Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Yüksəliş” qalibi: Müsabiqənin heç bir mərhələsinə əvvəlcədən hazırlaşmamışam

Bakı, 22 fevral, AZƏRTAC

AZƏRTAC “Yüksəliş” müsabiqəsinin qaliblərinin həyat yolunu təqdim etməyə davam edir.

Budəfəki müsahibimiz üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Ülviyyə Mehralıyeva Dövlət Neft Fondunun İnvestisiya departamentinin Daşınmaz əmlak şöbəsində treyder vəzifəsində çalışır. O, 1988-ci ildə Ağdam rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı 3 yaşı olarkən ailəsi ilə Bakıya köçməli olub. Yasamal rayonu 53 nömrəli məktəbdə alıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Qəbul imtahanlarında topladığı yüksək bala görə Prezident təqaüdünə layiq görülüb. Magistratura təhsilini isə ADA Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə alıb. 11 illik professional iş təcrübəsinə malik Ülviyyə Mehralıyeva dünyanın dörd bir yanına səyahət edib.

“Bu, “Yüksəliş” müsabiqəsində ilk cəhdim idi”

Müsahibimiz “Yüksəliş” müsabiqəsi başlandığı ildən müsabiqə ilə bağlı məlumatlı olsa da, üçüncü müsabiqədə şansını sınamağı qərara alıb.

“Həyat yoldaşım elə ilk ildən müsabiqəyə qoşulmuşdu. Mənim iştirakım üçün isə münasib zaman üçüncü Yüksəliş müsabiqəsi oldu. Bu, mənim “Yüksəliş” müsabiqəsində ilk cəhdim idi. Həm həyat yoldaşım, həm də yaxın dostlarım məni müsabiqədə iştiraka həvəsləndirdilər. İkinci bir tərəfdən, müsabiqə mənim illərlə qazandığım bilik və bacarıqlarımı sınamaq imkanı, yeni tanışlıqlar, unudulmaz təcrübə və qalib gəldiyim halda əvəzolunmaz imkanlar təklif edirdi. Düşünürəm ki, bütün bu amillər mənim müsabiqədə iştirakımı şərtləndirib”, - deyə Ülviyyə Mehralıyeva qeyd edib.

“Həyatımda buna bənzər bir imtahan verməmişdim”

Ülviyyə Mehralıyevanın fikrincə, müsabiqə müddətində ən maraqlı mərhələlər yarımfinal və finaldır.

“Sözügedən mərhələlərdə iştirakçılar müxtəlif komandalarda oynayaraq çoxsaylı keysləri həll etməyə çalşırlar. Qiymətləndiricilər isə müsabiqənin səkkiz meyarı üzrə iştirakçıları qiymətləndirirdi. Bu meyarlar strateji düşünmə, effektivliyin idarə olunması, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə olunması, sosial məsuliyyət, liderlikdir. Yarımfinal və final mərhələləri həyəcanlı və bir çox hallarda gərgin keçirdi. Bu da öz növbəsində çoxlu enerji və qətiyyət tələb edirdi. Xüsusilə final mərhələsi məndə həm emosional, həm də təcrübə baxımından əvəzolunmaz bir iz buraxıb.

“Yüksəliş” müsabiqəsinin hər bir mərhələsi çətindir. Bu həm sualların çətinlik səviyyəsi, həm də iştirakçıların kifayət qədər güclü olması ilə əlaqədardır. Sözsüz ki, müsabiqənin kuliminasiyası final mərhələsidir. Xatırlayıram ki, bu mərhələdə, xüsusilə mentor keysində çox həyəcanlı idim. Ancaq mənə ən çətin gələn mərhələ “İdarəetmə bacarıqları” imtahanı olub. Həyatımda buna bənzər bir imtahan verməmişdim. Düşünürəm ki, bütün mərhələlərdə mənə yüksək konsentrasiya qabiliyyətim, güclü xarakterim və qətiyyətim kömək edib. Yarımfinal və final mərhələlərində isə insanlarla ünsiyyət və kommunikasiya, həmçinin hadisələri düzgün dəyərləndirmə qabiliyyətim məni digər iştirakçılardan fərqləndirən xüsusiyyətlər olub”, - deyə müsahibimiz əlavə edib.

“İdarəetmə bacarıqlarımı müəyyən səviyyədə inkişaf etdirdiyimi düşünürəm”

“Yüksəliş müsabiqəsi mənim həyat albomumun ən parlaq səhifələrindən biridir. Müsabiqə boyu keçirdiyim hisslər, yaşadığım təcrübələr və əldə etdiyim yeni tanışlıqlar mənim üçün əvəzolunmazdır. Öz bilik və bacarıqlarıma yenidən nəzər salmaqla, idarəçilik sahəsində özümü sınamaqla müsabiqə mənim üçün bir növ özünüqiymətləndirmə imkanı idi. Komandalarda müxtəlif keyslər üzrə işləyərkən əyani şəkildə münaqişə hallarının idarə edilməsi, stres altında çevik qərarvermə və dəyişikliklərin idarə olunması kimi bacarıqların idarəçi bir şəxs üçün necə vacib bir xüsusiyyət olduğunu daha aydın anlayırsan. Düşünürəm ki, mən bu sahələrdə uğurlu nəticələr göstərdim və bu da müsabiqənin mənə aşıladığı ən vacib dəyərlərdən biri olub.

Çalışdığım maliyyə idarəetməsi – daşınmaz əmlak investisiyaları sahəsində lazımi qədər təcrübə topladığımı və idarəetmə bacarıqlarımı müəyyən səviyyədə inkişaf etdirdiyimi düşünürəm. Hazırda Dövlət Neft Fondunun əməkdaşı kimi səlahiyyətlərim çərçivəsində dövlətimiz üçün maksimum faydalı olmağa səy göstərirəm. İşimdə hər hansı dəyişiklik haqqında danışmaq isə, düşünürəm ki, hələ tezdir.

“Yüksəliş” müsabiqəsinin heç bir mərhələsinə əvvəlcədən hazırlaşmamışam. Xüsusilə final və yarımfinal mərhələləri o qədər yaxşı təşkil edilib ki, orda hər hansı süni bir hərəkət qiymətləndiricilər tərəfindən asanlıqla fərqləndirilirdi. Ona görə mən potensial iştirakçılara müsabiqə boyu qətiyyətli və pozitiv olmağı, təbii və peşəkar oyun göstərmələrini tövsiyə edərdim”, - deyə Ülviyyə Mehralıyeva fikrini yekunlaşdırıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var

AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb

Dünya uşaqların idi…

Dünyaşöhrətli alim Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində gənclərlə görüşüb

Akademik Yaqub Mahmudov uşaqlarla görüşüb

Ukraynada DneproSES bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Mövlananın irsi: Afyonkarahisarda Dərvişlər Muzeyi

ABŞ-da təhsil almaq istəyənlər üçün sərgi təşkil olunub

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Musiqinin gücü” layihəsini təqdim edib

“ASAN Məktub” yaz düşərgəsi təşkil olunub

Zaur Ramazanov: “Zirə” yalnız bəxt hesabına “Qarabağ”a qalib gələ bilər

Laçın şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

Dövlət Komitəsinin rəsmisi gənclərimizi yad və mənfi təsirlərdən uzaq olmağa çağırıb

Afyonkarahisar Muzeyi – Anadolunun çoxəsrlik irsinin təcəssümü

Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Polis əməkdaşları itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıblar

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilir

Ağdamda məişət tullantılarını tutumlardan kənar yerlərə atan şəxslər barəsində protokol tərtib edilib

Emin Əmrullayev: 2026-cı ilin sentyabrında Şuşa Real Məktəbində tədrisə başlanılması planlaşdırılır

Himayədar ailələrə verilən uşaqların sayı 15-ə çatıb

Nazir: Qarabağ Universitetində “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisası tədris ediləcək

DSX: Ötən ay dövlət sərhədini pozduqlarına görə 126 nəfər saxlanılıb

Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Filarmoniyada Fabio Andreotti ilə yay konsert mövsümünün təntənəli açılışı olub

Feysbuk son 3 ildə daha çox gənci cəlb edib

Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb

Cocuq Mərcanlıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub VİDEO

Borrel: Çindən Rusiyaya silah tədarükü ilə bağlı heç bir sübutumuz yoxdur

Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala yüksəlib

Bakıda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir təşkil olunub

“ASAN xidmət” “Yeni nəfəs” ekoloji-sosial layihəyə start verib

Peru Konqresində Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik müraciətləri qəbul edilib

Xankəndi şəhəri ərazisindən 41 avtomat silahı aşkarlanaraq götürülüb

Qlayndborn Opera Festivalının 90 illik yubileyi qeyd edilir

DİN: Ötən gün 82 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

“Azərişığ”ın elektrik yarımstansiyasına Qəbələ məktəblilərinin turu təşkil edilib

Böyük Qayıdışın uşaqları… VİDEO

Millinin baş məşqçisi: Türkiyəyə məğlubiyyətin əvəzini çıxmaq üçün maksimum çalışmalıyıq

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər

“Azeri Light” markalı neft ucuzlaşıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

Yelena Haqverdiyeva: Hər bir əl işi - toplanmış biliklərin təcrübəsi,görüşlərin nəticəsi və ən yaxşı rəsmi çəkmək istəyinin təcəssümüdür

Qızıl Avropa Liqası: Azərbaycan millisi sonuncu oyununa çıxacaq

Bu gün Çempionlar Liqasının qalibi bəlli olacaq

Zaqatala sakininin evini ildırım vurub

DİN: Ötən gün 3 tapança və 2 tüfəng təhvil götürülüb

DİN: Mayın son günündə 61 cinayətin açılması təmin olunub

Uşaqlara qayğı, onların sosial müdafiəsi və sağlamlığı diqqət mərkəzindədir

Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib YENİLƏNİB

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanda uşaqların təhsili prioritet sahələrdən biridir

® “HONOR 200” Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobillərinin sürücüləri saxlanılıb

FHN ildırım təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Beatles” qrupunun 50 il bundan qabaq yoxa çıxan gitarası rekord məbləğə satılıb

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb VİDEO

Sosial şəbəkədə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Afrikada azyaşlıların qanı bahasına zənginləşən Fransa - MƏQALƏ

Xəzər rayonunda baş verən qəza Şüvəlan qəsəbəsi istiqamətində sıxlığa səbəb olub

Türkiyənin Afyonkarahisar şəhəri Azərbaycan şəhərləri ilə əməkdaşlığa hazırdır

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Helsinki kitabxanasından götürülən kitab 84 ildən sonra qaytarılıb

İtaliyada Natisone çayının daşması nəticəsində üç nəfər itkin düşüb

Rusiya neft məhsullarının tədarükü ilə bağlı Əfqanıstanla əməkdaşlıq edə bilər

Tayson və Paulun döyüşü təxirə salınıb

Tunisdə baş verən yol qəzasında 4 nəfər ölüb, 19 nəfər yaralanıb

Hindistanda anomal istilər 50-dən çox insanın ölümünə səbəb olub

Baş nazir: Gürcüstan ilə ABŞ arasındakı münasibətlərə yenidən baxılmalıdır

Tibetdə 5,9 bal gücündə zəlzələ baş verib

Kolumbiyada körpü uçub, ölənlər var

ABBA qrupunun üzvləri cəngavər ordeni ilə mükafatlandırılıblar

Çin ABŞ-ın Filippində orta mənzilli raketlər yerləşdirməsinə qarşı çıxıb

“Saudi Aramco” Pakistanın neft-qaz şirkətində 40 faiz pay alıb

Antoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı olub

Malaya Universitetində Cənubi Qafqazda sülh prosesi mövzusunda mühazirə təşkil olunub

Naxçıvanda “Kiçik ürəkdə böyük cəsarət!” şüarı ilə tədbir keçirilib

Milan şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

“Standart and Poors” Fransanın kredit reytinqini aşağı salıb

Bayden: İsrail yeni atəşkəs planını HƏMAS-a təhvil verib

İordaniyada Qəzzaya yardımla bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olublar

Blinken: NATO Ukraynanın alyansa qəbul olunmasını yaxınlaşdıracaq addımlar atacaq

Gürcüstanın Baş naziri ATƏT/DTİHB-ni sərt tənqid edib

Ziyalılar ADA Universitetinin Qazax mərkəzində Füzulinin 530 illiyini qeyd ediblər

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruridir

Nataliya Şarovskaya: Aktyor üçün yubiley onun imkanlarının növbəti nümayişi deməkdir

Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar

"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırıb

Pakistanın şimal-qərbində 2 terrorçu öldürülüb

Üzeyir Hacıbəyli adına konsert salonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib