Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə əsasən qərara alır:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 8; 2001-ci il, №12, maddə 736; 2003-cü il, №1, maddə 7; 2004-cü il, №1, maddə 6; 2007-ci il, №6, maddə 560; 2009-cu il, №2, maddələr 49, 55) 7-ci maddəsinin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin