Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ZİMBABVE RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ROBERT QABRİEL MUQABEYƏ

Hörmətli cənab Prezident,

Zimbabve Respublikasının milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və bütün Zimbabve xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Zimbabve xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin