REGİONLAR
Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub
Yevlax, 19 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Novruz bayramı münasibətilə Yevlax şəhərdəki Heydər Əliyev sarayının qarşısında geniş konsert proqramı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konsertdə Dədə Qorqud və Bahar qızının çıxışları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, populyar müğənnilərin, həmçinin Yevlax Şəhər Mədəniyyət Mərkəzinin solistlərinin ifaları sakinlərə əsl bayram əhvali-ruhiyyəsi bəxş edib.