RƏSMİ XRONİKA
“YEVLAX TV”-NİN VERİLİŞLƏRİ ƏTRAF BÖLGƏLƏRƏ DƏ YAYIMLANACAQDIR
Oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Yevlax TV”-nin binasının təməlqoyma mərasimi keçirilmişdir.
Regional televiziya kanallarının yaradılması proqramına əsasən fəaliyyətə başlayacaq “Yevlax TV-nin üçmərtəbəli binasında üç böyük studiya yerləşəcəkdir. Televiziya proqramları ətrafdakı 20 rayona da yayımlanacaqdır. Tikinti işləri gələn ilin ikinci rübünədək başa çatdırılacaqdır. Çəkiliş aparmaq üçün müasir kameralar alınmışdır. Xarici filim və proqramların ana dilimizə tərcümə edilməsi üçün “Yevlax TV”-nin Bakıda “Dublyaj” studiyası yaradılmışdır.
Prezident İlham Əliyev maraqlı verilişlər hazırlamağı, regional xəbərlərə üstünlük verilməsini tövsiyə etdi, binanın xarici görünüşünə də xüsusi diqqət yetirməyin zəruriliyini bildirdi.
Sonra dövlətimizin başçısı gilizi təmələ qoydu və beton qarışığı tökdü.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Yevlax rayonuna səfərini başa çatdıraraq Bakıya qayıtdı.