DÜNYA
Zabaykalye diyarında hərbçi səkkiz əsgər yoldaşını güllələyib
Bakı, 24 oktyabr, AZƏRTAC
Zabaykalye diyarında təmir-texniki bazanın hərbçisi səkkiz əsgər yoldaşını güllələyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə yerli vaxtla saat 18:20-də Çita rayonunda dislokasiya olunan təmir-texniki bazada baş verib. Hərbçi qarovul növbəsinin dəyişdiyi vaxt tabel silahı ilə yoldaşlarına atəş açıb. Nəticədə səkkiz hərbçi hadisə yerində həlak olub, iki nəfər yaralanıb.
Atəş açan hərbçi saxlanılıb, yaralılar təcili olaraq hərbi hospitala aparılıb. Hazırda yaralıların həyatları üçün təhlükə yoxdur.
Rusiya Müdafiə nazirinin müavini general-polkovnik Andrey Kartopolovun başçılıq etdiyi komissiya hadisənin baş verdiyi əraziyə yollanıb. Cinayətin təfərrüatlarının müəyyən olunması üçün istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.05.2024 [11:00]
Həftələrlə dənizin dibində qalacaq sualtı yaxta inşa ediləcək
- 02.05.2024 [10:31]
Marsda aqrar məhsul yetişdirilməsi üzrə eksperiment aparılır
- 02.05.2024 [07:55]
Çində yol çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb VİDEO
- 02.05.2024 [07:30]
BBC-nin dörd qadın aparıcısı qurumu məhkəməyə verib
- 02.05.2024 [07:00]
Ukraynada rus dilini öyrədən cəmi üç məktəb qalıb
- 02.05.2024 [04:44]
Almaniyada “Freche Freunde” körpə qidasi satışdan çıxarılıb
Azərbaycan nefti ucuzlaşıb
- [09:08]
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
- 01.05.2024 [23:08]
Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib
- 01.05.2024 [22:35]
Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb
- 01.05.2024 [22:06]
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində
- 01.05.2024 [22:02]
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb
- 01.05.2024 [21:34]
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
- 01.05.2024 [20:40]
DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb
- 01.05.2024 [20:20]
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
- 01.05.2024 [19:59]
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
- 01.05.2024 [19:45]
Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb
- 01.05.2024 [19:40]