SİYASƏT
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı qadınlar şurasının konfransı keçirilmişdir
Ağcabədi, 25 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı qadınlar şurasının konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda təşkilatın qadınlar şurasının sədri Naibə Mustafayeva məruzə ilə çıxış edərək şuranın ötən konfransdan keçən dövr ərzindəki fəaliyyətindən, həyata keçirilən tədbirlərdən danışmışdır.
Məruzə ətrafında çıxış edən təşkilatın qadınlar şurasının üzvü Solmaz Rəhimova, Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının müəllimi Qərənfil Rzayeva, rayon icra hakimiyyəti başçısının müavini Leyla Əsgərova və başqaları ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətindən, qadınların cəmiyyətdə yeri və rolundan, rayonun ictimai, siyasi, təhsil, səhiyyə, mədəniyyət sahələrindəki fəaliyyətindən bəhs etmişlər.
Konfransda, həmçinin Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]