11 avqust, AZƏRTAC
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-iyul aylarında 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sənaye məhsulunun 28,6 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, tütün məmulatlarının istehsalı 10,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,8 dəfə, geyim istehsalı 9,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 28,5 faiz artıb. İçkilərin istehsalı 12,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 75,4 faiz azalıb.