Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yeni dünya nizamı: ziddiyyətlərdən dialoqa keçid mümkündürmü?

Yeni dünya nizamı: ziddiyyətlərdən dialoqa keçid mümkündürmü?

Bakı, 22 iyun, AZƏRTAC

Ekspertlər müasir dünyanın aktual geosiyasi problemlərini geniş təhlil edirlər. Onların sırasında qlobal dünya nizamının hazırkı vəziyyəti və gələcəyi aspekti geniş yer tutur. Rusiya mətbuatında təcrübəli diplomat və tanınmış analitik İqor İvanovun həmin mövzuda geniş məqaləsi dərc edilib. Yazıda müasir geosiyasi nəzəriyyə və praktiki siyasi fəaliyyət üçün də əhəmiyyətli olan tezislər ifadə edilib. Onların təhlili indiki dünya nizamının durumu və yeni vəziyyətə keçidin əsas məqamları barədə daha dolğun təsəvvürlər əldə etməyə imkan yaradar. Bu səbəbdən biz məqalənin başlıca tezislərini dünya siyasətinin dinamikası kontekstində təhlil etməyə ehtiyac gördük.

Böhran: qlobal geosiyasətin əsas problemi

Artıq bir neçə ildir ki, mütəxəssislər dünya nizamının böhran vəziyyətindən bəhs edirlər. Son dövrlərdə isə bu müddəa analizlərdə aksiom kimi qəbul edilir. Əvəzində, yeni dünya nizamı ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Maraqlıdır ki, hələlik məsələnin bu tərəfi ilə əlaqəli konkret fikir mövcud deyil. Fərqli ölkələrin mütəxəssisləri fərqli ssenarilərdən və obrazlardan danışırlar.

Məsələn, Amerika analitikləri yeni dünya nizamında ABŞ-ın liderliyini bəşəriyyətin xilası kimi təqdim edirlər. Onların mövqeyinə görə, dünya yeni nizama faktiki olaraq liberalizmin tam qələbəsi ilə keçə bilər. Dəqiqləşdirsək, görərik ki, burada söhbət dünya nizamının ancaq liberal dəyərlər üzərində formalaşa biləcəyindən gedir.

Bununla yanaşı, başqa böyük dövlətlərdə çalışan analitiklər fərqli ssenarilərə üstünlük verirlər. Deyək ki, rusiyalı və ya çinli mütəxəssis üçün dünyanın yeni nizamı fərqli məzmun və quruluşa malikdir. Həmin modellərdə yeni dünya nizamında Rusiya-Çin tandeminin həlledici rol oynaya biləcəyi tezisi üstünlük təşkil edir. Yəni Qərb analitiklərinin proqnozlarının əksinə olaraq, dünyanın plüralistik obrazının perspektivli olduğu fikri irəli sürülür. Bu baxımdan Rusiyanın keçmiş xarici işlər naziri, hazırda Rusiya Beynəlxalq Məsələlər Şurasının (РСМД) prezidenti İqor İvanovun yeni məqaləsi maraq doğurur (bax: Игорь Иванов. Сломать алгоритм истории. Россия, Китай и новый миропорядок / "Российская газета", 9 iyun 2018).

Məqalədə iddia edilir ki, beynəlxalq münasibətlər sistemi bütövlükdə tənəzzüldədir. Geosiyasi ziddiyyətlər daha da kəskinləşir. Böyük dövlətlərin konstruktiv qarşılıqlı əlaqədə olmaq şansları getdikcə azalır. Bu, ənənəvi təhlükələrə yeni təhdidlərin əlavə olunması fonunda baş verir. Kiberməkandakı qarşıdurmaya, terrorizmə, kütləvi qırğın silahlarına nəzarətin əldən çıxması ehtimalının artmasına, qanunsuz miqrasiyaya iqtisadi müharibələr də əlavə olunub. Sonuncu “ ... kövrək dünya nizamına olan növbəti təhlükəli zərbədir” (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, reallıqda dünyanın böyük dövlətləri mövcud geosiyasi böhrandan xilas yolu axtarmaq əvəzinə onu daha da dərinləşdirirlər. Problemin düşündürücü tərəfi də elə məhz bununla bağlıdır. Sual olunur: əgər doğrudan da qlobal miqyasda geosiyasi vəziyyət çox həssas bir nöqtəyə çatıbsa, hansı səbəblərdən ənənəvi təhlükələrə yenilərini də əlavə edirlər? Sual ritorik olmayıb, əksinə, lider dövlətlərin siyasətinin məzmun və məqsədi ilə birbaşa bağlıdır. Məhz bu aspektdə böyük dövlətlərin öz maraqlarını təmin etmək naminə ən təhlükəli addımları belə atdıqlarını demək mümkündür. Bu da beynəlxalq hüquq və münasibətlər sistemi qaydalarının tapdalanması hesabına baş verə bilər ki, elə həmin tendensiyanı da müşahidə edirik.

Ancaq İ.İvanov hesab edir ki, bu cür gərgin və qeyri-müəyyən mərhələdə Rusiya və Çin beynəlxalq əhəmiyyətli, strateji xarakterli və XXI əsrin tələblərinə cavab verən əməkdaşlıq modeli yaradırlar (bax: əvvəlki mənbəyə). Bəs bu tezisi təsdiq edən hansı faktlar mövcuddur? Maraqlıdır ki, məqalədə məsələnin bu tərəfi açıq saxlanır. Çünki iddia edilir ki, Rusiya-Çin münasibətlərinin konkret məzmunu qlobal siyasətdə önə çıxacaq məqamlardan asılı olacaq. Burada bir məntiqi ziddiyyət var.

Çünki bir tərəfdən Rusiya və Çinin yeni dünya nizamının yaranmasında həlledici rol oynayacaqları əsas fikir kimi ortaya atılır, digər tərəfdən isə onlar arasında əməkdaşlığın məzmunu qlobal dünya siyasətində önə çıxacaq faktorlarla əlaqələndirilir. Əgər həmin faktorlar məlum deyilsə, nəyə görə Rusiya-Çin münasibətləri yeni nizamın arxitekturasında həlledici rol oynayacaq? Qeyri-müəyyən bir gələcək obrazında hazırda qeyri-müəyyən olan münasibətlər sistemi necə konkret rol oynaya bilər?

Xilaskarlar, yoxsa yenə xüsusi maraqlar: cavabsız sual

Görünür, burada məntiqi bağlantıdan çox müəllifin görmək istədiyi münasibətlərdən danışmaq daha doğru olardı. Ola bilər, çünki əsas məqsəd dünyanın gələcəyini xilas etməkdən ibarətdir və İqor İvanov Rusiya-Çin münasibətlərinin məhz bu cür pozitiv rol oynamalı olduğunu düşünürsə, bu, özlüyündə əhəmiyyətlidir. Sirr deyil ki, Rusiya və Çin hazırda dünya siyasətinə ciddi təsir edə bilən güclərdir. Bu səbəbdən də yaranacaq şərtlər hər iki ölkənin imkanlarını artıra, yaxud azalda bilər. Xarici riskləri azalda və ya artıra bilər. Bu kontekstdə proseslərin " ... təkamülü Moskva və Pekinin aksent və prioritetlərinə, o cümlədən ikitərəfli əlaqələrinə ciddi təsir edəcək" (bax: əvvəlki mənbəyə).

Buradan məntiqi olaraq alınır ki, hələlik çoxparametrli və qeyri-müəyyən vəziyyət mövcuddur. Hətta Rusiya və Çin burada tənzimləyici rol oynaya bilməzlər. Ancaq əlverişli şərtlər daxilində onlar müsbət rol yerinə yetirə bilərlər. Bu tezisi qəbul etməklə yanaşı, başqa vacib faktoru da vurğulamaq gərəkdir. Biz ABŞ və Avropanın böyük dövlətlərinin fəaliyyətini nəzərdə tuturuq. Xüsusilə Amerika gözlənilməz manevrləri ilə dünya siyasətinin gündəmini çox dəyişdirir. Gözlənilməz amillər meydana çıxır. Bu proses sürətlə gedir. ABŞ-Şimali Koreya danışıqları, İranla imzalanan nüvə sazişindən imtina, ABŞ-Çin ticarət müharibəsinin başlaması, Fələstin problemi, Suriyada vəziyyətin kəskin dəyişməsi kimi məsələlər bu qəbildəndir. Çətin ki, bu kimi təsirli dəyişikliklərin baş verdiyi bir şəraitdə Rusiya və Çinin əməkdaşlığı vəziyyəti kardinal surətdə dəyişməyə qadir olsun.

Təsadüfi deyil ki, dünya siyasətinin Yalta sistemi dağıdılıb, lakin onun yerində yeni heç nə qurulmayıb. "Və bu gün dünya getdikcə daha sürətlə xaosa yuvarlanır ki, bu da yalnız ayrı-ayrı dövlətlərə və ya regionlara deyil, bütün beynəlxalq birliyə təhlükədir" (bax: əvvəlki mənbəyə). Məsələnin bu cür qoyuluşu tamam fərqli mənzərə yaradır.

Məsələ ondadır ki, tarixdə bəşəriyyətin bir dünya düzənindən digərinə keçidi həmişə yeni istehsal texnologiyalarının ifrat çoxalması ilə bağlı olub. Həm də bu keçidin katalizatorları müharibə və inqilablar olub. Hazırda yeni texnologiyaların kritik miqdarı toplanıb və ənənəyə görə, hansısa müharibə və ya inqilabla bəşəriyyət yeni nizamlı vəziyyətə keçə bilər. Ancaq burada təhlükəli məqam ondan ibarətdir ki, indiki müharibələr bütövlükdə dünyanı məhv edə bilər. Yəni dünya yeni nizama keçməz, məhvə düçar olar. Məhz bu baxımdan “dünya tarixinin dayanıqlı alqoritmini sındırmaq çox vacibdir” ki, bəşəriyyətin yeni inkişaf mərhələsinə keçməsi qlobal kataklizm olmadan baş versin (bax: əvvəlki mənbəyə).

Etiraf edək ki, bu məqam həqiqətən bütün dünya üçün prinsipial əhəmiyyət daşıyır. Artıq ənənə halını almış qlobal keçid mexanizmi yeni məzmun kəsb etməlidir. Onun əsas əlaməti də dinc yolla dəyişməklə bağlıdır. Bu, baş verməsə, bütün dünyanı fəlakət gözləyir. Çünki hazırda dünyada elə sayda və gücdə silahlar mövcuddur ki, Yer kürəsini bir neçə dəfə məhv etməyə kifayət edər.

Bununla yanaşı, problemin çətin tərəfi ondan ibarətdir ki, bu cür mexanizmləri hazırlaya biləcək böyük dövlətlərin özləri onun formalaşmasına ciddi əngəllər törədirlər. Yəni onlar bilə-bilə dünyanı köhnə mexanizmin məngənəsində saxlayırlar. İ.İvanov bu bağlılıqda vurğulayır: "Bir neçə səbəb üzündən dünya siyasətinin ənənəvi mərkəzləri hazırkı şərtlər daxilində yeni dünya nizamının formalaşmasında aparıcı rol oynamaq iqtidarında deyillər" (bax: əvvəlki mənbəyə). Onların hər birinin özünəməxsus çətinlikləri vardır.

Qarşı tərəf: kəsişən və kəsişməyən məqamlar

Məsələn, ABŞ dərin daxili siyasi parçalanma mərhələsini yaşayır. Bunun nə zaman başa çatacağını heç kəs dəqiq deyə bilməz. Buna uyğun olaraq, yaxın gələcəkdə Vaşinqtondan hansısa uzunmüddətli, ölçülü-biçili və ardıcıl xarici siyasət gözləmək sadəlövhlük olardı.

Avropa İttifaqı fundamental daxili böhranla mübarizə aparır. Buraya struktur, maliyyə-iqtisadi, siyasi və dəyər böhranı daxildir. Bunlar Brüsselə yeni dünya nizamını formalaşdırmağa diqqət yönəltməyə imkan verməyəcək. Dünya siyasətinin digər aparıcı oyunçuları üçün də özünəməxsus çətinliklər vardır. Bu aspektdə Rusiya və Çinin digər güc mərkəzləri önündə öz üstünlükləri mövcuddur. İ.İvanov fikrini təsdiq etmək üçün bir neçə arqument gətirir.

Birincisi, Rusiya və Çin cəmiyyətləri siyasi olaraq konsolidasiyalıdır və dünyanın vacib problemlərinə münasibətdə vahid mövqedədirlər. Bunu Çində Kommunist Partiyasının son qurultayı, Rusiyada isə son prezident seçkisi göstərdi.

İkincisi, Rusiya və Çin siyasəti strateji planlaşdırma əsasında illər və hətta onilliklər öncədən planlaşdıra bilərlər. Qərb demokratları üçün isə uzunmüddətli planlaşdırma əlçatmazdır. Onlar situativ qərarlar qəbul etməyə meyillidirlər.

Üçüncüsü, Rusiya və Çin arasında əhatəli və hərtərəfli əməkdaşlıq təcrübəsi toplanıb. Onları "yeni tip iki supergücün münasibətlərinin" formalaşması kimi ifadə etmək olar (bax: əvvəlki mənbəyə). İ.İvanov hesab edir ki, bu, daha geniş çoxtərəfli format üçün də yararlıdır. Məsələn, son 20 ildə Moskva və Çin israrla, əminliklə və ədalətli olaraq "çoxqütblü dünya" ideyasını inkişaf etdirirlər. Bununla yanaşı, həmin ideyanın "çoxqütblü dünya"nın qurulması üçün bütöv konsepsiya halına salınması istiqamətində çox işlər görmək lazımdır. Lakin bu işi sürətlə həyata keçirmək lazımdır, çünki beynəlxalq münasibətlərin yenidən qurulması müddəti getdikcə daha da azalır - meydana yeni-yeni problemlər çıxır.

Əslində, Moskva ilə Pekin qlobal siyasət üçün əhəmiyyəti olan bir neçə layihə reallaşdırıblar. Bu sırada məqalə müəllifi Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT), BRİKS-i, Avrasiya İqtisadi İttifaqını (Aİİ) nümunə kimi göstərir. Bu kimi qurumlar yeni beynəlxalq strukturun elementləri ola bilərlər. Bunlarla yanaşı, Rusiya və Çin "qlobal idarəetməni bərpa edə, BMT-də və digər beynəlxalq institutlarda islahatlar apara, beynəlxalq hüququ yeniləşdirə bilər, qloballaşmaya və qarşılıqlı asılılığa yeni anlam verə bilərlər" (bax: əvvəlki mənbəyə).

Sonuncu ciddi tezisdir. Çünki Rusiya və Çinin dünyanın yeni düzəninin əsas elementləri ilə yanaşı, onların qarşılıqlı münasibətlərinin məzmununu da müəyyənləşdirə biləcəkləri vurğulanır. Bu isə özlüyündə iki böyük dövlətin dünya liderliyini birgə həyata keçirə biləcəyi fikridir. Belə bir ideyanın təsadüfən ortaya atılmadığını düşünmək olar. Məsələnin digər tərəfi Amerikanın Çin siyasəti ilə bağlıdır.

Belə ki, Vaşinqton özü üçün ən böyük əngəlin Çin olduğunu açıq bəyan edib. Eyni zamanda, ABŞ Rusiya ilə Çin arasında uçurum yaratmağa çalışır. Bunun üçün digər vasitələrlə yanaşı, ticarət müharibəsindən də yararlanmağa cəhd edir. Son zamanlar isə Amerika ilə Çin arasında ticarət müharibəsinin başladığı haqqında informasiyalar yayılır. Bütün bunları təbii ki, Moskva diqqətlə izləyir və Pekinə Vaşinqtona qarşı birgə dura biləcəkləri mesajını verir.

Bunun nə dərəcədə real nəticələr verəcəyi məlum deyil. Çünki Rusiya ilə Çin arasında kifayət qədər fikir ayrılıqları vardır. Bu barədə hər iki ölkənin analitikləri yazırlar. Deyək ki, Mərkəzi Asiya regionunda Moskva-Pekin qarşıdurması getdikcə dərinləşir. Bundan başqa, Çin Rusiyanı Avrasiyada maliyyə-ticarət sferalarında sıxışdırır. "Yeni İpək Yolu" layihəsini elə şaxələndirir ki, Rusiya üstün mövqe tuta bilmir, o, sadəcə, 63 əsas iştirakçı dövlətlərdən biridir. Bunlarla yanaşı, Çin Rusiya üçün Yaxın Şərqdə və Afrikada əsas rəqiblərdən biridir.

Açıq müzakirə: dialoqa aparan yol

Bütün bunlar iki dövlətin qlobal idarəetməni necə bərpa edə biləcəkləri sualını meydana çıxarır. Bundan başqa, kim təminat verə bilər ki, Rusiya-Çin tandemi ABŞ-dan daha ədalətli olacaq? Bəs dünyanın sürətlə inkişaf edən digər dövlətləri, məsələn, Hindistan və ya Braziliyanın bu prosesdə yeri harada olacaq? Bu kimi sualların cavabları yoxdur və vurğulanan mövqedən baxdıqda, onların nə zamansa olacağı da məlum deyil.

Lakin İqor İvanov bir məqamda tam haqlıdır ki, Rusiya və Çin arasında açıq danışıqların zamanıdır. Yalnız səmimi dialoq vasitəsilə mövcud olan anlaşılmazlıqları və fikir ayrılıqlarını aradan qaldırmaq olar. Həm də bu, ona görə vacibdir ki, "dünya bifurkasiya nöqtəsinə tam yaxınlaşıb ki, bundan sonra ya qlobal idarəetmənin yeni səviyyədə bərpası, ya da dünyanın anarxiya və xaosa sürətli yuvarlanması gəlir" (bax: əvvəlki mənbəyə).

Məsələnin bu tərəfi həm nəzəri, həm də siyasi-praktiki aspektlərdə çox maraqlıdır. Belə ki, müasir geosiyasi nəzəriyyələrdə bəşəriyyətin seçim zonasında hansı kursu seçməli olduğu müəyyən deyil. Ümumiyyətlə, bunu nə zamansa dəqiqləşdirmək imkansız görünür, çünki dünya sisteminin böhran zonasında edə biləcəyi seçim çoxlu sayda faktordan asılıdır. Burada yalnız ehtimalən bir neçə mümkün ssenaridən danışmaq olar. Həmin ssenariləri öncədən təxmin etmək mümkündür. Lakin dünya onlardan yalnız birini seçə bilər. O "biri"nin hansı olacağını isə öncədən müəyyən etmək hələlik imkan xaricindədir.

Bu cür vəziyyətdən çıxış yolu, təbii ki, dialoqla bağlı ola bilər. Böyük dövlətlər səmimi dialoq aparmaqla mövcud vəziyyəti düzgün qiymətləndirib, birgə xilas yolu tapa bilərlər. Bu baxımdan, Rusiya-Çin münasibətlərinin açıq danışıqlar müstəvisinə gətirilməsi, ümumilikdə dünyanın xeyrinə olardı. Bu ideyanın praktiki reallaşması isə ayrıca problemdir.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya-Çin münasibətləri müasir dünyada strateji balans və sabitliyin təminatında əhəmiyyətli yer tutur. İki dövlətin başçılarının qarşılıqlı səfərləri və regional təşkilatlar çərçivəsində apardıqları müzakirələr həmin baxımdan son dərəcə vacibdir.

Hər bir halda, yuxarıda vurğulanan məqamlar Rusiya-Çin münasibətlərinin dünya siyasətinin məzmununa necə təsir etdiyi barədə müəyyən təsəvvür yarada bilirmi? Qlobal geosiyasət bu münasibətlər prizmasından necə görünür?

Bizcə, məqalədə iki əsas tezis yer alıb. Birincisi, dünya nizamı hazırda kəskin böhran içindədir və seçim etməlidir. Ancaq hələlik bəşəriyyət hansı yolu seçməli olduğunu dərk edə bilməyib. İkincisi, Rusiya-Çin münasibətləri dünyanın yeni nizama keçidində həlledici rol oynaya bilər. Bunun üçün potensial var, lakin qarşıda çox işlər dayanır. Bu işlərin öhdəsindən ancaq açıq müzakirələr vasitəsilə gəlmək olar.

Digər tərəfdən, Qərb dövlətlərinin geosiyasi məqsədləri də nəzərə alınmalıdır. Çünki onlar dünya siyasətinə daha çox təsir edirlər. Təkcə ABŞ olduqca böyük təsiretmə mexanizmlərinə malikdir. Hazırda müşahidə edilən proseslər də onu göstərir ki, Vaşinqtonun razılığı olmadan beynəlxalq münasibətlər sistemində real dəyişiklik etmək imkansızdır. Bu səbəbdən Rusiya-Çin tandeminin Amerikanın maraqlarını nə dərəcədə nəzərə almaq iqtidarında olduğu məlum deyil.

Bunlar onu ifadə edir ki, əslində, Rusiya-Çin cütlüyündən geosiyasi kontekstdə danışanlar daha çox onun Amerikaya qarşı dura bilmək aspektini nəzərdə tuturlar. Yəni, istər-istəməz bu iki dövlətin hansı səviyyədə ABŞ-ın geosiyasi planlarını dəyişə bilməsi məsələsi ön plana çıxır. Hətta bir sıra analitiklər Çinin real olaraq yeni dünya nizamı yaratmaq və ya beynəlxalq münasibətlərdə yeni qayda formalaşdırmaq niyyətinin olmadığını iddia edirlər.

Onlar sübut kimi Çinin hazırkı dünya nizamına töhfələr verdiyini göstərirlər. Pekinin istədiyi özünə qarşı ədaləti təmin etməkdir, maraqlarının gözlənməsi və daha geniş tərkibdə geosiyasi qərarların alınması mexanizminin tətbiqidir. Yəni, faktiki olaraq, Pekin Qərbin İkinci Dünya müharibəsindən sonra formalaşdırdığı geosiyasi münasibətlər çərçivəsində fəaliyyət göstərir. Buradan da belə nəticə alınır ki, Çin dünya nizamını yeniləmək üçün deyil, onun daha ədalətli qaydada təkmilləşdirilməsi tərəfdarıdır.

Bu mülahizələr kontekstində Rusiya-Çin əməkdaşlığını Amerikaya alternativ kimi göstərməyin arxasında başqa məqamların dayandığı hiss olunur. Görünür, burada elə məqamlar vardır ki, məhdud dairələrdən başqa kimsənin xəbəri yoxdur. Buna baxmayaraq, bütövlükdə vəziyyətin qeyri-müəyyən saxlanması qlobal təhlükəsizliyə ciddi təhdidlər və risklər meydana gətirə bilər. Xüsusilə terror və separatizm dünyanı daha dərin qatlarda parçalaya bilər. Bu neqativ tendensiyanın qarşısını almaq olduqca vacibdir.

Bütün bunlar məqalədə qaldırılan məsələlərin dünya siyasəti üçün əhəmiyyət kəsb etdiyini göstərir. Onların həlli aktuallığını saxlayır. Qlobal dünya nizamının böhranının daha da kəskinləşməsi ciddi fəlakətlərə səbəb ola bilər. Çıxış yolları isə birgə axtarılmalıdır. Bu məqam avtomatik olaraq beynəlxalq təşkilatların fəaliyyətinin müasir mərhələdə son dərəcə böyük aktuallıq kəsb etdiyini təsdiqləyir. O cümlədən BMT-də geniş islahatlar aparılmalıdır. Çünki beynəlxalq miqyasda müzakirələr geniş və səmərəli aparılmasa, real nəticə əldə etmək mümkün olmayacaq.

Maraqlıdır ki, hələlik böyük dövlətlər arasında məhz bu məsələ daha çox müzakirə olunanlar sırasında deyil. Əksinə, o, epizodik olaraq qeyd edilir və unudulur. Hansı səbəblərdən beynəlxalq təşkilatlarda islahatların aparılması dünya siyasətinin bir nömrəli məsələsi səviyyəsinə qaldırılmır, başadüşülən deyil. Dünya isə sürətlə daha dərin böhrana düçar olur. Onu dayandırmaq yox, bütövlükdə qlobal proseslərə yeni təfəkkürlə yanaşmaq lazım gəlir. Bu təfəkkürün əsas əlaməti isə dialoq olmalıdır. Obrazlı desək, indi dünyanı ancaq dialoq xilas edə bilər!

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib