SİYASƏT
Zərdabda qadınların ictimai-siyasi fəallığının artırılması ilə bağlı regional görüş keçiriləcək
Bakı, 20 avqust (AZƏRTAC). Avqustun 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Yeni Azərbaycan Partiyası ilə birgə Zərdab şəhərində bölgələrdə qadınların ictimai-siyasi fəallığının artırılması məqsədilə regional görüş keçirəcək.
AQUPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Ucar, Ağdam, Bərdə, Tərtər, Füzuli rayonlarından fəal qadın nümayəndələr iştirak edəcəklər.
Tədbir qadınların respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında fəallığının daha da artırılmasına, gender bərabərliyinin təmin olunmasına xidmət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2024 [19:42]
Azərbaycan səfiri Niderlandda ölkəmizin üzləşdiyi mina problemindən danışıb
- 23.05.2024 [19:29]
Siyasi tükənmişlik
- 23.05.2024 [18:42]
İtaliyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub VİDEO
- 23.05.2024 [18:18]